Eher - Wikipedia
Əhər (azərb. اهر) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur.[3]
Əhər | |
---|---|
38°28′30″ şm. e. 47°03′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 426 |
Vikianbarda əlaqəli mediafayllar |
Təbii fəlakətlər
redaktə2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur.[4]
İqtisadiyyatı
redaktə1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir. Əhər həmçinin, Qaradağ xalçası kimi tanınan xalça növünün də istehsalının mərkəz şəhəridir.
Müasir dövrdə Əhərin nəqliyyat sahəsindəki problemlər bir qədər aradan qaldırılmış və Kəleybər kimi bazar mərkəzləri meydana çıxmışdır.
Turizm
redaktəƏhərin turistlər tərəfindən ziyarət olunan əsas yeri Şeyx Şəhabəddinin mavzoleyidir. Şeyx Şahabəddin sonradan Səfəvi dövlətini yaradacaq Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi olmuşdur.
XIX əsr səyyahı Ceyms Morier abidəni belə təsvir etmişdir:
Mavzoley kərpicdən tikilmişdir. Təməli daşlardan hörülmüşdür. Girişi yüksək sütunlü girişdən ibarətdir. Sütunlu giriş iki sütundan ibarətdir. Sütunlar çini ornamentlərlə örtülmüşdür. Kiçik taxta qapı tikilinin arxasından açılaraq, bizi binanın Şeyxin məzarı olan hissəsinə aparır. Məzar daş barmaqlıqlarla əhatə edilmişdir. Daşlar üzərində çox gözəl ornamentlər oyulmuşdur. Məzarın üzəri mərmərdən düzəldilmişdir və mərmərin üzərinə gözəl ornamentlər həkk edilmişdir.[5] |
Əhalisi
redaktə2006-cı il siyahıya almasına əsasən əhalisi 86,760 nəfərdir .[6] Əhalisinin, demək olar ki, hamısı azərbaycanlılardan ibarətdir.
Şəkillər
redaktə-
Qaradağ zəlzələsinin elementi
-
Əhərdə Ağdaş adlanan yer. Əhər şəhərinə kömür daşıyan qatırların dayanacaq yeri olmuşdur.
-
Əhər yaxınlığında olan Savalan dağı
-
Balan xalçası. Əhər bazarında satılan xalça növlərindən biri.
-
Əhərin cümə məscidi
-
Qaradağ bölgəsinin firuzəsi kimi tanınan Şıx Şahabəddin türbəsi
-
Qapalı bazar
Tanınmışları
redaktəİstinadlar
redaktə- ↑ https://www.amar.org.ir/english.
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ Süleyman Əliyarlı. Azərbaycan tarixi. 721. 1996.
- ↑ "Bbc.co.uk. "İranda zəlzələ: azı 250 nəfər həlak olub, 2000 nəfər yaralanıb"". 2012-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-13.
- ↑ James Morier, A second journey through Persia, Armenia, and Asia Minor, to Constantinople ..., 1818, p. 234
- ↑ "The Major Cities and Agglomerations of the World – Overview". 2010-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-21.