Efqanistan Muharibesi 2015 Gunumuz - Wikipedia
Əfqanıstan müharibəsi — 2001-ci ildə ABŞ-nin Əfqanıstana hücumundan sonra günümüzə qədər Əfqanıstanda davam edən münaqişələri əhatə edir.
Əfqanıstan müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 7 sentyabr 2001-30 avqust 2021 | ||
Yeri | Əfqanıstan | ||
Səbəbi | 11 sentyabr terror aktları | ||
Nəticəsi | Talibanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktə27 may 2014 tarixində ABŞ prezidenti Barak Obama, ABŞ qoşunlarının döyüş missiyasının il sonuna qədər başa çatacağını açıqlamışdır. Geriyə 9,800 nəfərlik bir qrup qalacaq, Əfqan qüvvələri maarifləndiriləcək və məsləhət veriləcək ancaq 2015 tarixindən etibarən koalisiya qüvvələri qara toqquşmalarına qoşulmayacaq. Obama həmçinin 2016-cı ilin sonuna qədər bütün Amerika qoşunlarının ölkədən çəkiləcəyini açıqlamışdır.[1]
Ortaq Xüsusi Hərəkat Komandanlığının Taliban və Əl-Qaidəyə qarşı mübarizə edəcəyi və qrupların özlərinə etibarlı bölgələr yaratmasının qarşısına keçiləcəyi bildirilmişdir.[2]
Münaqişələr
redaktə2015 münaqişələri
redaktəNATO silahlı qüvvələrini geri çəkməsindən sonra Taliban, Əfqan təhlükəsizlik qüvvələrinə hücum etməyə davam etmişdir. 2015-ci ilin may ayında Künduz vilayətinin çöllüklərində toqquşmalar intensivləşib. Xalq köç etməyə başlamış və bu bölgəyə uçuşlar ləğv edilmişdir.[3] 22 İyunda Kabildə parlament binası hücuma məruz qalmışdır.[4] Avqust ayında isə biri amerikalı əsgər olmaqla cəmi 50 nəfər, təlim düşərgəsinə hücum nəticəsində həyatını itirmişdir.[5]
Sentyabr ayında Taliban Künduz vilayətinin mərkəzinə doğru irəliləməyə başlamışdır. Sentyabrın sonunda Taliban rayon mərkəzini ələ keçirmişdir. Beləliklə 2001-ci ildən bəri ilk dəfə böyük bir yaşayış məntəqəsini ələ keçirmiş oldular. Bölgədə qarşıdurmalar davam etməkdədir.[6]
2016 münaqişələri
redaktəMart
redaktə26 Martda, Hilmənd vilayətinin Nadali və Marce rayonlarında, ABŞ Hərbi Hava Qüvvələrinə aid pilotsuz uçuş aparatları ilə keçirilən iki ayrı əməliyyatda 30-u Nadali, 70-i Marce rayonundan olmaq üzrə 100 Taliban üzvü öldürüldü.
28 Martda, Əfqanıstan Daxili İşlər Naziri, Milli Təhlükəsizlik Rəisi və Baş Qərargah Rəisi kimi yüksək vəzifəlilərin çağrıldığı parlament binasına Taliban tərəfindən raketli hücum təşkil olunub. Ancaq raketin parlament binasının baxçasına düşməsi nəticəsində ölən və yaralanan olmadı.[7]
Sülh müqaviləsi
redaktə2020-ci ilin fevralın 29-da ABŞ və "Taliban" hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. "Taliban" hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, "Taliban" hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməlidir.[8]
Qalereya
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "U.S. Troops to Leave Afghanistan by End of 2016". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
- ↑ "United States Special Operations Command". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
- ↑ "Flights to besieged Afghan city cancelled as Taliban, army clash". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
- ↑ "Two killed and dozens wounded in attack on Afghan parliament". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
- ↑ "U.S. service member among more than 50 killed in Afghanistan attacks". 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
- ↑ "Taliban capture key Afghan provincial capital Kunduz". 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
- ↑ Əfqanıstan parlamentinə raketlə hücum edilib. Arxivləşdirilib 2017-12-06 at the Wayback Machine 28 mart 2016 tarixində mənbəyindən Arxivləşdirilib 2017-12-06 at the Wayback Machine arxivləndi. Çıxış tarixiː 3 dekabr 2017.
- ↑ ABŞ Əfqanıstandakı kontingentinin sayını 4 minədək azaltmaq niyyətindədir [ölü keçid]