Ecelin Tentenesi - Wikipedia
Əcəlin təntənəsi (nid. De triomf van de dood) — 1562-ci ildə Böyük Piter Breygel tərəfindən yağlı boya ilə çəkilmiş panel-rəsmi.[3] 1827-ci ildən bəri əsər, Madridin Prado muzeyində saxlanılır.[4]
Əcəlin təntənəsi | ||
---|---|---|
nid. De triomf van de dood | ||
| ||
Rəssam | Böyük Piter Breygel | |
Tarixi | təxm. 1562 | |
Üslubu | məişət janrı | |
Texnikası | yağlı boya və kətan | |
Ölçüləri | 117 sm[1] × 162 sm[1] | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Prado muzeyi | |
Saytı |
wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… |
|
İnventar nömrəsi | P001393 | |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəRəsmin panoraması bizə qaranlıq, viran edilmiş mənzərənin fonunda ətrafa dağıntı saçan skelet ordusunu sərgiləyir. Uzaq məsafədə alovlar yanır, dəniz isə gəmi qalıqları ilə örtülmüşdür. Təpələrin üzərinə səpələnmiş bir neçə ağacın yarpaqları, başqa sözlə bitki örtüyü yoxdur ; balığın gölməçədə boğulmuş cəsədi sahilin kənarında çürüyür. İncəsənət tarixçisi Ceyms Snayderin vurğuladığı kimi “Göz önünə gətirilə biləcək qədər, hər hansı bir həyattan mərhum, yanmış, sonsuz yer.”[3] Bu vəziyyətdə çoxlu sayda skelet qorxudan qaçıb canlarını xilas etməyə çalışan ya da nəticəsiz şəkildə əks mübarizəyə cəhd etmək istəyən canlıların üzərinə irərləyirlər. Ön planda skeletlər kəllə ilə dolu araba daşıyırlar ; yuxarı sol küncdə, digərləri zınqırovla dünyanın “Cənazə zəngini” çalırlar. İnsanlar xaçlarla bəzədilmiş, məzara bənzər tələyə salınıblar, atın belindəki skelet isə insanları oraqla qətl edir. Əsər sosyal mənşəyi müxtəlif olan adamları təsvir edir – kəndlilər və əsgərlərdən tutmuş, zadəganlara kimi, eləcə də kral və kardinal da - ayrı-seçkilik salınmadan əcəl tərəfindən ölümə götürülürlər.[5]
Skelet Hurdy Gurdy çalaraq insan xoşbəxtliyini təqlid etdiyi sırada, onun arabasının təkərləri, altındakı adamı bir heçmiş kimi əzir. Ölüm arabasının yolunda uzanmış qadının bir əlində nazik ip, obirində isə bu ipi kəsəcək olan qayçı var (Breygelin Atropos təfsiri). Yaxınlıqda olan, ölüm arabasının yolundakı başqa qadın bir əlində insan həyatının davamsızlığının rəmzi olan iğ və örəkə saxlayıb (Breygelin Kloto və Laxesis təfsiri), digər əlində saxladığı körpənin cəsədini isə aclıq çəkən it azacıq dişləyir. Düz onun yanında istehza məqsədi ilə qırmızı papaq taxmış skelet, Cardinalı taleyi ilə üzləşməsi üçün yönləndirdiyi sırada, ölüm ayağında olan Kralın qızıl və qümüş sikkəli çəlləkləri başqa bir skelet tərəfindən talan edilir, xəsis və axmaq Kralın son düşüncələri isə, ona tövbə etməyə imkan verməyən lazımsız və faydasız sərvətindən imtina etmək haqqındadı. Mərkəzdə, pul kisəsindən ötrü, yatmış zəvvarın boğazı, quldur skelet tərəfindən kəsilib ; bundan yuxarıda skeletlər insanları balıq toruna salaraq tuturlar. Aşağı sağ küncdə, yarımçıq qalan naharın iştirakçıları, nəticəsiz müqavimət göstərirlər. Onlar dolama-çarşaflara bürünmüş skeletlərlə döyüşmək üçün qılıncıarını çəkiblər; daha az ümidi olan təlxək nahar stolunun altına sığınıb. Nərd və oyun kartları yerə dağılıb, üzünü (güman ki ölünün üzündən) incə maska ilə gizlətmiş skelet şərab tulumlarını boşaldır. Bir az üstdə qadın faydasızca, onu nahardan sonrakı intim əlaqaləri təqlid edən eybəcər şəkildə qucaqlamış skeletlə mübarizə aparır. Yarımçıq qalan yeməyin menyusundan bütün görə bildiyimiz, onun bir neçə boyatlamış yumru çörək və təmizlənmiş insan kəlləsindən olan məzədən ibarət olduğunu görürük. Döyüş baş verdiyi zaman başlıqlı mantiyada olan skelet, istehza üçün stolun üstünə insan sümüklərindən ibarət başqa bir yemək gətirib qadına fani olduğunu dərk etdirib dəhşətə gətirir.[6]
Aşağı sağ küncdə insanlığın yeganə qığılcımı, onun xanımı oxuduğu müddətdə lut çalan trubadurur simasında təmsil olunub ; ikisidə, arxalarında skeletin əzazilcəsinə cütlüyün qaçılmaz olan sonluğundan xəbəri olduğunu faktı unudurlar. Rəsmin mərkəz hissəsində xaç yerləşir. Əsər XVI əsrin ortalarındakı həyatın gündəlik aspektlərini nümayiş etdirir. Bu dövrün rəssamlarının, bir neçə nəsil əvvəl, arabalarla ölülər daşıtdıracaq, Avropanın əhalisini yarıya qədər azaldan “Qara ölüm” haqqında öz acılı xatirələri olacaqdır. Kart və nərd oynamaq əyləncələri kimi, geyimlər də dəqiq təsvir olunub. Rəsm musiqi alətləri, erkən mexaniki saat, o cümlədən cənazə xidmətinin səhnələrini və müxtəlif edam metodlarını (təkərə bağlanaraq öldürülmə, dar ağacından asılma, odda yandırılma, yenicə şərab qəbul edib və dinə gələn qurbanın başını kəsəcək olan cəlladı) nümayiş edir. Bir səhnədə insan ovçu-skeletin və onun itlərinin qurbanıdı. Digər səhnədə isə Matfey 18.6 və Luka 17.2[ölü keçid]-də göstərildiyi kimi boğazından təməl daşı asılmış insan skeletlər tərəfindən dərəyə atılmaq üzrədir.
Breygel panelin içərisində iki fərqli vizual ənənəni qarışdırır. Rəssamın ilhamlandığı mənbələr ona doğma olan “Ölüm rəqsi” əsərindəki, şimal ksiloqrafiyası, Palaçço Abatellisdə yerləşən (İtaliya) “Əcəlin təntənəsi”si əsərinin nəzəriyyəsi, Palermoda Palaçço Abatellis və Pizada Kampo-Santo məzarlığında görə biləcəyi freskalar olmuşdur.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://www.museodelprado.es/en/the-collection/art-work/the-triumph-of-death/d3d82b0b-9bf2-4082-ab04-66ed53196ccc.
- ↑ https://rkd.nl/explore/images/56714.
- ↑ 1 2 Snyder, James. Northern Renaissance Art: Painting, Sculpture, the Graphic Arts from 1350 to 1575. New York: Harry N. Abrams. 1985. səh. 486. ISBN 0-8109-1081-0.
- ↑ Pallucchini, Anna; Ragghianti, Carlo Ludovico; Collobi, Licia Ragghianti. Prado, Madrid. Great Museums of the World. New York: Newsweek. 1968. səh. 134.
- ↑ Woodward, Richard B. "Death Takes No Holiday". The Wall Street Journal. February 14, 2009. March 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
- ↑ G. Gluck, Pieter Bruegel the Elder, London (1958), s.v. "Triumph of Death". Həmçinin bax: Rose-Marie and Rainer Hagen, Bruegel: The Complete Paintings. aka Pieter Bruegel the Elder: peasants, fools and demons, Taschen (2004).
- ↑ P. Thon, "Bruegel's Triumph of Death Reconsidered", Renaissance Quarterly Vol. 21, No. 3, Autumn, 1968.
Ədəbiyyat
redaktə- Friedländer, M.J., Early Netherlandish Painting. Volume XIV: Pieter Bruegel, (Engl. transl.) Leyden (1976).
- Gibson, W.S. Bruegel. London. 1977.
- Grossman, F. Pieter Bruegel: Complete Edition of the Paintings (3rd). London. 1973.
- Stechow, W. Pieter Bruegel. New York. 1969.
Xarici keçidlər
redaktə- www.Pieter-Bruegel-The-Elder.org 99 works by Pieter Bruegel the Elder
- Creativity Brueghel laid the foundation of the Netherlands School