Esref Mehdiyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əşrəf Mehdiyev — Azərbaycanlı alim və siyasətçi; fəlsəfə elmləri doktoru -professor[1]; Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri[2], Azərbaycan Prezident seçkilərində prezidentliyə namizəd (1998).
Əşrəf Mehdiyev | |
---|---|
Əşrəf Fərzəlı oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Cəbrayıl rayonu |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəƏşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub.
Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini "xalq düşməni" adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər.
Əşrəf Mehdiyev orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən "Kolxozçu" qəzetinə redaktor müavini göndəriblər. İkinci kursda oxuyanda "Kolxozçu"nun redaktoru təyin olunan Mehdiyev 9 il bu vəzifədə çalışıb.
Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş "ispalkom" 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib.
Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri kimi 1998-ci ildə prezidentliyə namizəd oldu. Seçki kampaniyası zamanı Prezident Heydər Əliyev barəsində çox sərt ifadələr işlətdi.[3]
2005-ci ildə isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub.
2009-cu ildə aprelin 24-də vəfat edib.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Əşrəf Mehdiyev vəfat edib". Azadlıq Radiosu (az.). 2009-04-24. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
- ↑ "Əşrəf Mehdiyevin partiyası bərpa olunur". Azadlıq qəzeti (az.). 2014-06-24. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
- ↑ "Müsavatın demokratiyadan danışmağa haqqı yoxdur". Teleqraf.com (az.). 2015-02-07. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
- ↑ "Əşrəf Mehdiyev dünyasını dəyişdi". musavat.com. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
Mənbə
redaktə- Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev vəfat edib[ölü keçid]
- "Jurnalistikanı atan məşhur jurnalistlər…, son xeberler". Sonxeber.az (az.). İstifadə tarixi: 2023-12-31.
- Seymur Verdizadə. "Əşrəf Mehdiyevin oğlu: "Atam bu dünyadan iki arzusu gözündə getdi..."". modern.az (az.). İstifadə tarixi: 2023-12-31.