Sumava Milli Parki - Wikipedia
Şumava Milli Parkı (çex. Národní park Šumava, ˈʃʊmava dinlə) — Çexiyanın cənub-qərbində yerləşən və ətraf mühitin mühafizəsi üçün xüsusi rejim müddəalarının tətbiq olunduğu meşə massividir. Park statusu "Təbiətin və landşaftın qorunması" haqqında 114/1992 nömrəli qanun müddəası ilə tənzimlənir. Şumava Milli Parkı, Çex Respublikasındakı 4 MP-dan ən böyüyüdür (ümumi sahəsi 167.688 hektardır). Burada əsas müdafiə obyekti, sakit rejimdə unikal və nadir bioloji aləmin tədqiqi və təkmilləşdirilməsidir. Şam meşələri və meşə əkmələrindən başqa, burada ən önəmlisi adi bataqlıqların, torf bataqlıqlarının və kar mənşəli göllərin və relyeflərin mühafizəsidir. Şumava Milli Parkı təbiət-mühafizə zonasının bir hissəsidir. Milli Park ərazisində daha 24 dövlət təbiət qoruğu və digər xırda mühafizə olunan ərazilər elan olunub.[2] Birlikdə onlar Mərkəzi Avropada ən iri və ən şaxələndirilmiş mühafizə olunan ərazilərin birini təşkil edirlər. Şumava qiymətli təbii mühit, eləcə də turizm üçün populyar məkan kimi özünü təqdim edir. Şumavanın hazırkı simvolunda Bohemiyanın iki canlı ağacı, onların arasında qurumuş bir ağac, hər üç ağacın arxasında isə hündür dağ təsvir olunub.
Şumava Milli Parkı | |
---|---|
çex. Národní park Šumava | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
167.688 ha, onun 68.064 ha ərazisi MP 99 624 ha isə Qoruma sahəsidir[1] |
Mütləq hündürlüyü | 600 m, 1.378 m |
Yaradılma tarixi | 20 mart 1991 |
Dağlar | Plexi 1,378 m |
Yerləşməsi | |
49°07′ şm. e. 13°36′ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Vilayət | Plzen diyarı, Cənubi Çexiya diyarı |
www.npsumava.cz | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yerləşməsi
redaktəŞumava Milli Parkı ölkənin cənub-qərb hissəsində yerləşir. Geomorfoloji baxımdan o, cənub-şərqdən şimal-şərq istiqamətlərinə bölünür; bu ərazidə Şumava düzənliyi, Jeleznorudska yüksəkliyi, Boubin dağları, Jelnavska dağətəyi, Troymezenska dağətəyi və Vltava çayının şırımı yerləşir. Şumava Milli Parkı 600 m (Otava çayının Reynşteynin yaxınlığındakı vadisi) və 1378 m hündürlüyü (Plexi zirvəsi — Çex Şumavasının ən yüksək dağıdır) arasında yerləşir. Şumava massivinin özü Almaniya ilə Çexiya arasında yerləşdiyindən, onun Almaniya ərazisinə düşən hissəsi Bömerwald (yəni Bavariya meşəsi) adlanır; buranın ən yüksək nöqtəsi Arber dağıdır (çex. Velký Javor, alm. Großer Arber) — onun hündürlüyü 1456 metrdir.[3] Milli Parkın mühafizə zonasını əmələ gətirən qorunan landşaft sahəsi 99 624 hektardır.
Parkın mənası və məqsədi
redaktəMilli park 1991-ci ildə ilkin "Şumava" mühafizə-landşaft rayonunun ərazisində yaradılmışdı. Onun yaradılmasında əsas məqsəd, nadir torf bataqlıqların, eləcə də küknar və fıstıq meşələri, dağ çəmənlikləri, azğın çay və buzlaq göllərinin geniş və çeşidli mozaikasının mühafizə etmək idi. Mərkəzi Avropanın ən iri qarışıq meşə kompleksi kimi, Şumavanı tez-tez "Avropanın yaşıl ürəyi və yaşıl damı" adlandırırlar. Bu geniş ərazidə vaşaq, sığır və ya sibir xoruzu kimi, onlarla nəsli kəsilməkdə olan bitki və ya heyvan növlərinin gələcək nəsillərə ötürülməsi üçün genişmiqyaslı işlər aparılır.[4] Torf bataqlıqlarında məskunlaşmış bəzi həşəratlara dünyanın daha heç bir yerində rast gəlinmir.[5]
Şumavanın müdafiə tarixi
redaktəŞumavanın təbii park statusunun elan edilməsi üçün ilk cəhdlər 1911-ci ilə aid edilir. Çexoslovakiya Respublikasının 40/1956 nömrəli qanununa uyğun olaraq, 1963-cü ildə ərazidə Mədəniyyət Nazirliyi tərəfindən Milli Park təsis edilmişdi. Torpaq sahəsi 163 000 hektar olan Şumava, hələ o dövrdə Çexiya Respublikasının ən iri qorunan ərazilərindən biri idi. 1990-cı ildə Parisdə meşə UNESCO-nun himayəsi altında biosfer qoruğu elan edilmişdi. 1990-cı ildən Şumava torfluğu ""Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında" Ramsar Konvensiyasında qeydiyyata alınmışdı.[6] Bununla belə, BTTSM birliyi Şumava meşəsini "Ekosistemlərin Qırmızı kitabına" daxil etmişdi (IUCN — Ecosystems Red List).[7] Şumava özünün rəsmi Milli Park statusunu Çex Respublikasının hökuməti tərəfindən 20 mart 1991-ci il tarixində əldə etmişdi.[7] Bundan başqa, Şumavanı idarə edən kollektivi Milli Parkın lüzumsuz parçalanmasına və bu ərazilərdə müxtəlif tədbirlərin keçirilməsinə görə tez-tez tənqid edirlər.[7]
Qorunma sahəsinin qanunvericiliyi
redaktəTəbiətin və landşaftların intervensiyadan qorunması konsepsiyası Qanun Məcəlləsinin 114/92 maddəsinə[8] və Çexiya Respublikasının hökuməti tərəfindən 20 mart 1991-ci ildə imzaladığı sərəncama uyğun olaraq təsis edilmişdi.[9] Milli parkın qorunması və təbii ətraf mühitin yaxşılaşdırılması üzrə tərtib və daha sonra qəbul edilmiş 2 nömrəli əsasnamədə bu barədə aşağıdakılar qeyd edilmişdir: 1) Vəhşi flora və faunanın ciddi mühafizəsi, 2) Elm və təhsil məqsədlərinin yerinə yetirilməsi, 3) landşaftın tipik görünüşünü qoruyub saxlanılması, 4) Ətraf mühitə ziyan verilməməsi şərti ilə, Milli Park ərazisini turizm və istirahət üçün istifadəsi.[10]
Ətraf mühitin ilk çexiyalı naziri Bedrjix Moldanın sözlərinə görə, Şumava Milli Parkının qanunvericilikdə yaradılmasına icazəvermə faktı, özü-özlüyündə buranın "kommersiya meşə sahəsi" kimi xidmət etmək niyyətini nəzərdə tutur, burada istehsal funksiyası əsas prioritet olacaq. Bura attraksionlar parkı və ya turizm mərkəzi deyil, heç səliqəli Stromovka da deyil, lakin bu sahə təbii meşə ekosistemlərin bərpasına imkan yaradacaqdır. Qəzalı vəziyyətdə olan meşənin müxtəlif yerlərində süni meşə bərpası üçün bütün lazımi şərait yaradılıb. Lakin bununla belə, meşədə gənc ağac və kolların insan qayğı və ya müdaxiləsi olmadan aktiv formada təbii və müstəqil inkişafı gedir. Əlbəttə ki, istənilən meşədə olduğu kimi, burada da təbii seçmə baş verir və yalnız çoxlu işıq, isti, su və ya qida maddələrini ala bilən ağaclar sağ qalır. Hələ cavan ağacların üzərinə bu cür çoxlu təbii təsirlərin olmasına baxmayaraq, meşələri Yerləşdiyi ərazidən asılı olaraq qeyri ixtiyarı şəkildə sürətlə və ya yavaş inkişaf edir və bununla da təbii landşaftın yenilənməsinə yardımçı olurlar. Bu sahədə təbii bərpa sayı, eləcə də monitorinq göstərir ki, Şumava müdriyyəti öz işini lazımi səviyyədə yerinə yetirir.[11]
Qoruyucu şəraiti ərazinin zonalara bölünməsi həll edir; 3 zona — 3 dərəcəli müdafiə anlamını daşıyır. Bufer zonaların yerləşməsi və onların ölçüləri, Çexiya Respublikasının Ətraf Mühit və Mühafizə Nazirliyinin (qısaca MŽP) tərtib etdiyi qərarın nəticəsidir. Milli Parkın zonalara bölünməsi ekoloji sabitliyin bərpası üçün zəruri vasitə hesab olunur.
- I zona — Ciddi mühafizə rejimi. Özündə ən dəyərli və ən davamlı təbii ekosistem sahələrini — məsələn, ibtidai meşə və torf sahəsi və bataqlıq qalıqlarını birləşdirir. Birinci zonada insan müdaxiləsi olmadan təbii şəkildə inkişaf edən bir çox sahə saxlanılır.
- II zona — Nəzarət edilən təbiət. Özündə meşə və digər ekosistemlərin qalan böyük bir hissəsini birləşdirir. Burada orijinal pra-meşədən müxtəlif dərəcədə vəziyyəti və tərkibi olan yaşıllıq qorunub saxlanılır, çox zərər çəkmiş və yararsız vəziyyətdə olan ağac və kollar modifikasiya edilir. Bütün tədbirlərin məqsədi, təbii tarazlığın qorunub saxlanması (yenidənqurma və optimallaşdırılma hesabına) və mövcud ekosistemlərin və təbii birliklərinin getdikcə bir-birinə yaxınlaşdırılmasıdır.
- III zona — Marginal inkişaf. Özündə antropoloji dəyişikliyə uğramış əraziləri birləşdirir; burada məqsədyönlü və təxmini inkişaf üçün mərkəzlər yaradılmışdır. Əsas məqsəd ondan ibarətdir ki, bu zonanın MP missiyasına zidd olmaması şərti ilə, xidmət və kənd təsərrüfatı, turizm və istirahət, eləcə də daimi yaşayış üçün istifadənin dəstəklənilməsidir[12]
Birinci zonanın ölçüsü və yerləşməsi, həmçinin Şumava MP administrasiyasının kəsişmə qaydaları ekoloq və peşəkar savadlı insanlar tərəfindən pislənilir. Bəzi mütəxəssislərin fikrincə, parkın yaxşılaşdırılması və zonalıq anlayışını daha korrekt vəziyyətə gətirilməsi üçün, birinci növbədə buranın gələcəkdə xüsusi sistemli qaydaya salınması və həmin birinci zonaya ayrı-ayrı yığcam ərazi vahidlərinin daxil edilməsinə imkan yaradılması vacibdir.[13] Digər peşəkarlar, xüsusilə də meşə gözətçiləri əksinə parkın qabıqyeyənə qarşı apardıqları müxtəlif tədbirləri bəyənir və parkın xaricindən edilən kiçik diapazonu müdaxilələri tənqid edirlər.
MP ərazisində 24 dövlət təbiət qoruğu, mühafizə olunan və digər xırda ərazilər yaradılmışdır, onlardan bəziləri Milli parkın birinci zonasına verilmiş və beləliklə öz statusunu itirmişdilər. Qalan daha kiçik meşə sahələri isə, təbii irs siyahısına daxil edilmişdir (hələ 2003-cü ildə onların sayı 27 idi).
Şumava Milli Parkında daha intensiv və uğurlu işlərin yerinə yetirilməsi üçün, 2011-ci ildən Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən yeni qanun qəbul edilmişdi. Birinci layihə Plzen diyarı tərəfindən hazırlanmış, daha sonra isə, onunla əməkdaşlığa Cənubi Bohemiya diyarı və digər kiçik kəndlərdən olan çoxsaylı ekspertlər də qoşulmuşdu. Baş nazir Petr Neçasın sözlərinə görə, Dördüncü zonanın tətbiqini istisna etsək, əsas çatışmazlıq ondan ibarətdir ki, Milli Parkın rəhbərliyi regionların administrasiyası yanında hər hansı bir xeyriyyə cəmiyyətinin (qeyri-kommersiya təşkilatının) yaradılmasında uğur əldə etməmişdi, buna görə də, bu proyektin heç bir uduşu və gəliri yoxdur, bu hökumət üçün yalnız əlavə xərcdir.[14]
Şumava MP-nın konsepsiyası barədə mübahisələr
redaktəMilli Park uzun müddət bir çox problemlərlə mübarizə aparırdı, halbuki onlardan bəzilərini siyasiləşdirilmiş məsələ kimi təsvir etmək olar; burada aparılan diskussiyalar artaraq ictimai debatlara gətirib çıxarmışdı. Bu cür debat və mitinqlərin yaranma səbəbi, qabıqyeyənlərin periodik olaraq sayının artması və onlara qarşı aparılan tədbirlərin kifayət qədər effektiv aparılmaması, ağac ilə bağlı siyasi mübahisələr, MP-da kurort və digər turizm mərkəzlərinin tikintisi, Vltava çayının yuxarılarında onlarla obyektin tikintisinə qarşı yaxtsmen və operatorlar ilə mübahisələr və yaşıllaşdırma zamanı aparılan qeyri-şəffaf seçim prosedurudur.
Milli Park ərazisində ağac tədarükünün aparılması və bu sahənin dəqiqliyi, həmçinin bu ərazilərin inkişafı məqsədilə layihələrin reallaşdırılması imkanlarını, qabıqyeyənlərin Şumava arealından kənara çıxmaq təhlükəsi və kasıb Şumava icmasının işsizlik problemi böyük narahatlıq doğurur. Hazırkı qurumun özü isə, ekoloji cəhətdən fəlakətli mini anklavların parçalanmasında səbəbkar kimi və yaxın keçmişdə hətta birinci zonada belə qabıqyeyən cücülərə qarşı aparılan mübarizə tədbirlərin çox aşağı səviyyədə olması ilə əlaqədar, təbiətin qorunması ilə məşğul olan beynəlxalq səviyyədə rəsmi təşkilatlar — alim və ekoloqlar tərəfindən pislənilmişdi.
Milli Park zonasında meşə təsərrüfatına edilən müdaxilə və bunun tərəfdarları və əleyhdarları arasında yaşanan fikir ayrılığı artıq çoxdan hamıya məlumdur (Şumava Milli Parkının konsepsiyası barədə mübahisələr). MP araşdırmalar mərkəzindən alınan məlumata görə, 2011-ci ildə Şumava Milli Parkının əməkdaşları qabıqyeyən-mətbəəçinin daha böyük areala yayılmasının qarşını almaq məqsədilə, Çexiya Respublikası və Avstriya arasında imzalanmış beynəlxalq müqavilə çərçivəsində, Avstriya ilə sərhəddə yerləşən meşə sahələrinə müdaxilə etməyə məcbur olmuşdular. Şumava MP-nın rəhbərliyinin dediyinə görə, onlar bu cücü sayının kəskin artmasının nə qədər qorxulu bir vəziyyətə gətirib çıxaracağını çox gözəl anlayırlar. Onların məskunlaşdığı arealın genişlənməsi, məsələn Almaniya ərazisində yerləşən Fixtel meşələrinə ziyan vura bilər, bu isə, orada yaşayan Sibir xoruzları üçün ölümcül təhlükə daşıyır. MP-ın məlumatına görə, 2010-cu ildə həmin ərazidə yerləşən balıq kürülərinin və tetraquşularının artırma bazalarında təbiət birliyi tərəfindən reyd keçirilmişdi.[15]
Milli Parkın bəzi sahələrində giriş qadağasının ləğvi
redaktəÇexiya Respublikasının Ali İnzibati Məhkəməsi özəl fəalların təşəbbüsü ilə 15 dekabr 2010-cu ildə Smrçina, Troymezna, Vltavski luh, Horskokvildske slatye, Modravske slatye, Krşemelna və Plesna s Polednikem bölgələrinə giriş qadağasını götürmək qərarına gəlir. MP Administrasiyası buna dair kifayət qədər əsaslı dəlillər gətirərək, qərarın qəbul edilməsi üçün əsas səbəbin turist cığırlarının kənarında yerləşən bu bölgələrdə sərt məhdudiyyətin qoyulmaması ilə əsaslandırmışdı. Milli Parkın zədələnmiş hissəsi birinci zonaya daxil edilmir, lakin indi burada məsələn, ölkədə yeganə həyat qabiliyyətli sibir xoruzlarının populyasiyası yaşayır.[16] Bununla belə, ərizəçilər= müvafiq iş materiallarına istinad edərək bildirilmişdilər ki, MP-ın stabilliyinə cavabdeh şəxslər Şumavanın hansı yerlərində dəqiq nə qədər qarabağır və sibir xoruzlarının yaşadığını kifayət qədər dəqiq bilmirlər.
Şumava MP-nın idarəetmə orqanı
redaktəŞumava MP-nın İdarəsi çex. Správa Národního parku Šumava) — Şumava Milli Parkın əsasının qoyulması ilə əlaqədar, 1991-ci ilin aprelində Ətraf Mühit naziri tərəfindən yaradılmış müəssisə təşkilatıdır. 2014-cü ilin dekabr ayının 31-dək nazir Milli park və Regional landşaft parkı üçün bir insanı müdir vəzifəsinə təyin edirdi, lakin 2015-ci il yanvar ayının 1-dən qəbul edilən 250/2014 nömrəli qanun əsasında Milli Parkın rəhbərliyi birbaşa olaraq RLP administrasiyasının tabeliyinə keçir.
Təşkilatın başlıca missiyası — landşaft və təbiətin, həmçinin kənd təsərrüfatının mühafizəsi sahələri üzrə dövlət idarəçiliyidir. Təşkilatın əsas vəzifəsi isə, ona ayrılmış ərazidə torpaq və bitki sahələrinin qulluğu və kiçik su axınlarının nəzarətdə saxlanılmasıdır. Bundan başqa rəhbərliyinə tapşırılıb ki, MP ərazisində yerləşən turizm və istirahət mərkəzləri ətraf mühitə xətər yetirməsin. Təyin olunan ərazidə baş verən bütün təbii proseslərə cavabdeh yalnız park rəhbərliyidir. Park administrasiyasının qanunla müəyyən olunan qısamüddətli məqsəd və vəzifəsi — qabıqyeyənin (və digər ziyanverici cücülərin) yayılması ilə mübarizə üzrə meşə-təsərrüfat tədbirlərinin həyata keçirilməsidir. Administrasiyanın uzunmüddətli məqsədi isə, ekosistemlərin qorunması və təbii tarazlığın yaradılmasıdır.[6]
ŞMP-nın direktorları
redaktə- 1991 – Milan Skolek
- 1991–1993 – Yirji Kets
- 1993–1994 – Miroslav Filip
- 1994–2003 – İvan Jlabek
- 2004–2007 – Alois Pavliçko
- 2007–2010 – Frantişek Kreyçi
- 2010–2011 – Zdenka Şartnerova
- 14 fevral 2011–30 iyun 2012[17] – Yan Straski
- 1 iyun 2012 – aprel 2014 — Yirji Manek
- 2014-cü ilin may ayından etibarən — Pavel Hubeni
Təsərrüfat fəaliyyətinin auditi (2009–2011-ci illər)
redaktəTəbiət
redaktəGeologiya
redaktəŞumava Milli Parkının ərazisində və dağlarda geoloji kəşfiyyat işləri, bir qayda olaraq aşağı səviyyədədir. Yalnız son illərdə burada aparılan tədqiqatlar göstərir ki, Şumava çox gəliz Moldanub və Gertsin geoloji və tektonik zonalarında yerləşir. Mərkəzi Avropada ən iri və ən qocaman dağ silsilələrindən biri olan Şumava, 1000 metrdən yuxarı yüksəklikdə yerləşən bir neçə qədim platformalar üzərində yerləşir. Onlar onun mərkəzi hissəsində qalmışdır və Şumavske planye adlanır.[18] Şumavada əsasən metamorfik və maqmatik süxurlar üstünlük təşkil edir (qneyslər və büllur şistlər). Geoloji dövrün ən gənc şistləri bir sıra dağ buzlaqlarının və vadinin simasında öz izini buraxmışdır. Onların fəaliyyəti nəticəsində, buzlaq sirkləri, eləcə də dik və sıldırımlı qayalıq divarları yaranmışdı. Şumava üçün səciyyəvi torpaq sahələri torfluqlardır (həmçinin orqanzoy və histosoldur).[18]
Milli Parkın zirvələri
redaktəŞumava MP-nın ən yüksək dağı, Pleş yüksəkliyinin geomorfoloji rayonunda yerləşən Plexi zirvəsidir (1378 m). Plexi həmçinin Avstriya ərazisinə düşən Şumava meşəsinin ən yüksək nöqtəsidir.[19]
|
|
|
Hidrologiya
redaktəŞumava MP-nın su ehtiyatlarına mineral bulaqlar, çaylar, buzlaq mənşəli göllər, bataqlıqlar və süni bəndlər daxildir.
Şumava Şimal dənizi və Qara dəniz arasında Avropanın ən əsas suayırıcısıdır. Hidroloji baxımdan o, əsasən Şimal dənizinin suaşıran hövzəsinə məxsusdur (Elba, Vltava və Otava kimi iri çayların hövzələri). Onun yalnız dövlət sərhədi ilə olan kiçik bir hissəsini Qara dənizə tökülən Dunay çayının hövzəsinə aid etmək olar.
Şumava Milli Parkının bütün əraziləri təbii suların toplanması üçün mühafizə olunan zonaya (CHOPAV) daxil edilib, burada su potensialının azalması, suyun tərkibində baş verə biləcək əlverişsiz dəyişikliklərin, eləcə də təbii şəraitdə mənfi interferensiyanın qarşısının alınması sahəsində bir çox tədbir və qarantiya təminatları həyata keçirilir. İqlim şəraiti, su-bataqlıq əraziləri, torf bataqlıqları və meşə rayonları, suyun toplanması və su axınlarının tənzimlənməsi üçün müsbət təsir göstərirlər.[20]
Çaylar
redaktəŞumava MP-nın şərq hissəsində Vltava və Kalte Moldau (onu bəzən Soyuq Vltava da adlandırırlar) çayları vahid məcraya birləşirlər. Çerni potok Qara dağın yamacları boyu qalxır və burada o, Borovix Lad istiqamətində digər kiçik çaylarla birləşməsindən sonra "İsti Vltava" adlanır, sağ qolu sayılan Kalte Moldau çayı ilə qovuşduqdan sonra isə, çay "Əsl Vltava" adlanır. Şumavanın şimal-qərb istiqamətində isə, Krşemelna və Vıdra çaylarının qovuşması nəticəsində yaranan Otava çayı keçir. Axını ilə yanaşı, bu çaylar ətraf ərazilərdə kanyon və sıldırımlı dərələri formalaşdırmışdılar.
Şumava MP-nın bitki örtüyü dərəcəsi
redaktəXarici keçidlər
redaktə- Oficiální stránky NP Šumava
- Spory o podstatu národního parku, Nedej se, Česká televize, 10. 6. 2009
- Šumava, speciál o samoobnově lesů Šumavy Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine
- Hnutí Duha, Šumava Arxivləşdirilib 2011-11-18 at the Wayback Machine
- facebook Hnutí Duha s fotografiemi
- údajně nelegálně vykácený les v druhé zóně NP
- Březník, youtube
- kůrovec u Plešného jezera, youtube
- erozní rýhy po harvestorech na Šumavě, youtube
- Šumava – video z cyklu České televize Návraty k divočině
- http://www.sumavainfo.cz - nejobsáhlejší portál o Šumavě
İstinadlar
redaktə- ↑ Offizielle Homepage des Nationalparks Šumava Arxivləşdirilib 2009-10-09 at the Wayback Machine, abgerufen am 23. Mai 2009
- ↑ "Czech Republic – Sumava" (PDF) (ingilis). Karte mit Schutzgebietsgrenzen. 2014-09-12. 2017-05-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-21.
- ↑ "Zvláště chráněná území ČR - Národní parky - NP Šumava". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.07.2011.
- ↑ "Šumavské rekordy:" (česky). 03.07.2011. 2022-01-17 tarixində arxivləşdirilib.
- ↑ "Úvodní informace - Národní park Šumava:" (česky). Neternity Group spol. s r.o. 03.07.2011. 2011-06-30 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 "www.ramsarská konvence". 2011-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
- ↑ 1 2 3 "Národní park a chránìná krajinná oblast Šumava:" (česky). Neternity Group spol. s r.o. 04.07.2011. 2022-01-23 tarixində arxivləşdirilib.
- ↑ "Zákon o ochraně přírody a krajiny:" (česky). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.07.2011.
- ↑ "nařízení vlády ČRč. 163/1991" (PDF). 2012-01-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
- ↑ NP není Stromovka ani lunapark
- ↑ Ing. Petr Kahuda, Ing. Miroslav Černý, Správa NP a CHKO Šumava. "Přirozená obnova v lesích NP Šumava - - Tiskové zprávy 2010 - Národní park Šumava:" (česky). Neternity Group spol. s r.o. 04.07.2011. 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010.
- ↑ "Ochrana území - Národní park Šumava:" (česky). Správa Národního parku a chráněné krajinné oblasti Šumava. 03.07.2011. 2019-12-25 tarixində arxivləşdirilib.
- ↑ "Chalupa umožnil kácení Šumavy, u MŽP protestovaly stovky lidí - Deník Referendum:" (česky). 04.07.2011. 2022-01-18 tarixində arxivləşdirilib.
- ↑ "Vláda odmítla zákon o Šumavě, kraj chtěl svěřit park do péče neziskovce - iDNES.cz:" (česky). 01.09.2011. 2020-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2011.
- ↑ "Stanovisko Správy NP Šumava k aktuální situaci v lokalitě Smrčina - - Aktuality - Národní park Šumava:" (česky). Neternity Group spol. s r.o. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04.07.2011.
- ↑ Na Šumavě nelze omezovat turisty tak jako dosud, rozhodl soud Arxivləşdirilib 2010-12-18 at the Wayback Machine, iDnes.cz, 15. 12. 2010, alt (Aleš Tolar), jis (Jitka Šrámková)
- ↑ Lidovky.cz. "Šumavský národní park teď povede Mánek. A chce kácet dál". 2012-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.6.2012.
- ↑ 1 2 "Geologie - Národní park Šumava:" (česky). Neternity Group spol. s r.o. 2010-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03.07.2011.
- ↑ "mapka vrcholů Šumava". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-23.
- ↑ "Hydrologie - Národní park Šumava:" (česky). Neternity Group spol. s r.o. 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03.07.2011.