Sri Lanka Vetendas Muharibesi - Wikipedia
Şri-Lanka vətəndaş müharibəsi — Şri-Lanka mərkəzi hökuməti ilə Tamil pələngləri hərbiləşdirilmiş hərəkat arasında baş vermiş müharibə. Hərbi əməliyyatlar 1983–2009-cu illərdə baş vermişdir. Müharibə 80 min insanın ölümünə səbəb olmuşdur.
Şri-Lanka vətəndaş müharibəsi | |||
---|---|---|---|
Tarix | 23 iyul 1983 — 18 may 2009 | ||
Yeri | Şri-Lanka | ||
Səbəbi | Tamil milli azlığının separatist meyilləri | ||
Nəticəsi | Dərbənd xanlığının təslim olması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə öncəsi
redaktə1948-ci ildə Şri-Lankanın Böyük Britaniyadan müstəqillik əldə etməsindən sonra ölkənin siyasi həyatında Sinhallar üstün mövqe qazanmağa başlamışdılar. Bu ərəfədə isə tamillərin asimilyasiyası başlamışdı. Bu iki etnik qrup arasında narazılıqlar 1977-ci ildə Şri-Lankada kütləvi davalara səbəb olmuşdur. 1976-cı ildən "Tamil İlam azadlıq pələngləri" artıq təşkil olunmuşdu. Onlar Tamillərin müstəqilliyinə can atırdılar.
Cafna kitabxanasının yandırılması və kütləvi qətlyamlarda sinhal polislərin iştirakı tamillər arasında dərin ikrah hissi yaratmışdı.
1983-cü ilin iyulunda Tamil pələnləri Cafna şəhərində patrullara hücum təşkil etmişdir. Bu isə Sinhallar arasında adekvat münasibəti doğurmuş və tamil qətliyamlarına yol açmışdır. Bu hadisələr tarixə Qara iyul kimi daxil olmuşdur. Bundan sonra dövlət hərbi vəziyyət elan etmişdir. Daha sonra adada vətəndaş müharibəsi başlamışdır.
Dövrləri
redaktəMüharibə aşağıdakı dövrlərə bölünür:
Birinci ilam müharibəsi (1983–1987): vətəndaş müharibəsinin ilkin dövrü hesab edilir.
Hind internensiyası (1987–1990): müharibəyə Hindistanın müdaxiləsi. 1987-ci ilin yayında adaya Hindistan ordusu daxil olur. Onlar burada sülhməramlı misiyasını yerinə yetirməli idilər. Sonradan isə onların Tamillərə qarşı müharibəyə qarışdığı müəyyən edilir. Çoxlu sayda itki verməsi səbəbindən Hindistan kontingenti 1990-cı ilin yayında adanı tərk etmişdir.
İkinci İlam müharibəsi (1990–1994): vətədaş müharibəsinin yenidən alovlanması. Müharibə terror aktları ilə müşahidə edilmişdir. Tamillərin bu addımları nəticəsində Şri-Lankanın prezidenti Ranasinqxe Premadasa öldürülmüşdür.
Üçümcü İlam müharibəsi (1995–2002): qısa müddətdən sonra alovlanan növbəti mərhələ. Hökumət qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlamış, ancaq kiçik uğurlara nail olmuşdur.
Barışıq (2002–2006). 2002-ci ildə Norveçin bilavastə iştirakı ilə tərəflər arasında barışıq elan edilmişdir. Bundan sonra münaqişənin həlli istiqamətində danışıqlar başlamışdır.
Dördüncü İlam müharibəsi (2006–2009?). 2006-cı ilin aprelində Tamil pələngləritərəfindən təşmil edilən terror aktından sonra əməliyyatlar yenidən başlamışdır.
"Pələnglərin" məğlubiyyəti
redaktə2008-ci ilin yanvarında Şri-Lanka formal şəkildə barışıqdan imtina etdiyini bəyan etmişdir.
2 yanvar 2009-cu ildə hökumət qüvvələri iki aylıq ağır döyüşlərdən sonra "Tamillərin paytaxtı" olan Kilinoççi şəhərini tuturlar. Artıq 14 yanvar tarixində Şri-lankla ordusu bütün Cafna yarımadasını öz nəzarətinə ala bilmişdir.[3]
25 yanvar 2009-cu ildə isə hərbçilər Tamil pələnglərinin "son qalası" olan Mullaittivunu ələ keçirə bilirlər.
2009-cu ilin aprelində "pələnglər" Pittukudiyurupu[4] şəhərində çoxlu sayda itki vermişlər.
16 may 2009-cu ildə Şri-Lanka prezidenti Tamil pələngləri üzərində tam qələbəni elan etmişdir. "Tamil pələngləri" təşkilatının rəhbəri məğlubiyyəti qəbul etmiş və barışıq elan etmişdir[5].
18 may 2009-cu ildə "Tamil İlam Azadlıq pələngləri" təkilatının rəhbəri Velupillai Prabxakaran mühasirəni yarmaq cəhdi zamanı öldürülmüşdür. Onun 200 nəfərlik dəstəsi ölkənin şimal-şərqindəki cəngəlliklərdə mühasirəyə alınmışdır. Onun cəsədi sanitar maşınında aşkar edilmişdir.
Bir müddət isə Velupillai Prabxakaranın böyük oğlu öldürülmüşdür. Xüsusi təyinatlılar tərəfindən bu təşkilatın digər yüksək çinli üzvləridə aradan götürülmüşdür.[6]
İtkilər
redaktəSon hərbi əməliyyatlar zamanı tamillər tərəfindən 6.5 min insan ölmüş və 200 min insan qaçqın vəziyyətinə düşmüşdür[7][8]. Hökumət qüvvələri əməliyatlar zamanı 6200 itki vermiş və 30 min insan yaralanmışdır[9].
İstinadlar
redaktə- ↑ "Sri Lanka — Armed forces". 2007-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "Тигры освобождения Тамил Илама террористическая сепаратистская организация". 2010-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "Şri-lankla ordusu bütün Cafna yarımadasını öz nəzarətinə almişdir". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "За три дня на Шри-Ланке убиты 420 боевиков ТОТИ". 2015-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "«Tamil pələngləri» məğlubiyyəti elan etdilər". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "Times Online 18 May 2009". 19 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
- ↑ "Şri-Lanka qüvvələri Tamil Pələnglərinin məhvinə çalışır". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ "Шри-Ланка посвятила победе над тамилами купюру в 1000 рупий". 2015-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
- ↑ Война в Шри-Ланке превзошла по потерям операцию США в Ираке Arxivləşdirilib 2015-04-25 at the Wayback Machine (rus.)