Slyaxta - Wikipedia
Şlyaxta(pol. Szlachta, alm. Schlacht — Polşa krallığı, Böyük Litva knyazlığı, Reç Pospolita və digər ölkələrdə ictimai zümrə.
Şlyaxta mədəniyyəti
redaktəÖz mənşələrini sarmatlarla bağlayan (sarmatizm) şlyaxtalar rəiyyətlə (slavyanlar və litovlar) aralarında məsafə saxlayırdılar. Sarmatizm şlyaxtanın hakim ideologiyası olmaqla yanaşı, həm də müəyyən davranış qaydalarını da özündə ehtiva edən həyat tərzi idi. Reç Pospolitanın bütün yuxarı təbəqələrinə sirayət edən sarmatizm mədəniyyəti onları Qərbi Avropa aristokratiyasından fərqləndirirdi: sarmatizm ideologiyası geyimdə, incəsənətdə, arxitekturada və bu kimi bütün sahələrdə hakim idi.
Şlyaxta mədəniyyəti əslində Asiya hərbi demokratiya ənənələrinin yeni (avropalaşmış) forması idi. Şlyaxtalar əsil-nəcabətlərinə görə hərbçi ağalar idilər: fərqi yoxdur onun torpağı və ya kəndlisi var, ya yoxdur, varlıdır, yoxsa kasıbdır. Hətta öz torpaqlarını şəxsən özləri əkib-becərən şlyaxtalar yüksək ləyaqət hissi ("qonor", "honor"), hədsiz cəsarəti və mərdliyi ilə seçilirdilər. Geniş şəxsi azadlıqlara (Qızıl azadlıqlara) malik şlyaxtalar krala "pan qardaş" deyərək onu özlərinə tən tutur və ona tabe olmamaq hüququnu (rokoş) həmişə özlərində saxlayırdılar. Digərlərinə xüsusi ehtiramla yanaşan şlyaxtiçlər arvadlarına da hədsiz hörmət bəsləmələri ilə seçilirdilər. Hətta bu onların vəzifəsi sayılırdı.
XVI–XVIII əsrlərdə Litvada şlyaxta demokratiyası hakimlik edirdi, buradan da onun Polşa şlyaxtası ilə yaxınlığı qaçılmaz oldu. Nəticədə Böyük Lİtva knyazlığı öz əvvəlki milli litvalı xarakterini itirir, onun yerində Polşa mədəniyyəti yayılırdı.
1772, 1793 və 1795-ci illərdə bütün Polşa və Böyük Lİtva knyazlığı Rusiya, Prusiya və Avstriya arasında bölüşdürüldü. Böyük Litva knyazlığının əsas hissəsi Rusiyanın əlinə keçdi.
Osmanlı dövləti 1795-ci ildə Reç Pospolitanın Avstriya, Rusiya və Prussiya dövlətləri arasında bölünüb tarixdən silinməsi ilə heç vaxt razılaşmadı.
Osmanlı sultanları diplomatik korpusu qəbul edəndə həmişə Polşa səfirinin niyə gəlmədiyini soruşardılar. Cavabında sədr-əzəm əminliklə söyləyərdi ki: "Lehistan (Polşa) elçisi yoldadır, ancaq yollardakı müşkülat üzündən gecikməkdədir". Mənbələrdə Osmanlı sədr-əzəmlərinin səfirlərin illik dəvətlərində Rusiya, Avstriya və Prussiya elçilərinə hər dəfə: "Lehistanlı həmkarınız harada? Aranızda görə bilmirəm də!" sualını yönəltdiyi göstərilir. Bu vəziyyət Polşa 1918-ci ildə yenidən müstəqillik əldə edənə qədər davam etmişdir. Türkiyə Cümhuriyyətini rəsmi olaraq tanıyan ilk Avropa dövləti də məhz Polşa Respublikasıdır və dərhal sonra Türkiyə ilə Polşa təkrar diplomatik əlaqə yaratmışdır. 1924-cü ilin aprel ayında ilk Türkiyə Cümhuriyyəti səfiri Varşavaya, 1924-cü ilin iyununda ilk Polşa səfiri Ankaraya təyin edilmişdir.
Osmanlı dövlətinin Polşanın ləğvini qəbul etməməsinə bənzər bir hadisə də II Dünya müharibəsi illərində Polşanın Hitler Almaniyası tərəfindən işğalı zamanı baş vermişdir. Faşist Almaniyası 1939-cu ildə Polşanı işğal edəndə Almaniyanın Türkiyədəki səfiri Fon Papen Polşa səfirliyinin binasının almanlara verilməsini tələb edir (Bundan əvvəl almanlar Çexoslavakiyanı işğal edəndə eyni tələblə çıxış etmişdilər və Türkiyə bu tələbi yerinə yetirmişdi). Zamanın respublika başçısı İsmət Paşa bu istəyə qarşı çıxıb: "Bizim Polşa ilə ənənəvi bir dostluğumuz var. Türkiyə Polşa səfirinin gəlişi üçün 130 il gözləmişdir. İndi çox qısa bir müddət üçün polşalı dostlarımızı qıra bilmərik və sizin bu tələbinizi Türkiyə qətiyyən yerinə yetirməz…" — deyə cavab vermişdi.
Beləcə, II Dünya müharibəsi boyunca Ankaradakı Polşa səfirliyi müntəzəm olaraq fəaliyyət göstərmiş, Fon Papen də Polşanın bayrağının səfirlik binasında necə dalğalandığını pəncərəsindən seyr etməyə məcbur olmuşdur.
Tanınmış şlyyaxta soyları
redaktə- Branitskilər
- Vişnevskilər
- Qadomskilər
- Qaştoldlar
- Qedroylular
- Глинские
- Гольшанские
- Друцкие-Любецкие
- Жолкевские
- Залуские
- Замойские
- Запольские
- Заславские
- Зборовские
- Зеновичи
- Калиновские
- Кишки
- Кмиты
- Конецпольские
- Красинские
- Лисовские
- Любомирские
- Новицкие
- Огинские
- Оссолинские
- Острожские
- Пацы
- Понятовские
- Потоцкие
- Радзивиллы
- Ржевуские
- Сангушки
- Сапеги
- Сенявские
- Святополк-Четвертинские
- Собеские
- Тарло
- Тарновские
- Тышкевичи
- Ходкевичи
- Чарторыйские