Sirvan Samaxi - Wikipedia
Şirvan (əvvəlki adları: Şirvanzadə (? – 29 dekabr 1992); Xoylu (29 dekabr 1992 – 26 iyul 1994)) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şamaxı rayonunun Şirvanzadə kəndi Xoylu kəndi,[1] Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şamaxı rayonunun Saqiyan kənd inzibati-ərazi vahidinin tərkibindəki Xoylu kəndi Şirvan kəndi adlandırılmışdır.[2]
Şirvan | |
---|---|
39°57′ şm. e. 48°58′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. XIX əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992-ci ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994-cü ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir.[3]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsində yerləşir.
Əhalisi
redaktəKənd əhalisi 419 nəfərdir ki, onun da 219 nəfəri kişi, 200 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı
redaktəKənddə 88 təsərrüfat var.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ Şirvan (Şamaxı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 220. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |