Siqa Safari Muzeyi - Wikipedia
Şiqa Safari Muzeyi (滋賀サファリ博物館, Şiqa Safari Hakubicutsukan?) – Yaponiyanın Şiqa prefekturasının Koka şəhərində yerləşən zoologiya muzeyi.
Şiqa Safari Muzeyi | |
---|---|
Mövzu | taksidermiya |
Ölkə | |
Yerləşir | Koka[d] |
34°55′08″ şm. e. 136°05′13″ ş. u.HGYO | |
shiga-safari.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ekspozisiya
redaktəMuzeydə müxtəlif ölkələrdə ovlanmış vəhşi heyvanların müqəvvaları sərgilənir. Burada sərgilənən heyvanlar tək bir ovçu – Yukihiko Kondo tərəfindən rəsmi icazələr əsasında ovlanmışdır. Muzeyin ilk direktoru olmuş Yukihiko Kondo 1934-cü ildən 1980-ci illərə qədər Yaponiyada, 1971–1996-cı illərdə digər ölkələrdə ovçuluqla məşğul olmuşdur.[1] Muzey iki bölmədən ibarətdir və burada 100-dən çox heyvan müqəvvası sərgilənir.[2] Hazırda muzeyin direktoru Yukihiko Kondonun oğlu Yukihisa Kondodur.[1]
Muzeyin girişində yunan mifologiyasında ovçuluğun ilahəsi hesab olunan Artemidanın tunc heykəli yerləşir. Muzey ekspozisiyası ağ ayı müqəvvası ilə başlayır. Altay dağ qoyunu, Marko Polo qoyunu və Sibir dağ keçisi dünyada ovlanması ən çətin olan üç heyvan hesab olunur. Muzey bu üç heyvanı bir yerdə görməyin mümkün olduğu yeganə yerdir. Muzeyin Afrika pavilyonunda Afrika meqafaunasına aid canlıların müqəvvaları sərgilənir. Burada şir, zebr, zürafə, ağ kərgədan, böyük panda, cırtdan begemot, okapi, bonqo, maral, Afrika fili, qaban, Nil timsahı, koyot kimi canlılar nümayiş etdirilir.[3] Şiqa Safari Muzeyi Yaponiyada bonqoların sərgiləndiyi yeganə muzeydir. Burada həm dişi, həm də erkək bonqonun müqəvvası sərgilənir.[3]
Qalereya
redaktə-
Artemida heykəli
-
Heyvanların ovlandıqları yeri göstərən xəritə
-
Fil dişləri
-
Eksponatlar
İstinadlar
redaktə- ↑ 1 2 "世界を股にかけて動物100体、滋賀のサファリ博物館". Asahi (yaponca). 19 avqust 2021. 14 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.
- ↑ "本物の力!". Shigaraki Camp (yaponca). 1 iyul 2022. 21 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.
- ↑ 1 2 "滋賀サファリ博物館". Şiqa Muzeylər Assosiasiyası (yaponca). 2024-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2024.
Xarici keçidlər
redaktə- shiga-safari.com — Rəsmi saytı