Simo Kamaqari - Wikipedia
Şimo-Kamaqari (yap. 下蒲刈島, «Aşağı Kamaqari adası» — Daxili Yapon dənizində yerləşən, Yaponiyaya məxsus olan ada. Qeyoy adaları qrupuna daxildir. Hirosima prefekturasının cənub-qərbində, kure şəhərindən isə cənubda yerləşir. Simo-Kamaraqi məhəlləsinə, Simo-Kamaraqi kəndi inzibati vahidliyinə daxildir. Adanın sahəsi - 7,927 km². Ada əhalisi 2223 nəfərdir.
Şimo-Kamaqari | |
---|---|
yap. 下蒲刈島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 7,927 km² |
Hündür nöqtəsi | 275 m |
Əhalisi | 2.223 nəfər (2010-cu il) |
Yerləşməsi | |
34°11′04″ şm. e. 132°39′46″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəŞimo-Kamaqari adası Saxili Yapon dənizinin qərb sahillərində yerləşir. Şimaldan sahillərini Meneko boğazı, şərqdən isə Sonnose boğazının suları yuyur. Cənub və qərb sahilləri isə Aki dənizi akvatoriyasına daxildir.
Şimo-Kamaqaridən şimalda Kure şəhərinin Niqata limanı yerləşir. Limanla Akinata körpüsü ilə birləşir. Şimo-Kamaqaridən şərqdə isə Kami–Kamaqari adası yerləşir. Bu adaya isə Kamaqari körpüsü ilə birləşir. Adadan cənubda, Usiqakubi burnundan cənub-şərq rayonunda dörd eləıdə iri olamyan adacıq vardır (ada-yayalıq). Ada aktiv seysmik zonada yerləşir.
Şimo-Kamaqari adasının ərsazisi əsasən sərt yamaclı dağ və təpələrlə örtülüdür. Ən hündür nöqtəsi Ohira dağıdır. Dağın hündürlüyü 275 metrdir.
Əsass yaşayış məntəqələri Misorio rayonları ərazisində cəmləşmişdir. Bu Şimo-Kamaqarinin şimal rayonlarıdır. Sannose isə adanın siyasi-inzibati mərkəzi rolunu oynamışdır və adanın şərqində yerləşir. O-Cico isə adanın cənub rayonundadır. Adanın daxili hissələrində demək olar ki, yaşayış məntəqələri yoxdur. Onun bir hissəsi meşələrlə örtülüdür. Şimo-Kamaqari adasından cənubda Kuroşio və Şimotsune adaları yerləşir. Kami-Kamaqari ondan şərqdədir.
Yaşayış məntəqələri
redaktəTarixən Şimo-Kamaqari ərazisində iki yaşayış məntəqəsi olmuşdur: Sannose və Simoşima. Sannose ilk əvvəllər adanın siyasi-inzibati mərkəzi olmuşdur. Burad liman yerləşirdi. Bu liman paytaxt Kiotodan Kyuşu adasına və Maruya qəsrinıə gedən yolun üzərində yerləşrdi.
1 aprel 1889-ci iSannose və Simoşima yeni təşkil edilən Hiroşima prefekturası, Aki qəzası, Kamaqarişima kəndinin inzibati vahidliyinə daxil edilir. Bu kənd adı 1 yanvar 1962-ci ildə Şimo-Kamaqari olaraq adlandırılır.
1 aprel 2003-ci ildə Şimo-Kamaqari qəsəbəsi Hiroşima prefekturası, Kure şəhərinin əsas hissəsinə çevrilir.
İqtisadiyyat
redaktəŞimo-Kamaqari adasında yaşayan əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Burada portağal, çiyələk, tərəvəz və kartof yetişdirilir. Sahil zonalarında isə balıqçılıq təsərrüfatı yayılmışdır. Adanın şimalında, Sirosaki burnu ərazisində (Ağ burun) əhəng daşı çıxarılır. İqtisadi məhdudiyyətlərə görə Şimo-Kamaqari əhalisi Hiroşima və Kure şəhərlərinə işləməyə gedirlər.
Mənbə
redaktə- ОHiroşima prefekturasının rəsmi saytı.[ölü keçid] (yap.)
- Kure şəhərinin rəsmi saytı. Arxivləşdirilib 2010-05-20 at the Wayback Machine (yap.)
- Simo-Kamagari Mədəniyyət Təşviqi Fondu (yap.)
- Hiroşima Mədəniyyəti Ensiklopediyası. (yap.)