Simanovskinin Binasi Taqanroq - Wikipedia
Şimanovskinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Frunze küçəsi ev 35 ünvanında yerləşən bina. Bina 1850-ci ildə inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Modern stilində inşa edilmişdir. Bina ikili ünvana sahibdir. Bu isə onun yerləşdiyi mövqeyi ilə əlaqədardır. XIX əsrin ikinci yarısında Siçevlər ailəsinə məxsus olmuşdur.
Şimanovskinin binası | |
---|---|
rus. Дом Шимановского | |
47°12′44″ şm. e. 38°55′48″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1850 |
Mərtəbə sayı | 1 |
Memarlıq quruluşu | Modern memarlığı |
Tarixi
redaktəBina Rostov vilayəti Taqanroq şəhəri Frunze küçəsi ev 35 ünvanında yerləşir. 1850-ci ildə inşa edilmişdir. Bina modern stilində inşa edilmişdir[1][2]. Binanın iki pəncərəsi Frunze küçəsinə, iki pəncərə isə İtalyanski xiyabanına baxır. 1870–1900 illərdə bina Sıçevlər ailəsinə məxsus olmuşdur. 1870-ci ildə illərdə bina Miron Yakovloviç Sıçevə məxsus idi. Evin sahibi 1880-ci illərdə Mixail Yakovloviç, XIX əsrin sonlarından 1910-cu illərə qədər isə Akim Yavokleviç Sıçev olmuşdur. 1890-cı ildə o, şəhər dumasına seçilmişdir. Üstəlik o, ticarət deputatları və şəhərin fəxri sakini seçilir.
1910-cu ildə bağ, bina və həyatyanı əraziləri qadın xəstəıikləri üzrə mütəxəsis olan Vladimir Qrigorieviç Şimanoviçski tərəfindən satın alınır. Onun həyat yoldaşı Marta Pavlovna idi. Həkim şəhərdə xeyriyəçi kimi tanınır. Üstəlik o, avtomobilə sahib idi. Bu isə Taqanroqda bir nadir hadisə idi. Şimanovskinin doğma övladları yoxdur.
1914-cü ildə binada təmir işləri aparılmışdır. Divarların tikilməsi məqsədi ilə peramik kərpiçdən istifadə edilmişdir. Damı metal lövhələrlə vurulmuşdur. Binada yerləşən 19–20 otaq yerləşir. Bu otaqların onu yaşayış məqsədlidir. Otaqların ümumi sahəsi 227 m² təşkil edir.
1920-ci illərdə Şimanovski binanın sahibliyindən uzaqlaşdırılmışdır. 1922-ci ildə binada sovet hərbi komandanı Efim Afanaseviç Şadenko yaşamışdır.
1990-cı illərdə binanın yaxınlığında kiçik mağaza olmuşdur. Mağaza "Dora" adlanır. Yay ayları şəhər sakinləri mağazaya daha çox müraciət edirlər. Burada soyuq pivə, su və dondurma satılır.
İstinadlar
redaktə- ↑ "Дом 31. Фрунзе улица". 2017-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.
- ↑ "Шимановского дом//Энциклопедия Таганрога, Ростов-на-Дону, Росиздат, 2003". 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-19.