Simali Passat Cereyani - Wikipedia
Şimali_Passat_cərəyanı - Haqqında Məlumat
Şimali Passat cərəyanı və ya Şimali Ekvatorial cərəyanı — Sakit, Hind və Atlantik okeanları ərazisindən keçən isti dəniz cərəyanı.
Ekvatorial əkscərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Dünya okeanı |
Tip | İsti |
Vikianbarda əlaqəli mediafayllar |
Sakit okeanda cərəyan Kaliforniya cərəyanı yaxınlığından başlayır və şimal yarımkürəsinin 10° və 20° arası ilə qərbə istiqamətlənir. Filippin sahillərində Kurosio cərəyanı onun qarşısını alır.
Atlantik okeanda Kanar cərəyanı yaxınlığından başlayır və 10° - 30° şimal enlikləri ilə şimal-qərbə yönəlir. Qolfstrim cərəyanının əsas qidalandırıcılarından biri hesab edilir.
Hind okeanında Şimali Passat cərəyanının istiqaməti mövsümdən asılıdır. Qışda şimal-şərqə, yayda isə cənub-qərbə yönəlir. Burada Somali cərəyanını güçləndirir.