Silevenge Yardimli - Wikipedia
Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şiləvəngə | |
---|---|
38°53′23″ şm. e. 48°13′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəŞiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.[mənbə göstərin]
Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və -gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh. 218.
Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |