Seyx Sedreddin Erdebili - Wikipedia
Şeyx Sədrəddin Ərdəbili (1334-1391) — Səfəviyyə təriqəti şeyxi.
Şeyx Sədrəddin Musa | |
---|---|
Ərdəbil hakimliyinin II şeyxi | |
1334 – 1391 | |
Əvvəlki | Şeyx Səfi |
Sonrakı | Şeyx Xacə Əlaəddin Əli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəlxoran, Ərdəbil |
Vəfat tarixi | |
Vəfat yeri | Ərdəbil |
Dəfn yeri | Ərdəbil |
Atası | Şeyx Səfi |
Anası | Bibi Fatimə (Şeyx Zahid Gilaninin qızı) |
Uşağı | Şeyx Xacə Əlaəddin Əli |
Həyatı
redaktəŞeyx Sədrəddin Musa ibn Şeyx Səfiəddin İshaq 1334-cü ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kəlxoran kəndində anadan olmuşdur. 1334-1391-ci illərdə şeyxlik etmişdir. Bu dövrdə şeyxliyin gəlirləri və müridləri artmışdır. Tələbələrin arasında moğollar da var idi.[1] 1391-ci ildə Ərdəbildə vəfat etmişdir.[2]
XIV əsrdə Əxi Mühibşahın oğlu Əxi Mirmir, Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddinin vəkili idi. Onun adı “Şeyx Səfi təzkirəsi”ndə dəfələrlə qeyd olunmuşdur[3]
Fəaliyyəti
redaktəŞeyx Hüseyn ibn Şeyx Abdal Zahidinin sözlərinə görə Şeyx Səfiəddin İshaq sağlığında xələflərindən özünə naib təyin etidyi Şeyx Sədrəddin qısa müddət ərzində çox ciddi çalışaraq ağır zəhmətlə kamil ustad mərtəbəsinə yüksəlmişdi. Ərdəbil vilayətindən olan Mövlanə Şəmsəddin deyir ki, Marağa – Təbriz yolu ilə üç ay ərzində Həzrəti şeyxin ziyarətinə gələn talebanların (zərvar və müridlərin) sayı 30 min nəfər olmuşdu. İsgəndər bəy Münşi isə yazır ki, Şeyx Sədrəddinin səadət qapısı hörmətli şahların və əyanların müraciət etdiyi yer oldu. Moğol əmirləri (Elxanilər) və əyanları irşad xəzinələrinin sahiblərinə böyük etiqad bəsləyirdilər. Şeyx Sədrəddin zamanının hökmdarları, talebanları yanında deyil, xalqın yoxsul zümrələri arasında daha çox böyük nüfuz sahibi olmuşdu. Bunun əsas səbəbi onun Şeyx Səfi türbəsinin məlum və məlum olmayan (nəzir, bəxşiş) gəlirlərdən yoxsullara yardım edilməsi haqqında sərəncamlar verməsi ilə əlaqədar idi. Seyid Cəmaləddin rəhmətüllah yoxsullara, yolçulara yemək verilməsi üzrə məmur olduğu zaman bir gün ərzində fəqirlərə min qoyun qızardılıb yemək verilmiş və dərviş xəlvətxanalarına da min ədəd çörək göndərildiyi də qeydə alınmışdır. Şeyx Sədrədinin Şeyx Zahid vəfat etdikdən (m.1300) dörd il sonra h.704-cü ildə (m.1304) anadan olmuş və h.794 (1392)-cü ildə vəfat etmişdir. O, əlli doqquz il irşad və dini rəhbər olmuşdu. Səfəvilərin mötəbər tarixi abidəsi onun əsəridir. Bu mötəbər Şeyx Səfi məqbərə komleksi on ilə tikdirilib başa çatdırılmışdı. Şeyx Sədərddinin müridlərinin xalq içərisində təsiri çox artmış, onlar sufilik ideyasını Azərbaycan hüdudlarından kənarda da yayaraq məhşurlaşırdılar. "Silsilətün-nəsəbi Səfəviyyə”də göstərilir ki, Şeyx Sədrəddinin zamanında onun talebanları (müridləri) çox yüksək məqama sahib olmuşdular ki, onlardan biri də Seyid Şah Qasım Ənvər (1355-1434)olub, o, sonralar İraq və Xorasanda da çox məhşurlaşmışdı. XIV yüzilin 30-40-cı illərində Hülakular dövləti parçalanıb dağıldıqda Azərbaycanda hakimiyyəti çobanilər sülaləsi ələ keçirmişdi. Çobanlı Məlik Əşrəf (1344-1356)əhalini soyub talayır və onun zülmündən cana gələnlər vətənlərini tərk edirdilər. Onlar Azərbaycandakı əhalinin acınacaqlı vəziyyətini Canı bəyə çatdırdıqda o, mütəəsir olmuşdu. O, tezliklə hərəkətə keçib Azərbaycanın Şirvan vilayətinə daxil oldu. Təbrizi tutub Məlik Əşrəfi ələ keçirib edam etdirdi. Şeyx Sədrəddin Canı bəy tərəfindən ehtiramla qarşılanmış və o, Şeyxə bildirmişdi ki, mənim bu vilayətdə qalmaq fikrim yoxdur. Sizə və müridlərinizə aid olan daşınmaz əmlak (torpaq, tikili) düzgün qeydə alınıb mənə gətirilsin ki, onlar yenidən sənədləşdirilsin və qaydaya salınsın. Şeyx Ərdəbilə yola düşüb padşahın göstərişi ilə müridlərin mürəxxəs edərək Ərdəbil vilayəti, Darolmərz, Muğana və sair mahallara göndərdi ki, yerlərdə hansı əmlak ki, onlara aiddir sənədləşdirsinlər və Şeyx onları padşaha çatdırsın. Müridlər bütün bunlar barədə düzgün tumar hazırladılar və müqəddəs Astanaya çatdırdılar. Ancaq Canıbəy ölkəsində baş verən hadisələrlə bağlı ləngimədən yola düşdüyünə görə Şeyx onunla bir daha görşə bilmədi və bu səbəbdən də onun imzası ilə soyurqal barədə hökmü ala bilmədi.
Şeyx Sədrəddin Həcc ziyarətindən geri qayıtdıqdan sonra oğlu ariflər sultanı, sufi-saleklərin dəlili Xoca Əlini özünə xələf və naib təyin edib, səccadəni də, müqəddəs məzara rəhbərliyi də ona də verir Xoca Əli atasından sonra otuz səkkiz il Darülirşada başçılıq etmiş və h.830-cu ildə(m.1437) vəfat etmişdi.
- ↑ Eskandar Beg Monshi, History of Shah ‘Abbas the Great (Tārīk-e‘Ălamārā-ye ‘Abbāsī), translated by Roger M. Savory, Colorado: Westview Press, 1978.
- ↑ Browne, Edward G., A Literary History of Persia. Vol. IV. Modern Times (1500-1924), Maryland: Iranbooks, 1997. (Originally published in 1902)
- ↑ “Şeyx Səfi təzkirəsi 9, s.242,570-573,652”
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |