Sahzade Babayeva - Wikipedia
Şahzadə Babayeva — aktrisa.
Şahzadə Babayeva | |
---|---|
Şahzadə Eynulla qızı Babayeva | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Həyatı
redaktəYasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır.
Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Teatrdakı rolları
redaktə- Medeya (J.Anuy) — dayə
- Dönüş (Cəfər Cabbarlı; quruluşçu rejissor Hafiz Fətullayev, rejissor Əfqan Soltanov) — Qəmər
- Ölülər (Cəlil Məmmədquluzadə; quruluşçu rejissor Oruc Qurbanov) — birinci azarlı
- Elektra (Sofokl) — Kliteminestra
- Nadir şah (Nəriman Nərimanov) — ana
- Müsyo Jordan və Dərviş Məstəli Şah (Mirzə Fətəli Axundov) — Şəhrəbanu
- Oğul (A.Babayev) — şikayətçi
- Xəyanətin müsibəti (İ.Kərimov) — Ümmi İshaq
- Tənha qadınlar (Əziz Nesin) — Dahabəyim
- Türk sancağı (A.Qurbani) — şəhid anası
- Unutqanlıq qorxunc bəladır (Ə.Əliyev) — Sona
- Dəli Domrul (A.Məmmədov) — carçı qadın
- Qara Fatma (S.Qafarov) — Qara Fatma
Filmoqrafiya
redaktə- Şirin bülbül (film, 2000)
- Yeni həyat (2005)