Saan Natali - Wikipedia
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884[1] – 18 aprel 1983[2], Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri.
Şahan Natali | |
---|---|
q.erm. Շահան Նաթալի | |
baş redaktor (Azatamart[d]) | |
25 noyabr 1928 – 1929 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Հակոբ Տեր-Հակոբեան |
Doğum tarixi | 14 iyul 1884[1] |
Vəfat tarixi | 18 aprel 1983[2] (98 yaşında) |
Vəfat yeri |
|
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, aktivist |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktə1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhbərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır.
Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 145.
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.