Serq Xalcalari - Wikipedia
Tarixi
redaktəİnsanlar hələ qədim dövrlərdən xalça toxumağı bacarırdılar. Bizim günlərə qədər qorunub-saxlanmış ən qədim şərq xalçasının yaşı, ekspertlər tərəfindən belə müəyyənləşdirilib. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 4,5×6,5 m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan xalçanın yaşı təxminən 2500 ildir.[1]
Bu gün toxunan müasir xalçalarda tək qədim dövrün motivləri deyil, eyni zamanda müasir dövrün motivləri və çağdaş tərzlər də öz yerini tapır. Şərq xalçasının əllə toxunmuş naxışları heç vaxt təsadüfi olmur. Hər ornamentin arxasında sirli-sehrli bir məna durur. Əllə toxunulmuş şərq xalçalarının büsatının sirri xammalın seçimində, rənglərin ahəngində, dizaynın gözəlliyində və məhsulun mükəmməl keyfiyyətindədir. Əllə toxunmuş xalça sırf məişət əşyasından başqa, həm də incəsənət əsəri sayılır.
Şərq xalçaları Avropada
redaktəXIV–XVI əsrlərdə Avropanın Şərqlə ticarət əlaqələri Şərq xalçalarının və müxtəlif toxuculuq məmulatlarının ixracına səbəb olmuşdur. Xalçalar Avropaya Bizansdan, Türkiyədən, Azərbaycandan, Türkmənistandan, Levantdan, Misirdən və Şimali Afrikadan gətirilirdi.
Avropada bu xalçalar olduqca populyar idi və məişətdə geniş istifadə olunurdu: onları saraylara döşəyib, kilsədə mehrabın altına sərib, ictimai bayramlar zamanı eyvandan və divarlardan asırdılar.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Bərdə (saqa-oğuz) xalısı". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-08.
- ↑ Avropada Şərq xalçaları [ölü keçid]