Serif Mehmed Pasa - Wikipedia
Şərif Mehmed Paşa — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Şərif Mehmed Paşa | |
---|---|
Əvvəlki | Qurd Mehmed Paşa |
Sonrakı | Hızır Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | XVII əsr |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Əslən fars olub, Osmanlı tabeliyinə necə girdiyi məlum deyil. Saray dəftərxanasına alınaraq burada xidmət etmiş, 1591-ci ildə baş dəftərdar olmuşdur. 1593-cü ildə vəzifədən alınsa da, 1595-ci ilin iyulunda ikinci dəfə bu vəzifəyə gətirildi. Ancaq həmin il yenidən vəzifədən alındı və Misir bəylərbəyi oldu. 1598-ci ilin iyulunda vəzifədən alındı. 1600-cü ildə vəzir rütbəsilə divana daxil oldu. 1601-ci ildə İrəvan bəylərbəyi olsa da, ertəsi il qala Səfəvilər tərəfindən mühasirəyə alındı. Bir il boyunca mühasirədə qalsa da, qalanı təslim etməyərək məşhurlaşdı. 1604-cü ildə baş verən çatışmaların birində əsir düşdü. Bəzi mənbələrdə şəhid düşdüyü göstərilsə də, bəzi mənbələrdə də İran əhalisi tərəfindən seyidliyi səbəbilə hörmət qazandığı və burada öz əcəliylə vəfat etdiyi qeyd edilir. Ölüm tarixi məlum deyil.
Mənbə
redaktə- Sicill-i Osmani IV, səh. 24