Sehrizor - Wikipedia
Şəhrizor (kürd. شارهزوور) — İraqda, Kürdüstan Regional Hökumətinin sərhədləri çərçivəsində, Süleymaniyyə şəhərinin qərbində, Cibal vilayətində münbit düzənlik. Region İran, İraq və Türkiyə arasındakı sərhəd ərazisinə düşür. Bu, Həvraman dağlarının qərbində yerləşir.
Şəhrizor düzü Əhli-Haqq təliminə inananlar üçün müqəddəs və mübarək bir regiondur. Bu inanca görə, tanrı qiyamət günü bu regiona lütf verəcək.[1]
Etimologiyası
redaktəŞəhrizor adı Osmanlı türkcəsindəki "Şehr-i Zor" adından törəmiş sifətdir. Bu ad "şəhər" və "zor" sözlərinin birləşməsindən yaranmış, güclü, fəth edilməsi asan olmayan şəhər deməkdir.
XII əsrdə yaşamış coğrafiyaşünas Yaqut əl-Həməvinin məlumatına görə, "zor" sözü bu şəhərin əsasını qoyduğu iddia olunan Zehəkin oğlu Zorun adından gəlir.[2]
İstinadlar
redaktə- ↑ van Donzel, E. J., redaktorIslamic desk reference. Leiden: E.J. Brill. 1994. ISBN 90-04-09738-4. OCLC 30914626.
- ↑ "Jacut's Geographisches Wörterbuch: aus den Handschriften zu Berlin, St. Petersburg und Paris auf Kosten der deutschen morgenländischen Gesellschaft. Cilt: 3". Ferdinand Wüstenfeld. səh. 425-427. 4 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2022.