Sehri Gurkan - Wikipedia
Haqqında
redaktəXIV əsrin əvvəllərində Xəzər dənizinin suları altında qalmış yaşayış məntəqələrindən biri də Şəhri-Gürkandır. Bu yaşayış yeri Abşeron yarımadasının Gürkan burnunda, hazırda Zirə qəsəbəsindən 5 km şərqdə yerləşir. 1958-ci ildə Şəhri-Gürkan yaşayış yerinin sahilboyu ərazisi, 1987-ci ildə isə həm sahilboyu ərazi, həm də sualtı ərazisi kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Sahilboyu ərazidə araba təkərlərinin izlərinin qalığı, yol qeydə alınmış, XI–XIII əsrlərə aid xeyli şirli və şirsiz saxsı qab qırıqları, aşkarlanmışdır. Əhəngdaşından hazırlanmış üzüməzən qurğu, ip keçirmək üçün dəliyi olan daş əşya və qurğunun fraqmenti toplanmışdır. Sualtı sahədən boyalı qab qırıqları, bir neçə güvəc fraqmentləri, az miqdarda şirli qab nümunələri tapılıb götürülmüşdür. 250 metr şimalda kirjim tipli batmış gəmi aşkarlanmışdır.
Mənbə
redaktə- Azərbaycan arxeologiyası. VI cild. Bakı, 2008.
- Т.И.Голубкина. Форма для литья и тиснении из раскопок на городише Кабала. МИ Аз. Баку, 1973.
- В.А Квачидзе. Подводно — археологические работы в акватории Апшеронского архипилага и у мыса ГШюркан. ААЕ. 2003.