Izba - Wikipedia
İzba - Rusiya, Ukrayna, Belarusiyada meşə ərazilərində tirlərdən tikilən qədim ev. Çöl, gillə zəngin olan ərazilərdə isə mazanka (xata) adlı evlər tikirdilər.
Tarixi
redaktəXIII əsrə qədər izba özündə tirdən tikilmiş evləri özündə birləşdirirdi. Bu tirlər torpağın 3-4 metr dərinliyinə qədər basdırılırdı. İlk əvvəl qapılar olmasa da, onu balaca giriş deşiyi əvəz edirdi. Onlar ölçüsü təxminən 0,9-1 metr olan tir cütünün bir- birinə bitişdirilərək və üzərinə pərdə salınan formada idi. İzbanın içərisində daşlardan qurulmuş ocaq olurdu. Tüstünün evdən çıxması üçün deşik yox idi. Bunun belə edilməsinə səbəb ocağa qənaət etmək idi ki, bunun nəticəsində tüstünün istiliyi evdə qalaraq evi isti saxlayırdı. Döşəmə torpaqdan idi və üzərinə su tökülməsi ilə torpaq hamar olur və bərkiyirdi. Ailə başçısı ocağın yanında fəxri yerdə yatırdı, həyat yoldaşı və uşaqları isə girişdən sağ tərəfdə yatırdı. Bilavasitə evin girişində mal-qara olurdu, məsələn donuz öz balaları ilə girişdə olurdu. Əsrlər boyu izba getdikcə təkmilləşdi, evin yan tərəfində tüstünün çıxması üçün deşik (sonradan bunun üçün evin damından deşik qoyuldu), həmçinin soba da qoyulmuşdu.
Bacasız izbalar
redaktəBacasız izbalar – soba borusu olmayan izbalara deyilirdi. Sobalar bacasız olduğundan, bacasız ya da qara soba adlanırdılar. Tüstü bayıra qapıdan çıxırdı, lakin sobanın qızdırılması vaxtı tüstü qalın qatla evin tavanının üstündə olurdu, nəticədə isə tavanı his örtürdü. Hisin döşəməyə və insanlara düşməməsi, hisin yatızdırılması üçün izbanın içərisində divarlarda qurulan rəflər idi. Bacasız izbalar öz çatışmazlıqlarına baxmayaraq, rus kəndlərində XIX əsrə qədər qalmışdır. Bacasız izbaların döşəməsi torpaqdan idi, daha doğrusu torpaq su ilə suvarılaraq hamar və çox bərk olurdu. Döşəmələrin torpaqdan olmasının səbəbi o dövrdə ağac lövhələrin hazırlanmasının çox çətin və bahalı olması idi. Qapılar üçün iki yerə bölünmüş lövhələrdən istifadə olunurdu. Bacasız izbaların qaydaya uyğun olaraq, pəncərəsi yox idi,ancaq evin işıqlandırılması və tüstünün evdən çıxması üçün kiçik pəncərələr var idi. Gecə vaxtı izbalar talaşa ilə işıqlandırılırdı.
Ağ izbalar
redaktəXV əsrdən borulu sobalar yayılmağa başlayır. Amma bunlar əsasən, knyazlar, boyarlar, tacirlərin evində belə idi. Qara izbalar isə XIX əsrə qədər qalmışdır. Ancaq XVIII əsrdə I Pyotr Sankt-Peterburqda qara izbaların tikilməsini qadağan etdi. Məhz ağ izba klassik rus izbası hesab olunur. Şimali rus izbasının (Moskvadan şimalda yerləşən ərazilərdə) əsas fərqləndirici xüsusiyyəti kəndlinin bütün təsərrüfatının bir damda cəmləşməsi idi. Dairəvi formada olan rus sobası izbanın 1/3 hissəsini əhatə eləyirdi. Evin döşəməsinin altında olan yer isə zirzəmi adlanırdı. Zirzəmi bir neçə balaca pəncərədən düşən işıqla işıqlandırılırdı. İzbanın digər yarısı iki mərtəbəyə malik idi. Aşağı mərtəbə torpaq döşəməyə malik idi və mal-qaranın otarılması üçün darvazadan ibarət idi. Aşağı mərtəbənin darvazadan uzaqlıqda təcrid olunmuş balaca pəncərələri olan otaqdan ibarət idi.(bu otaqlar inək və qoyunlar üçün idi) Yuxarı mərtəbə otaq və samanlıq adlı 2 hissəyə (mal-qara və quşların yerləşməsi üçün) bölünürdü. Burada qış üçün odunların arasına quru otlar yığılırdı. İzbanın bütün otaqlarını yaşayış otaqları ilə eyni səviyyədə olan balaca dəhliz birləşdirirdi.Samanlığa aparan qapı 2 pilləkana ayrılırdı: onlardan biri yuxarıya-samanlığa, digəri isə aşağıya mal-qaraya baxmaq üçün nəzərdə tutulmuşdu.