Ivars Bickovics - Wikipedia
İvars_Biçkoviçs - Haqqında Məlumat
İvars Biçkoviçs[1] (latış. Ivars Bičkovičs; 1 fevral 1962, Ayzkraukl rayonu[d]) — Latviya Respublikası Ali Məhkəməsinin hazırkı Baş hakimidir.
İvars Biçkoviçs | |
---|---|
latış. Ivars Bičkovičs | |
Doğum tarixi | 1 fevral 1962 (62 yaş) |
Doğum yeri | Aizkraukle rayonu, Latviya |
Vətəndaşlığı | Latviya |
Təhsili | Latviya Universiteti |
Fəaliyyəti | hakim |
1980-ci ildən 1985-ci ilədək Latviya Universitetində təhsil almışdır.
1983-cü ildə Aizkraukle rayonunun Aqrobiznes Assosiasiyasının baş hüquq məsləhətçisi vəzifəsində çalışıb. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət edib. 1987-ci ildə Aizkraukle rayonu Xalq Məhkəməsinin hakimi olub.
Latviya müstəqilliyini bərpa etdikdən sonra, Ali Məhkəmənin Cinayət Problemləri Palatasının sədri (1996–2008) və 2008-ci ildən isə Latviya Respublikası Ali Məhkəməsinin Baş hakimi oldu.[2]
İstinadlar
redaktə- ↑ "AZƏRBAYCAN VƏ LATVİYA ARASINDA ƏDLİYYƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB". 2018-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
- ↑ "Par Augstāko tiesu — Priekšsēdētājs — Biogrāfija — Ivars Bičkovičs, Augstākās tiesas priekšsēdētājs". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |