Iuda Ordeni - Wikipedia
İuda ordeni — 1709-cu ildə Rusiya çarı I Pyotrun əmri ilə getman İvan Mazepanın təltif edilməsi üçün tək nümunədə hazırlanmış orden.
İuda ordeni | |
---|---|
rus. Орден Иуды | |
|
|
Ölkə | Rusiya |
Tip | Orden |
Kimə verilir | Heçkimə |
Status | İvan Mazepa |
Deviz | Lənətə gəlmiş pulpərəst İuda boğulur |
Statistika | |
Parametrlər | gümüş, 5 kq |
Təsis tarixi | 1709 |
Təltif sayı | 1 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Ordenin təsviri
redaktəOrden 5kq çəkiyə malik gümüşdən hazırlanmış dairə formasında idi. Dairənin içərisində ağcaqovaq ağacında edam edilən İuda İskariot, 30 gümüş pul və yazı təsvir olunmuşdur. İuda İskariotun bu ordendə təsvir edilməsi simvolik xarakter daşıyır. Çünki İsa Məsihin 12 həvarisindən biri olan İuda Sonuncu şam yeməyi zamanı onu 30 gümüş pula romalılara satmışdır. Təsvirin aşağısında bu yazı vardır:
"Lənətə gəlmiş pulpərəst İuda boğulur".
I Pyotr vaxtilə təltif etdiyi Andrey Pervozvannı ordeninin əvəzinə ona xainlik edərək İsveç kralı XII Karlın tərəfinə keçmiş Mazepanı bu ordenlə təltif etməyi tapşırmışdır. Lakin I Pyotrun planı baş tutmamışdır.
Nəticədə I Pyotr tərəfindən Bütün Təlxəklər, Sərxoşlar və Dəlisovlar kilsəsi (I Pyotr İçki məclislərində, karnavallarda əylənmək məqsədilə katolik kilsəsinə parodiya olaraq yaratmışdır.) yaradılmış və ordenlə knyaz Yuri Fyodoroviç Şaxovski təltif olunmuşdur. .[1]
Keçidlər
redaktə- «Орден Иуды»: Проклята Мазепа 300 лет спустя Arxivləşdirilib 2008-07-03 at the Wayback Machine
- Медаль для «нового Иуды»
- ↑ Елена Уханова Медаль для «Нового Иуды» «Родина» N11, 2007.