Iton Kolleci - Wikipedia
İton_kolleci - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İton kolleci (ing. Eton College, tam adı — ing. The King's College of Our Lady of Eton beside Windsor) — ingilis-sakson təhsil sistemində oğlanlar üçün özəl məktəb. Kollec 1440-cı ildə kral VI Henrix tərəfindən yaradılıb.[1] Fəaliyyəti dövründə Böyük Britaniyanın 19 Baş Naziri məktəbin dinləyicisi olub. Ölkənin indiki Baş Naziri Devid Kemeron da məktəbin məzunudur. İton kolleci Londondan 30 kilometr qərbdə, Temza çayının sahilində, Vindzor sarayının yaxınlığında yerləşir. 13–18 yaşlı oğlan uşaqları üçün özəl məktəb-pansiondur. Təhsil haqqı ildə 24.490 ingilis funt sterlinqi və ya 50.000 ABŞ dollarıdır. Kollecin 1300 tələbəsi vardır, bəziləri kral təqaüdçüləri olaraq təhsil haqqı ödəmirlər.
İton kolleci | |
---|---|
51°29′30″ şm. e. 0°36′33″ q. u.HGYO | |
Əsası qoyulub | 1440 |
Tip | Dövlət |
Şəhər | London |
Ölkə | |
Sayt | etoncollege.com |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Nevill, p.3 ff.
Qaynaqlar
redaktə- Nevill, Ralph (1911). Floreat Etona: Anecdotes and Memories of Eton College. London: Macmillan. OCLC|1347225
Xarici keçidlər
redaktəVikianbarda İton kolleci ilə əlaqəli mediafayllar var.