Istiqlal Snayper Tufengi - Wikipedia
İstiqlal (İST-14,5 Anti-Materiel Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır.
İstiqlal | |
---|---|
| |
Tipi | Snayper tüfəngi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2008-bu günə qədər |
İstismara başlanması | 2008 |
İstismar edənlər | |
İstehsal tarixçəsi | |
İstehsalçı | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi |
İstehsal illəri | 2008 |
Xüsusiyyətləri | |
Ağırlığı |
33.8 kg 28 kg (yeni versiya) 19 kg (ən yeni versiya) |
Uzunluğu | 2256 mm |
1300 mm | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub.[1]
"İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.[2]
Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıb[3]
Hazırda "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanır [4]
Taktiki-texniki xüsusiyyətləri
redaktəYerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.
Çəkisi 54 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.
Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron və dolu darağın çəkisi 2kq-dır. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.
İstifadə edən ölkələr
redaktəİstinadlar
redaktə- ↑ Türkiyə Azərbaycanın snayper tüfənginə maraq göstərir[ölü keçid] Şərq qəzeti
- ↑ Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayperinə dünyada maraq artır - FOTOSESSİYA[ölü keçid] APA, 29.04.2009
- ↑ «İstiqlal» snayperi xarici hərbçilərin marağına səbəb olub Arxivləşdirilib 2009-05-11 at the Wayback Machine milaz.info, 04.05.2009
- ↑ "Istiqlal"_snayperinin_yeni__165572.html. Azərbaycanın "İstiqlal" snayperinin yeni versiyası hazırlanır,[ölü keçid] APA, 08.10.2009