Istifadeci Vahid Memmedov O Gece Yagis Yagirdi Elxan Elatli - Wikipedia
Adı | O Gecə Yağış Yağırdı |
Yazar | Elxan Elatlı |
Səhifə sayı | 339 |
Format | Karton örtük |
ISBN | 9789952360592 |
Növü | Ədəbiyyat, Detektiv, Roman |
Dil | Azərbaycan |
Ölkə | Azərbaycan |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Çap tarixi | 11.08.2015 |
Başladığım tarix | 08.06.2020, 09:42 |
Bitirdiyim tarix | 29.06.2020, 15:58 |
Gün | 22 |
Tövsiyələri dinləyən insanam amma həmişə ən son qərarı, bəzi zamanlarda bunun bədəli biraz ağır da olsa özüm vermişəm. Qürurla deyirəm -Hər zaman! İrland yazıçı Oskar Uayld, Dorian Qreyin portreti fəlsəfi romanında yazır ki "Hər kəs istədiyi kimi yaşayır və bunun bədəlini özü ödəyir."
O Gecə Yağış Yağırdı romanın alanda dostlarım demişdi dedektiv janr oxuma vaxt itkisidir onun yerinə dünya klassiklərinə yer ayır. Yaxşı ki onların sözlərin dinləmədim. Məndə belə bir xasiyyət var ki əgər kitabı əlimə alanda ilk təssüratlarım pis belə olsa, əvvəlcədən kitabın vaxt itikisi olduğunu bilsəm də yenə də kitabı sona qədər oxuyuram. Bu roman Elxan Elatlının oxuduğum ilk romanı və bu roman dedektiv janrda oxuduğum ilk roman idi. Onu da qeyd edim ki yazarımız həm də Azərbaycan yazıçıları arasında kitabını oxuduğum ilk yazardır.
Həmişə dünya klassikləri oxuya bilmərəm, həmişə elmi və fantastik, psixoloji kitablar oxuya bilmərəm baxmayaraq çox istəyərdim oxumaq amma mənə tanış olmayan ilk təcrübələr qazanmaq adına digər janrlara da yer verməliyəm o cümlədən dedektiv janrına. Romanı oxuyandan sonra nə qədər düzgün qərar verdiyimi gördüm çünki dedektiv janrda olan əsərlər insan beyninin müəyyən hissəsini inkişaf etdirməyə xidmət edir. Belə ki əsərin əvvəlində müsbət xarakter kimi dəyərləndirdiyin biri əsərin sonuna doğru gedərkən artıq mənfi qəhrəmana, hətta suiqəstçiyə çevrilir. Qəribədir, elə deyil?
Kitabımızın adı "O Gecə Yağış Yağırdı" adama kənardan elə gəlir ki sevgi hekayəsindən bəhs edən bir romandır amma elə deyil. Kitabda bir-birindən gözəl 4 hekayə və 2 povest var. Bəzi yerlərdə kədərləndim də sevindim də və sonda yaxşı ki oxudum dediyim bir roman oldu.
Kitabı oxuyandan sonra yazarın digər kitablarında oxudum. Yazarın oxuduğum bütün kitablarında yazarın yaratdığı əfsanəvi personaj Qanbay Qasımlı vardı. Ayrıca Qanbay Qasımlıdan çox təsirləndiyimi də qeyd etmək istəyirəm. O qədər ki, belə bir absurd qənaətə gəlmişdim ki Qanbay Qasımlı ya yazarın özüdür ya da tanıdığı başqa biri. Yəni personajımızın həqiqi olduğu yanılqısına qapılmışdım. Bəli məndə belə təsir buraxmış bir roman oldu. Dedektiv janrı sevənlərə arxayınlıqla tövsiyə edə biləcəyim bir kitabdır.
Kitablarla bağlı təəssüratlarımı, onlardan götürdüyüm sitatları və həvəskar olaraq öz yazdığım şeir və elmi-fantastika əsərlərimi 1K səhifəmdə yazıram. Aşağıda qeyd etdiyim yazılar O Gecə Yağış Yağırdı romanından bəyəndiyim sitatlardır.
İkinci povest, səhifə 138
-Görürsünüzmü, - dedim. - Məhəbbət necə cinayətlər törədir? Qasımlı hər ikimizə qəhvə süzdü və bir siqaret yandırıb fikirli-fikirli dilləndi:
-Yox əzizim, məhəbbət heç vaxt cinayət törətmir. Cinayəti törədən ağılsız ehtiraslar və şəhvətdir.