Istifadeci Qasimov Nazim Davud Oglu - Wikipedia
Qasımov Nazim Davud oğlu | |
---|---|
Əsl adı | Qasımov Nazim Davud oğlu |
Milliyyəti | azərbaycanlı |
Doğum tarixi | 29 oktyabr, 1952 |
Doğum yeri | Azərbaycan SSR, Bakı şəhəri |
Həyatı
redaktəİstifadəçi: Qasımov Nazim Davud oğlu
Nazim Davud oğlu Qasımov 29 oktyabr, 1952-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan DBTİ Akademiyasına qəbul olub. 1973-cü ildə Azərbaycan dövlət bədən tərbiyəsi və idman Akademiyasını bitirib. 1973-cü ildə Neftçala rayonunun uşaq gənclər idman məktəbinin direktor müavini vəzifəsində çalışıb, eyni zamanda Neftçala rayonunun yunan roma güləşi üzrə baş məşqçisi vəzifəsində işləyib. 20 ilə qədər yunan roma güləşi ilə məşğul olub. Yunan Roma güləşi üzrə SSRİ idman ustasıdır. SSRİ çempionatlarının iştirakçısıdır. Tələbələrin ümum respublika spartakiadasının qalibidir. Respublika miqyaslı güləş yarışlarının bir çoxunun qalibi və mükafatçısıdır. SSRİ tələbələrinin ümum ittifaq universiadasının iştirakçısıdır. SSRİ çempionatlarının və SSRİ Kuboku yarışlarının iştirakçısıdır. 1974-cü ildən 1975-ci ilə qədər SSRİ silahlı qüvvələrində xidmət edib. Yunan Roma güləşi üzrə ordu çempionu olub. Zaqafqaziya silahlı qüvvələrinin güləş yarışlarında bürünc medala layiq görülüb. 40 ilə qədər DİO rəhbər vəzifələrdə xidmət edib. Xətai rayon polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, Nizami rayon polis idarəsinin Qərargah rəisi, Nərimanov və Sabunçu rayon polis idarələrinin rəis müavini vəzifələrində xidmət edib. 2002 ildə Bakı şəhər Baş Polis İdarəsi rəisinin baş köməkçisi vəzifəsinə irəli çəkilib, polkovnik rütbəsinə layiq görülmüşdür. Yunan Roma güləşi üzrə bir neçə dəfə DİN çempionu olub. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə görə medallarla mükafatlandırılmışdır. Qarabağ müharibəsinin veteranıdır. Fizuli, Martuni, Xocavənd, Çartar, Herher, Seruşen və Qırmızı bazar yaşayış məntəqələrində gedən döyüşlərdə iştirak edib. Döyüşçü dostları ilə birlikdə 75 nəfər erməni yaraqlılarını və separatçılarını yaxalayaraq həbs etmişlər. Polkovnik rütbəsinə qədər yüksəlib. Müharibədən qayıtdıqdan sonra Bakı şəhər Baş Polis idarəsinin rəisi polkovnik Bəxtiyar Əliyevin ənri ilə Qarabağ müharibəsində göstərdiyi şücayətə görə qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır. Ailəlidir, üç övladı və dörd nəvəsi var. Neftçala rayonunun ilk polis polkovnikidir.
Polkovnik Nazim Qasımovyn babası tacir məşədi islam məşədi Gülqasım oğlu Qasımov Neftçala rayonunda 1918-ci ildə erməni daşnak və bolşevik hərbi birləşmələrinə qarşı döyüşlərdə iştirak edib. Polkovnik Nazim Qasımovun atası Davud Qasımov 1941-ci ildən 1945-ci ilə qədər Alman nasistlərinə qarşı döyüşlərdə iştirak edib. Berlinin və Reyxstaqın alınmasında iştirak edib. SSRİ ordusunun nasist Almaniyası üzərində qələbə qazanmasına öz töhfəsini verib. Müharibədən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Dörd rayonda rayon xalq məhkəmələrinin sədri vəzifələrində işləyib. 50 ilə qədər ədliyyə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Dövlətin müxtəlif orden və medalları ilə mükafatlandırılıb. Ailəli olub. Beş övladı və doqquz nəvəsi var. Övladlarının hamısı ali təhsil alıblar. Övladlarının hamısı dövlət orqanlarında xidmət ediblər. Davud Qasımov 1991-ci ildə dünyasını dəyişib. Qəbri Bakı şəhəri Köhnə Əhmədli qəbirstanlığındadır. Allah rəhmət eləsin!