Istanbul Universitetlerinin Siyahisi - Wikipedia
İstanbul_universitetlərinin_siyahısı - Haqqında Məlumat
İstanbulda 9-u dövlət və 40-ı özəl olmaqla ümumilikdə 49 universitet var.[1] Bunlardan başqa hava və dəniz hərbi məktəbləri və heç bir universitetin tərkibində olmayan 6 özəl məsləki ali məktəb fəaliyyət göstərir. Şəhərdə özəl universitetlərin açılması 2006-cı ildən sonra daha da sürətlənmişdir.
Dövlət universitetləri
redaktəQeyd: Açıq mavi fonlu ali müəssisələr fəaliyyətini dayandırmışdır.
Şəkil | Adı | Yeri | Qurulma tarixi | Sıralama | Məlumat |
---|---|---|---|---|---|
İstanbul Universiteti[2] | Bəyazid, Fateh | 30 may 1453 | 2-ci | Türkiyənin ən qədim universitetlərindən biridir. Əsası 30 may 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur. Hazırda 55 000 tələbəsi var və dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş ilk Türkiyə universitetidir. Eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. | |
Maslak, Sarıyer | 1 yanvar 1773 | 3-cü | Türkiyənin ən qədim dövlət universitetlərindən biridir. Həmçinin, dünyanın mühəndis hazırlayan ilk universitetidir. Zəngin tarixə malik İstanbul Texniki Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda yer almışdır. | ||
Bebek, Beşiktaş | 16 sentyabr 1863 | 1-ci | 1863-cü ildə Kristofer Robert tərəfindən Robert Kolleci adı altında qurulmuş, 100 ildən çox müddət bu adla təhsil verdikdən sonra, üzərində müstəqil bir universitet qurulması üçün 10 sentyabr 1971-ci ildə Türkiyə Respublikasına təhvil verilərək Boğaziçi Universiteti adını aldı. | ||
Fındıqlı, Bəyoğlu | 1 yanvar 1882 | 24-cü | İncəsənət üzrə ixtisaslaşmış dövlət universiteti. Bəyoğlunun Fındıqlı məhəlləsində yerləşir. Memar Sinan Gözəl Sənətlər Liseyi və Ankara Memar Sinan Gözəl Sənətlər Universitetinin bir hissəsi deyildir. Əkbər Behkəlam, Osman Hamdi Bəy, İbrahim Çallı kimi məşhur məzunları vardır. | ||
Mərmərə Universiteti[6] | Göztəpə, Kadıköy | 16 yanvar 1883 | 5-ci | Türkiyənin ən iri, köklü və qocaman universitetlərindən biridir. Universitetin yaranma tarixi 1883-cü ilə təsadüf edir. İstanbulda yerləşən bu ali məktəbdə 2800 müəllim dərs deyir və 80 min tələbə təhsil alır. Universitet 4 illik təhsil sistemi ilə, türk, ingilis, alman və fransız dillərində tədris edilir. Mərmərə Universitetinin İstanbulda 14 korpusu var. | |
Ulduz, Beşiktaş | 22 avqust 1911 | 6-cı | Bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirən, əsası 1991-ci ildə qoyulmuş dövlət universiteti. Universitetdə 10 fakültə, 2 institut və 3 kollec var. Türkiyədəki bir çox universitetdən fərqli olaraq quruluşunda elektrik, tikinti, kimya-metallurgiya və mexanizm olmaqla 4 fakültəyə ayrılmışdır. | ||
Ortaköy, Beşiktaş | 14 aprel 1481 | 20-ci | Beşiktaş ilçəsində, Ortaköy səmtində yerləşən universitetdir. Qalatasaray Universiteti, Qalatasaray İdman Klubu və Qalatasaray Liseyi ilə birlikdə Qalatasaray Qrupunun ən əhəmiyyətli qurumlarından biridir. Qalatasaray Təhsil Təşkilatı olaraq fəaliyyətə başlayan qurum, 6 iyun 1994-cü il tarixli və 21952 nömrəli nömrəli qanunla Qalatasaray Universitetinə çevrilmişdir. | ||
Şahinqaya, Bəykoz | 10 aprel 2010 | 47-ci | İstanbulda Türkiyə Respublikası ilə Almaniya Respublikası arasında imzalanmış müqavilə əsasında 2010-cu ildə qurulan dövlət universitetidir. Türkiyə Böyük Millət Məclisindən açıqlanan və 10 aprel 2010 tarixində Rəsmi Qəzetdə nəşr olunan 5979 saylı qanunla qurulmuşdur. | ||
İstanbul Mədəniyyət Universiteti[10] | Dumlupınar, Kadıköy | 21 iyul 2010 | 33-cü | 21 iyul 2010 tarixində Türkiyə Respublikasının 98-ci İstanbulun 9-cu dövlət universiteti olaraq 27648 saylı Rəsmi Qəzetdə dərc edilən 6005 saylı qanun ilə quruldu. 11 fakültədən, 2 korpusdan və 4 instutdan ibarət olan universitetin əsas kampus sahəsi, Üsküdar və Kadıköy sərhədləri içərisindədir. | |
Tıbbiyə, Üsküdar | 17 aprel 2015 | 45-ci | İstanbulda qurulan tibbi dövlət universitetdir. Universitetə Tibb fakültəsi, Tibb bacısı fakültəsi, Həyat Elmləri fakültəsi, Səhiyyə Elmləri fakültəsi, Səhiyyə xidmətləri instutu daxildir. Mərmərə Universiteti adından ayrılan Heydərpaşa şəhərciyi, Səhiyyə Elmləri Universiteti üçün ayrılmışdır. | ||
Yeni Levent, Beşiktaş | 31 iyul 2016 | 44-cü | 31 iyul 2016-cı ildə Müdafiə Nazirliyinin nəzdində yaradılan hərbi ali təhsil müəssisəsi. Universitetdə təhsil və təlim 12 fevral 2017-ci il tarixində Hərbi Hava Qüvvələri Akademiyasında təşkil olunan mərasimlə başladı. Universitetdə təhsil üçün xüsusi imtahan tələb olunur. | ||
Türk-Yapon Elm və Texnologiya Universiteti[13] |
Texnopark bulvarı, Pendik | 24 iyun 2017 | 58-ci | Türk-Yapon Elm və Texnologiya Universitetinin yaradılması haqqında qanun Rəsmi Qəzetin 24 iyun 2017-ci il tarixli nəşrində dərc olunaraq qüvvəyə minmişdir. Buna görə, Türkiyə ilə Yaponiya arasında 2016-cı il iyunda imzalanan əlaqədar müqavilə əsasında qurulmuşdur. |
Özəl universitetlər
redaktəQeyd: Açıq qırmızı fonlu ali müəssisələr fəaliyyətini dayandırmışdır.
Şəkil | Adı | Yeri | Qurulma tarixi | Sıralama | Məlumat |
---|---|---|---|---|---|
İçərənköy, Ataşəhər | 32-ci | 18 may 2007-ci ildə qurulmuş qeyri-kommersiya özəl universitetidir. Əsas məqsədi tibb üzərində ixtisaslaşmaq olsa da, kompüter texnologiyası, mühəndislik, jurnalistika, iqtisadiyyat, menecment kimi qeyri-səhiyyə bölmələrində də geniş ixtisaslaşmaya malikdir. | |||
Mahmud bəy, Bağçılar | 28-ci | 2008-ci ildə İstanbulda qurulan bir özəl universitetdir. Yarandığı dövrdə Kəmərburqaz Universiteti adı altında təhsil verməyə başlayan qurum 1 iyul 2017-ci il tarixindən etibarən Altınbaş Universiteti adlandırıldı. İlk tələbələrini 2011-ci ildə qəbul etmiş və 2011–2012 ilk tədris ili olmuşdur. | |||
Ulduz, Beşiktaş | 10-cu | Uğur Təhsil Vəqfi tərəfindən özəl universitet olaraq 1998-ci ildə açıldı. İlk olaraq İstanbulun Bağçaşəhər ilçəsində qurulan universitet 2006–2007 tədris ilində bütün fakültələri ilə Beşiktaş ilçəsinə köçmüşdür. "İstanbulun qəlbində bir dünya universiteti" şüarı ilə qurulan Bahçeşehir Universitetində 9 fakültə, 4 institut və 2 peşə məktəbi var. | |||
Ayazağa, Sarıyer | 9 iyul 1997 | 14-cü | Bəykənd Universiteti 29,401 tələbə ilə birlikdə ingilis, rus, türk dillərində təhsil verən özəl universitetdir. Universitet, Erasmus proqramları çərçivəsində, yerli tələbələrin Avropa universitetlərində təhsil almasını, xarici tələbələrin isə universitetdə təhsil almasını təmin edən müqavilələri mövcuddur. | ||
Vətən, Fateh | 39-cu | Fateh, İstanbulda bir yerləşən tarixi universitetdir. 2010-cu ildə Vəqflər Baş Nazirliyi tərəfindən qurulmuşdur. Osmanlı sultanı II Mahmudun arvadı Əbdülməcidin anası Bəzmialəm Sultanın şərəfinə adlandırılmışdır. Universitetdə təhsil 70% türk, 30% İngilis dilindədir. |
Özəl (Vəqf) universitetlər
redaktəAd | Yarandığı il | Yerləşdiyi bölgə | Qurucu vəqf |
---|---|---|---|
Acıbadam Universiteti | 2007 | Ataşəhər, Qalqalı | Acıbadam Səhiyyə və Təhsil Vəqfi |
Bağçaşəhər Universiteti | 1998 | Beşiktaş (İstanbul), Məcidiyyəköy, Şişli | Bağçaşəhər Uğur Təhsil Vəqfi |
Bəykənd Universiteti | 1997 | Böyükçəkməcə, Şişli/Ayazağa, Taksim | Adəm Çelik-Bəykənd Təhsil Vəqfi |
Bəzmialəm Vəqf Universiteti | 2010 | Fateh (İstanbul) | Bəzm-i Aləm Vəqfi |
Doğuş Universiteti | 1997 | Acıbadam (Kadıköy), Həsənpaşa | Doğuş Təhsil Vəqfi |
Fateh Universiteti | 1996 | Böyükçəkməcə, Ostim, Gimat | Türkiyə Səhiyyə və Müalicə Vəqfi |
Fateh Sultan Mehmet Vəqf Universiteti | 2010 | Yeniqapı Mövləvixanası, Fateh (İstanbul), Üsküdar, Çamlıca (Üsküdar), Bəyoğlu | Fateh Sultan Mehmet Vəqfi |
Gədik Universiteti | 2010 | Pendik, Qartal | Gədik Təhsil və Sosial Yardım Vəqfi |
Haliç Universiteti | 1998 | Məcidiyyəköy, Fındıqzadə, Şişxana, Bomonti | Bizim Leykozlu Uşaqlar Vəqfi |
İşıq Universiteti | 1996 | Şilə, Maslak | Feyziyyə Məktebləri Vəqfi |
İstanbul 29 May Universiteti | 2010 | Üsküdar | Türkiyə Diyanət Vəqfi |
İstanbul Arel Universiteti | 2007 | Səfaköy (Kiçikçəkməcə) | Kamal Gözüqara Təhsil və Mədəniyyət Vəqfi |
İstanbul Aydın Universiteti | 2003 | Bağçalıevlər (İstanbul), Şənlikköy (Bakırköy), Kadıköy, Beşiktaş (İstanbul) | Anadolu Təhsil və Mədəniyyət Vəqfi |
İstanbul Bilgi Universiteti | 1996 | Şişli, Dolabdərə, Əlibəyköy | Bilgi Təhsil və Mədəniyyət Vəqfi |
İstanbul Elm Universiteti | 2006 | Əsəntəpə (Şişli), Qayrəttəpə, Məcidiyyəköy | Türk Kardiologiya Vəqfi |
İstanbul İnkişaf Universiteti | 2011 | Ovcular | İnkişaf Təhsil, Mədəniyyət, Səhiyyə və Sosial Xidmətlər Vəqfi |
İstanbul Əsənyurd Universiteti | 2013 | Əsənyurd | Yaşılköy 2001 Təhsil, Səhiyyə, Mədəniyyət Vəqfi |
İstanbul Kəmərburqaz Universiteti | 2008 | Mahmudbəy (Bağçılar) | Mehmet Altınbaş Təhsil və Mədəniyyət Vəqfi |
İstanbul Mədəniyyət Universiteti | 1997 | Şirinevlər, Ataköy (Bakırköy, Yenibosna), İncirli (Bakırköy) | Mədəniyyət Kolleci Təhsil Vəqfi |
İstanbul Medipol Universiteti | 2009 | Saracxana | Medipolitan Təhsil və Səhiyyə Vəqfi |
İstanbul Səbahəddin Zaim Universiteti | 2010 | Həlqəli (Kiçikçəkməcə) | Elm Yayma Vəqfi |
İstanbul Şəhər Universiteti | 2008 | Üsküdar | Elm və Sənət Vəqfi |
İstanbul Ticarət Universiteti | 2001 | Əminönü, Üsküdar, Kiçikyalı | İstanbul Ticarət Palatası Təhsil və Sosial Xidmətlər Vəqfi |
Qədir Has Universiteti | 1992 | Cibali (Fateh), Bağçalıevlər (İstanbul), Səlimpaşa | Qədir Has Vəqfi |
Qoç Universiteti | 1992 | Sarıyer | Vəhbi Qoç Vəqfi |
Maltəpə Universiteti | 1997 | Maltəpə | İstanbul Mərmərə Təhsil Vəqfi |
Nişantaşı Universiteti | 2012 | Kağızxana, Bayrampaşa, Osmanbəy | Engin Fikirlər Təhsil və Mədəniyyət Vəqfi |
MEF Universiteti | 2013 | Maslak (Sarıyer) | MEF Təhsil Vəqfi |
Murad Xüdavəndiyar Universiteti | 2012 | Mərvə Təhsil və Mədəniyyət Vəqfi | |
Okan Universiteti | 1999 | Həsənpaşa, Tuzla (İstanbul) | Okan Mədəniyyət, Təhsil və İdman Vəqfi |
Özyəgin Universiteti | 2007 | Altunizadə (Aləmdağ) | Hüsnü M. Özyəgin Vəqfi |
Piri Rəis Universiteti | 2008 | Tuzla (İstanbul) | Türk Dəniz Təhsil Vəqfi |
Sabancı Universiteti | 1994 | Tuzla (İstanbul) | Hacı Ömər Sabancı Vəqfi |
Süleyman Şah Universiteti | 2010 | Qartal (İstanbul) | Sistem Təhsil və Mədəniyyət Vəqfi |
Üsküdar Universiteti | 2011 | Üsküdar | İnsani Dəyərlər və Ruh Sağlamlığı Vəqfi |
Yedditəpə Universiteti | 1996 | Qayışdağı (Ataşəhər), Göztəpə (Kadıköy) | İstanbul Təhsil və Mədəniyyət Vəqfi |
Yeni Yüzil Universiteti | 2009 | Cevizlibağ (Zeytinburnu, Topqapı) | Vətən Səhiyyə və Təhsil Vəqfi |
Vəqf Məslək Ali Məktəbləri
redaktəAd | Yarandığı il | Yərləşdiyi bölgə | Qurucu vəqf |
---|---|---|---|
Avropa Məslək Ali Məktəbi | 2009 | Qazlıçeşmə | Avropa Təhsil Vəqfi |
Bəykoz Məntiq Məslək Ali Məktəbi | 2008 | Bəykoz | Türkiyə Məntiq Araşdırmaları və Təhsil Vəqfi |
İstanbul Qavrama Məslək Ali Məktəbi | 2009 | Şişli, Ümraniyyə | Qavrama Təhsil Vəqfi |
Plato Məslək Ali Məktəbi | 2010 | Balat (Fatih) | Riva Vəqfi |
İstanbul Şişli Məslək Ali Məktəbi | 2012 | Şişli | İstanbul Şişli Vəqfi |
Ataşəhər Adıgözəl Məslək Ali Məktəbi | 2012 | Ataşəhər | Adıgözəl Təhsil Mədəniyyət Araşdırmalarına yardım və Səhiyyə Vəqfi |
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "İstanbul Üniversitesi | Tarihten Geleceğe Bilim Köprüsü - 1453". www.istanbul.edu.tr (türk). 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "İstanbul Teknik Üniversitesi - İTÜ". www.itu.edu.tr. 2006-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Boğaziçi Üniversitesi - Ana Sayfa". www.boun.edu.tr. 1997-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Mimar Sinan Güzel Sanatlar Üniversitesi". www.msgsu.edu.tr. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Marmara Üniversitesi". www.marmara.edu.tr. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Yıldız Teknik Üniversitesi". www.yildiz.edu.tr. 2016-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Galatasaray Üniversitesi". www.gsu.edu.tr. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Türk-Alman Üniversitesi". www.tau.edu.tr. 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "İstanbul Medeniyet Üniversitesi". www.medeniyet.edu.tr. 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Sağlık Bilimleri Üniversitesi - Ana Sayfa". www.sbu.edu.tr. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "Milli Savunma Üniversitesi". www.msu.edu.tr. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
- ↑ "TJU – Türk Japon Üniversitesi". www.tju.edu.tr. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.