Islam Inceseneti Muzeyi Doha - Wikipedia
İslam incəsənəti muzeyi (ərəb. متحف الفن الإسلامي) — Qətərin paytaxtı Dohada yerləşən və arxitektor Bey Yuyminin layihəsi əsasında yaradılan muzey. Muzeyin qalereyasının daxili dizaynı arxitektor Jan Mişel Vilmottun rəhbərliyi altında işlənilmişdir.
İslam incəsənəti muzeyi | |
---|---|
متحف الفن الإسلامي | |
Əsası qoyulub | 22 noyabr 2008 |
Açılış tarixi | 22 noyabr 2008[1] |
Ölkə | |
Yerləşir | Doha[2] |
25°17′42″ şm. e. 51°32′21″ ş. u.HGYO | |
mia.org.qa/en/ mia.org.qa/ar/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və təsviri
redaktəMuzeyin binası qədim islam arxitekturası üslubunda tikilsə də, unikal dizayna malikdir. Bu muzey Fars körfəzi sahillərində yerləşən ərəb ölkələrinin ilk incəsənət muzeyidir və islam incəsənətinin iri kolleksiyasına, tədqiqat institutuna və kitabxanaya malikdir. Muzeyə, həmçinin ərəb motivləri əsasında fransız Aralıq dənizi mətbəxinin xidmətlərini təklif edən yüksək səviyyəli mətbəx də daxildir. Tunis yazıçısı və incəsənətşünası Sabiha əl-Hemir 1206-cı ildən 2008-ci ilədək muzeyin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir.
Muzeyin ümumi sahəsi 45 000 m²-dir. Muzey Doha körfəzinin cənub qurtaracağında, Doha limanı yaxınlığında yerləşir. Muzeyin tikintisi Türkiyənin Baytur Constr.Co. şirkəti tərəfindən həyata keçirilmişdir. İnşaat işləri 2006-cı ildə tamamlansa da, muzeyin daxili quruluşu Qətər əmirinin iştirakı ilə sonralar müxtəlif dəyişikliklərə məruz qalmışdır [3] . Muzey geniş ictimaiyyət üçün 8 dekabr 2008-ci ildə açıq elan edilmişdir [4]
Kolleksiya
redaktəMuzeydə əlyazmalar, parçadan və keramikadan hazırlanmış əşyalar da daxil olmaqla 1980-cı illərin sonlarınadək toplanmış İslam incəsənətinə aid maddi - mədəniyyət nümunələrindən ibarət kolleksiya nümayiş etdirilir. Burada islam incəsənətinin yayldığı geniş bir arealı əks etdirən, öz mənşəyinə görə İspaniya, Misir, İran, İraq, Hindistan və Mərkəzi Asiya ərazilərində tapılmış zəngin sənət nümunələri toplanmışdır.[5].
İstinadlar
redaktə- ↑ https://www.aljazeera.com/focus/2008/11/20081122145957210396.html.
- ↑ 1 2 3 ArchINFORM (alm.). 1994.
- ↑ Muzey rəsmi şəkildə22 noyabr 2008-ci ildə "Qatar's Islamic Art Museum to open Nov. '08". Kuwait News Agency. January 23, 2008. 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- ↑ "Islamic Art Museum opens". Gulf Daily News. November 23, 2008. 2009-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- ↑ Ouroussoff, Nicolai. "In Qatar, an I. M. Pei Museum of Imposing Simplicity - NYTimes.com". www.nytimes.com. 2008-11-24. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.