Islam Qedimov - Wikipedia
İslam Şirin oğlu Qədimov (1907, Şuşa – 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı və naziri (1944–1948).
İslam Qədimov | |
---|---|
28 mart 1946 – 4 oktyabr 1948 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Ağalar Əliyev |
may 1944 – 28 mart 1946 | |
Əvvəlki | Nurulla Ağayev |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 1973 |
Həyatı
redaktəİslam Şirin oğlu Qədimov 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra Leninqrad Politexnik İnstitutuna qəbul olunmuşdur və 1930-cu ildə institutu tamamlamışdır. Həmin il Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının əsaslı tikinti trestinə rəis təyin edilmişdir. Sonra isə komissarlığın plan-iqtisad idarəsinə rəis dəyişilmiş və 1941-ci ilədək bu idarədə çalışmışdır. 1932-ci ildə eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdir.
İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanır. 1944-cü ilədək İkinci Dünya müharibəsində iştirak etmişdir. Leytenant rütbəsindən mayor rütbəsinədək yüksəlmiş və bir çox döyüş nişanları ilə təltif edilmiş və 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan tərxis olunmuşdur. İslam Qədimov Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı təyin edilmişdir. 1946-cı ildə bu komissarlıq nazirliklə əvəzlənmiş və o, 1948-ci ilədək Azərbaycan SSR kommunal təsərrüfatı naziri vəzifəsində çalışmışdır. Bu vəzifədə bir çox dövlət nişanları ilə təltif edilmişdir.
1948-ci ildən 1966-cı ilədək ölkənin bir çox şəhər və rayonlarının tikinti sahələrində rəhbər vəzifələrində işləmişdir. Bakı zərif mahudlar fabrikinin, Q. Musabəyov adına mexaniki zavodun, Şamaxı rəsədxanasının və onlarla respublika əhəmiyyətli tikintinin inşasına başçılıq etmişdir. 1966-cı ildən "Azkəndtikinti" trestinə rəis təyin edilmişdir. Ömrünün sonunadək burada çalışmışdır.
İslam Qədimov 1973-cü ildə vəfat etmişdir.[1]
İstinadlar
redaktə- ↑ Ənvər Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı:Zərdabi LTD, 2012, 324.