Isa Ibn Seyx - Wikipedia
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən.
İsa ibn Şeyx | |
---|---|
ərəb. أبو موسى عيسى بن الشيخ بن السليل الذهلي الشيباني | |
Doğum tarixi | IX əsr |
Vəfat tarixi | 880-ci illər |
Fəaliyyəti | hərbi lider[d] |
Həyatı
redaktəŞeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq[1] və ya Əhməd[2] olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi. İsa, İbn Bəisin adamlarının bir çoxunun onlara aman verilməsi qarşısında təslim olmasına şərait yaratdı. Təslim olmayıb qaçan İbn Bəis yaxalanaraq Samərraya götürüldü.
Təbəri, İsa ibn Şeyxin 251-ci (865-ci) ildə Müvəffəq adlı bir Xarici ilə savaşaraq onu əsir aldığını, daha sonra da xəlifə Müstəin-Billahdan bizanslılara qarşı mübarizə etmək üzərə ona əsgər və təchizat göndərilməsini, ayrıca Sur şəhəri hakiminin yardımçı olmasını istədiyini, Müstəin-Billahın da bunu qəbul etdiyini bildirir[3]. Bu bilgidən İsanın Suriyada sərhəd-sınır bölgələrində vəzifə aldığı anlaşılır.
Xəlifə Mötəz-Billah taxta çıxdığında (866) aralarında Fələstin valisi İsa bin Şeyxin də olduğu bir qrup vali ona biət etmədi. Bunun üzərinə xəlifə, İsa ibn Şeyx üzərinə Dəməşq valisi Nəvşəri bin Tacikin komandasında bir qüvvə göndərdi. İki ordu İordaniyada savaşa tutuşdu. Çətin çarpışmalardan sonra məğlub olan İsa Fələstinə qaçdı, oradan da Misirə keçdi. İsa Misirə çatdığı sırada Mötəzzin bir elçisi Misirə gəlib vali Yəzid bin Abdullah və məiyətindəkilərdən Mötəz üçün biət aldı. Biət edənlər arasında İsa ibn Şeyx də vardı.
İsa ibn Şeyx bu olaydan sonra Misirdən ayrılaraq Fələstinə getdi və Rəmlə ilə Lüd arasında tikdirdiyi sarayına yerləşdi; ardından da İraqa döndü. Qısa bir müddət sonra Mötəz tərəfindən Rəmlə valiliyinə təyin edildi (1 zilhiccə 252 / 13 dekabr 866). İsanın bu təyin üçün nüfuzlu türk əmiri Buğa əş-Şərabiyə (Kiçik Buğaya) 40.000 dinar ödədiyi və ya ödəməyi təahhüd etdiyi qeyd edilir[4].
Bir rəvayətə görə isə 253-cü (867-ci) ildə Misirdən Samərraya olduqca yüklü pul-para ilə gəlmiş, Hicazdakı qarışıqlıklardan dolayı Misirə yerləşən Həzrət Əli övladından yetmiş nəfərlik bir qrupu Samərraya gətirip Mötəzzə təslim etmiş, bu xidmətinə qarşılıq Fələstinə vali təyin edilmişdir[5].
İsa ibn Şeyx vali olunca Fələstinin tamamı ilə Dəməşq və çevrəsində hakimiyət qurdu. Suriyadan xəlifəyə götürülən mallara da əl qoydu. Mühtədi-Billah xəlifə olunca İsa ibn Şeyxə, Misir və Suriyadan ələ keçirdiyi pul-paraları ona göndərdiyi təqdirdə əhf ediləcəyini bildirdi. İsa xəlifənin istəyini rədd edərək zimmətinə keçirmiş olduğu 750.000 dinarı göndərmədi. Bunun üzərinə Mühtədi-Billah, Əhməd bin Tolunu İsanın üzərinə göndərdi. Ancaq bu sırada Mühtədi-Billah taxtdan endirildi və Mutəmid-Billah xəlifə oldu. Mötəmid-Billah da zimmətinə keçirdiyi pul-paranı iadə etməsi üçün İsaya elçilər göndərdi. İsa elçilərə bu pul-paranı ordusu üçün xərclədiyini söylədi. Xəlifə, Əhməd bin Tolunun Suriyaya müdaxiləsinə tərəfdar olmadığı üçün ona Misirə dönməsini bildirən bir məktub yazınca Əhməd bin Tolun Misirə döndü.
İsa ibn Şeyx əş-Şeybaniyə daha sonra xəlifə Mötəmid-Billahı tanıması şərtiylə Ərməniyə valiliyi təklif edildi. O da Suriya ilə bərabər eyni zamanda Ərməniyə valisi olacağını düşünərək bu önərini qəbul etdi. Fəqət Mötəmid-Billah, Amacur ət-Türkini Dəməşqə vali təyin etdi. Amacur Dəməşqə yaxınlaşdığında ona qarşı göndərilən İsa ibn Şeyxin oğlu Mənsurun başçılığındakı 20.000 nəfərlik ordunu məğlub etdi və Mənsuru öldürdü. Bu hadisəyə görə Suriya bölgəsi hakimiyətindən ümidini kəsən İsa təyin edildiyi Ərminiyəyə hərəkət etdi, Amacur da Dəməşqə hakim oldu (256/870). Yəqubi, İsanın cəmaziyəlaxir 257-ci (may 871-ci) ildə yanındakı bütün malları Amacura təslim etdiyini bildirir[6].
İsa ibn Şeyxin Ərməniyyədə hörmət-izzəti getdikcə azaldı, hatta Azərbaycandaki naibi belə 265-ci (878/79-cu) ildə onunla çatışmaya girdi. Erməni tarixçilərinin bildirdiyinə görə daha sonra Amidə getdi. Bu illərdə əl-Cəzirə və bəzi qonşu bölgələrə hakimiyət iddiasında olan İshak b. Kündacık ilə də aralarında çatışmalar oldu. İbn Kündacık, daha sonra İshaq bin Əyyub komandasındakı güclü bir Xarici qrupunu yenilgiyə uğratdı (266/879-80). Buna görə İshaq bin Əyyub, Amiddə olan İsa ibn Şeyx ilə Ərzəndə olan öz adamı Əbül-Mağra bin Musa bin Zürarədən yardım istədi. Bu arada xəlifə Mutəmid-Billah İbn Kündacıkı Mosul, Diyarırəbia və Ərməniyəyə vali təyin etdi. İsa b. Şeyx və digərləri, İbn Kündacıka onu yerlərində buraxması üçün 200.000 dinar göndərib barış təklifində bulundular. İbn Kündacık öncə bu təklifi rədd etdi. Ancaq Isa, İshaq və Əbül-Mağranın onunla savaşmaq üzərə toplandıqları xəbərini alınca qəbul etmək məcburiyyətində qaldı. Daha sonra İbn Kündacık ilə bu üçlü ittifaqın qüvvətləri arasında Nusaybində aparılan savaşı İbn Kündacık qazandı. Amidə qədər onları təqib etdi və mallarına əl qoydu (Ramazan 267 / aprel 881). Təbəri[7] və İbnül-Əsir[8] İsa bin Şeyxin ölüm tarihini 269 (882-83) olarak vərirlər. İbnül-Əsir onu Ərməniyə və Diyarbəkir valisi deyə tanıdır[9]. İsanın ölümü üzərinə yərinə oğlu Əhməd geçdi.