Irigoz Siyenek - Wikipedia
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür.
İrigöz siyənək | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Yayılması
redaktəXəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir.
Morfoloji əlamətləri
redaktəD III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur.
Yaşayış yeri və həyat tərzi
redaktəDəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir. Qidasının çox qismini krevetkalar, xullar, az qismini isə kilkələr təşkil edir. Düşmənləri yırtıcı balıqlar (bölgə, naxa, sıf və b.), suitilər və balıq parazitləridir.[1]
Çoxalması
redaktəÇoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə sahil zonasına yaxın yerlərə tökür. Kürüləmə vaxtı suyun temperaturu 11 - 170C olur.Orta ömrün uzunluğu: 7 - 8 il, cinsi yetkinliyə 4 - 5 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü hissə-hissə 60.7 – 280.7 min ədəd arasında dəyişir. Reproduktivliyin periodu ildə bir dəfə hər il olur.Generasiyaların sayı orta ömrün uzunluğundan aslı olaraq 4 - 5 dəfə olur.
Təsərrüfat əhəmiyyəti
redaktəEkoloji əhəmiyyəti-müəyyənləşdirilməyib. Sosial –iqtisadi əhəmiyyəti: vətəgə əhəmiyyəti az olan balıqdır. Elmi-mədəni əhəmiyyəti müəyyənləşdirilməyib. Ziyanvericilik xüsusiyyətləri yoxdur.
Mühafizə tədbirləri
redaktəOvunun tənzim olunması barədə qanun qəbul edilmişdir. Xəzərin çirklənməsinə və ovlama işinə qarşı nəzarətin gücləndirilməsi vacibdir.
İstinadlar
redaktə- ↑ H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 3.
- Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, 168 с.