Irade Huseynova Biokimyaci - Wikipedia
İradə Hüseynova (İradə Məmməd qızı Hüseynova; 24 may 1965, Ordubad) — AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru (2016-indi),[1] biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Biologiya fakültəsi Fizika və molekulyar biologiya kafedrasının professoru (1999)[2], AMEA-nın həqiqi üzvü (2014)[3].
İradə Hüseynova | |
---|---|
İradə Məmməd qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Ordubad şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı | azərbaycanlı |
Elm sahələri | Biokimya, Molekulyar biologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA Rəyasət Heyəti |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Cəlal Əliyev |
Həyatı
redaktəİradə Hüseynova 24 may 1965-ci ildə Naxçıvan MR-in Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. İ.M.Hüseynova 1972-1982-ci illərdə böyük maarifçi Məhəmməd Tağı Sidqinin adını daşıyan 1 saylı orta məktəbdə təhsil almış və məktəbi fərqlənmə attestatı ilə başa vurmuşdur.
Atası Huseynov Məmməd İman oğlu 1930-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2018-ci ildə rəhmətə getmişdir. Məmməd Hüseynov 60 ildən artıq bir müddətdə Ordubad şəhərinin təhsil sistemində çalışmışdır.
Anası Əsgərova Xanim Əsgər qızı 1932-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 2004-cü ildə rəhmətə getmişdir. Uzun illər Ordubad şəhərində biologiya fənnini tədris etmiş, yüksək insani keyfiyyətlərə malik bir ziyalı kimi tanınmışdır.
Təhsili
redaktə1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, universitetin Böyük Elmi şurasının zəmanətilə Azərbaycan EA Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1994-cü ildə “Buğda xloroplastlarının tilakoid membranının pigment-zülal komplekslərinin formalaşmasının genetik tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə “Buğdanın fotosintetik membranının piqment-zülal komplekslərinin formalaşması və yığılmasının molekulyar-genetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2002-ci ildə Azərbaycan Respublikası AAK-nın qərarı ilə baş elmi işçi, 2009-cu ildə isə professor elmi adını alıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Fəaliyyəti
redaktəElmi Fəaliyyəti
redaktəElmi fəaliyyətinə 1991-ci ildə Botanika İnstitutu-nun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (hazırkı Bioloji məhsuldarlığın fundamental problemləri) şöbəsində kiçik elmi işçi kimi başlayan İ.Hüseynova burada baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 2010-cu ildə şöbənin tərkibində yaradılan Bioadaptasiya laboratoriyasının müdiri seçilmişdir. 2016-cı ildə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında yaradılan Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun (MBBİ) direktoru vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə AMEA-nın vitse-prezidenti, AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2019-cu ildən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədridir.
İradə Hüseynovanın elmi fəaliyyəti ali bitkilərin fotosintetik membranlarının piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmlərinin tədqiqinə, bitkilərin abiotik və biotik streslərə davamlılığının molekulyar-genetik və fizioloji-biokimyəvi əsaslarının aydınlaşdırılmasına həsr olunmuş, Azərbaycan və dünya elmi üçün əhəmiyyətli nəticələr alınmışdır.
İradə Hüseynova 400-ə yaxın, o cümlədən yüksək impakt faktorlu jurnallarda çap olunmuş 60 elmi əsərin, 4 monoqrafiya, 2 kitab, 4 buklet, 10 kitab fəsli və 1 metodik vəsaitin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 fəlsəfə və 2 elmlər doktoru hazırlanmışdır.
İradə Hüseynova MBBİ Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Müdafiəsi şurasının sədri, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının baş redaktorunun müavini, YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli nümayəndəsinin müavinidir.
1999-cu ildən başlayaraq elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Molekulyar biologiya” fənni üzrə ümumi kursdan və müxtəlif ixtisas kurslarından mühazirələr aparır. BDU-nun Biofizika və molekulyar biologiya kafedrasının professorudur. Onun rəhbərliyi ilə 6 bakalavr və 20 magistr dissertasiyası müdafiə olunmuşdur.
Əsas elmi nailiyyətləri
redaktəAli bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmləri kompleks şəkildə tədqiq olunmuş, bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmiş və bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma, pas) streslərə qarşı davamlılığının molekulyar-genetik və fizioloji-biokimyəvi əsasları aydınlaşdırılmışdır.
Buğda xloroplastlarının piqment-zülal komplekslərinin in vivo formalaşması və fəaliyyəti zamanı nüvə və xloroplastın genetik və zülalsintezedici sistemləri arasında qarşılıqlı əlaqənin olması aşkar olunmuş və müəyyən edilmişdir ki, bu komplekslərin formalaşmasının tənzimlənməsi, əsasən, posttranskripsiya səviyyəsində baş verir;
Müxtəlif işıq rejimlərində aparılan təcrübələr zamanı piqment-zülal komplekslərinin yığılma prinsipləri müəyyənləşdirilmiş və bu proseslərdə karotinoidlərin struktur və stabilləşdirici rolu aşkar olunmuşdur. İlk dəfə olaraq buğda bitkisində işıqla ilkin induksiya olunan ELİP zülalları müşahidə edilmiş və onların karotinoid birləşdirən zülallar olması sübut edilmişdir;
Tarlada və fitotronda torpaq quraqlığı şəraitində becərilən buğda bitkisində ontogenezin bütün fazalarında sərbəst radikalların yaranma səviyyələri, antioksidant müdafiə sistemləri, fotosintetik membranların struktur-funksional vəziyyəti və molekulyar markerlərlə quraqlığa davamlılıq potensialının qiymətləndirilməsi əsasında buğdanın su qıtlığına adaptasiya mexanizmləri müəyyənləşdirilmişdir;
Bərəkətli-95 bərk buğda, Əzəmətli-95 yumşaq buğda sortlarından və mədəni buğdaların yabanı əcdadları hesab olunan A genomunun donoru Triticum urartu, B genomunun donoru Aegilopus speltoides və D genomunun donoru Triticum tauschii diploid buğdalardan DREB transkripsiya faktoru geni ayrılaraq molekulyar xarakterizə edilmışdir. Genin nukleotid ardıcıllığına müvafiq amin turşusu ardıcıllığında EREBP/AP2 DNT ilə birləşmə domeni və NLS (nuclear localization signal) nahiyyəsi aşkar edilmişdir;
Azərbaycanın müxtəlif regionlarında buğda bitkisində gövdə pası törədicisinin ras tərkibinin molekulyar xarakteristikası aparılmış 17 multilokus genotip əsasında 54 nümunədə genetik müxtəliflik müşahidə edilmiş, 12 nümunənin TKTTF ras qrupuna, 42 nümunənin hələlik identifikasiya edilməmiş yeni ras qrupuna aid olduğu müəyyənləşdirilmişdir. Buğda genotiplərində qonur, sarı və gövdə pasına effektiv davamlı genlər aşkar edilmişdir;
fitoplazmalar molekulyar səviyyədə tədqiq edilmiş, patogenez zamanı bitkilərin biokimyəvi, fizioloji və biofiziki xüsusiyyətləri öyrənilmişdir. Üzüm bitkisində ’Candidatus Phytoplasma solani’ fitoplazma növünün təhlükəli ‘Bois noir’ xəstəliyi törətməsi müəyyən edilmiş, onun izolyatlarının genetik müxtəlifliyinin multilokus sekvens analizi nəticəsində stamp geninə əsasən 4, secY geninə əsasən 2 və mleP1 geninə əsasən 1 elm üçün yeni genotip aşkar edilmişdir;
“Candidatus Phytoplazma solani” fitopatogeninin həşərat vektorları mtCOI mitoxondri markeri vasitəsilə barkodlaşdırılma əsasında identifikasiya edilmişdir. Müəyyən olunmuşdur ki, bu fitoplazma növü Hyalestes obsoletus və Reptalus noahi həşəratları ilə yayilir. Dünyada ilk dəfə Reptalus noahi həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması haqqında məlumat əldə edilmişdir;
Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində elm üçün yeni nanovirus - Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Azərbaycan və İspaniyadan götürülmüş lobya nümunələrində Faba bean necrotic yellow virusun (FBNYV) beş izolyatı və Azərbaycandan olan noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusu Avropada ilk dəfə identifikasiya olunmuşdur;
İlk dəfə olaraq tomat bitkisində Tomato yellow leaf curl virus (TYLCV) identifikasiya edilmiş və virus izolyatı KY412552 qeydiyyat nömrəsi altında GenBank-a yerləşdirilmişdir. Virus genomunun RdRp və Nib-zülallarının C-sonluğuna və kapsid örtük CP-zülalın N-sonluğuna spesifik praymer cütləri ilə sintez olunmuş amplifikasiya məhsullarının sekvens analizləri nəticəsində ilk dəfə olaraq yemiş (Cucumis melo L.) bitkisində Potivirus ailəsinə aid Watermelon mosaic virus (WMV) identifikasiya edilmişdir (Genbank-da qeydiyyat nömrələri MG964114-MG964228). Eyni zamanda, WMV izolyatlarında G2/G1 qruplararası rekombinasiyanın olması müəyyən edilmişdir.
Kitabları
redaktə- Əliyev C.Ə., Hüseynova İ.M., Quliyev N.M., Babayev H.Q. (2019) C3 və C4 bitkilərin quraqlıq stresinə fizioloji-biokimyəvi adaptasiyası. Bakı: Elm, 248 səh.
- Əliyev C.Ə., Balakişiyeva G.Ş, Məmmədov Ə.Ç, Danet J.-L., Foissac X., Hüseynova İ.M. (2015) Azərbaycanda yayılan fitoplazmaların genetik müxtəlifliyi. Bakı: Elm, 150 səh.
- Гусейнова И.М., Сулейманов С.Ю., Алиев Д.А. (2009) Регуляция синтеза и сборки пигмент-белковых комплексов пшеницы. М.: Наука, 162 c.
- Сулейманов С.Ю., Гусейнова И.М., Алиев Д.А. (2009) Структурно-молекулярная организация пигмент-белковых комплексов высших растений. Баку: Элм, 179 c.
Məqalələri
redaktə- Rustamova S.M, Shrestha A., Naz A. A., Huseynova I.M. (2020) Expression profiling of DREB1 and evaluation of vegetation indices in contrasting wheat genotypes exposed to drought stress. Plant Gene (in press).
- Aliyeva D.R., Aydinli L.M., Pashayeva A.N., Zulfugarov I.S., Huseynova I.M. (2020) Dynamic response of the photosynthetic machinery and antioxidant status of two bread wheat genotypes to drought stress followed by re-watering. Photosynthetica (in press).
- Forgia M., Isgandarli E., Aghayeva D.N., Huseynova İ., Turina M. (2020) Virome characterization of Cryphonectria parasitica isolates from Azerbaijan unveiled a new mymonavirus and a putative new RNA virus unrelated to described viral sequences. Virology (in press).
- Mammadov E.R., Mustafayev N.Sh., Mammadov A.Ch., Hasanov A.B., Huseynova I.M. (2020) Population-genetic and comparative interpopulation studies of Azerbaijan population based on the 15 autosomal STR markers. Gene, V.753,[4]
- Aliyeva D.R., Aydinli L.M., Zulfugarov I.S., Huseynova I.M. (2020) Diurnal changes of the ascorbate-glutathione cycle components in wheat genotypes exposed to drought. Functional Plant Biology [5]
- Aliyeva N.K., Aliyeva D.R., Suleymanov S.Y., Rzayev F.H., Gasimov E.K., Huseynova I.M. (2020) Biochemical properties and ultrastructure of mesophyll and bundle sheath thylakoids from maize (Zea mays) chloroplasts. Functional Plant Biology.[6]
- Sultanova N., Bayramova N., Aliyeva D., Rastgou M., Huseynova I. (2019) Induced changes in metabolic constituents of grapevine (Vitis vinifera L.) leaves infected with grapevine leafroll-associated virus-3. Physiological and Molecular Plant Pathology, V.106, p. 57-63.
- Voloshin R., Brady N.G., Zharmukhamedov S.K., Feyziyev Y.M., Huseynova I.M., Najafpour M.M., Shen J.R., Veziroglu T.N., Bruce B.D., Allakhverdiev S.I. (2019) Influence of osmolytes on the stability of thylakoid-based dye sensitized solar cells”. International Journal of Energy Research, V.43(14), p. 8878-8889.
- Jahangirov A.A., Allahverdiyev T.İ., Talai J.M., Huseynova I.M. (2019) Study of remobilization of winter bread wheat (Triticum aestivum L.) under rainfed conditions. Applied Ecology and Environmental Research, 17(3), p. 6981-6987.
- Musazade E., Voloshin R., Brady N., Mondal J., Atashova S., Zharmukhamedov S.K., Huseynova I., Ramakrishna S., Najafpour M.M., Jian-Ren Shen J.-R., Bruce B.D., Allakhverdiev S.I. (2018) Biohybrid solar cells: Fundamentals, progress, and challenges. Journal of Photochemistry and Photobiology C: Photochemistry Reviews, V.35, p. 134–156.
- Huseynova I.M., Mirzayeva S.M., Sultanova N.F., Aliyeva D.R., Mustafayev N.Sh., Aliyev J.A. (2018) Virus-induced changes in photosynthetic parameters and peroxidase isoenzyme contents in tomato (Solanum lycopersicum L.) plants. Photosynthetica, Springer, V. 56, No 3, p. 841-850.
- Desbiez C., Verdin E., Moury B., Lecoq H., Millot P., Wipf-Scheibel C., Mirzayeva S., Sultanova N., Balakishiyeva G., Mammadov A., Kheyr-Pour A., Huseynova I. (2018) Prevalence and molecular diversity of the main viruses infecting Cucurbit and Solanaceous crops in Azerbaijan. European Journal of Plant Pathology, V. 153(2), p. 359-369.
- Balakishiyeva G., Bayramova J., Mammadov A., Salar P., Danet J. L., Ember I., Huseynova I. (2018) Important genetic diversity of ‘Candidatus Phytoplasma solani’ related strains associated with Bois noir grapevine yellows and planthoppers in Azerbaijan. European Journal of Plant Pathology, V. 151 (4), 937-946.
- Verdin E., Desbiez C., Wipf-Scheibel C., Gognalons P., Kheyr-Pour A., Gronenborn B., Mirzayeva S., Sultanova N., Mammadov A., Huseynova I. (2018) First report of tomato yellow leaf curl virus infecting tomato in Azerbaijan. Journal of Plant Pathology, Springer, p. 1-1.
- Allahverdiyev T., Jahangirov A., Talai J., Huseynova İ. (2018) Dry matter remobilization, yield and yield components of durum (Triticum durum Desf.) and bread (Triticum aestivum L.) wheat genotypes under drought stress. Pakistan Journal of Botany, v. 50 (5), p. 1745-1751.
- Allahverdiyev T.İ, Talai J.M., Huseynova İ.M. (2018) Adaptive changes in physiological traits of wheat genotypes under water deficit conditions. Applied Ecology and Environmental Research, v.16(1), p. 791-806.
Təltif və mükafatları
redaktə- Akademik Cəlal Əliyevlə birlikdə AMEA-nın “Həsən Bəy Zərdabi” mükafatı (2014)
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına (2019),
- “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” münasibətilə Azərbaycan Respublikasının yubiley medalına (2019) layiq görülüb.
- AMEA-nın fəxri fərmanları ilə təltif olunub. 2006; 2010, 2015, 2020-ci illərdə.
İstinadlar
redaktə- ↑ "BTEB-in elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər keçirildi". science.gov.az. Azərbaycan Milli Elmlər Akademiyası. 22.06.2016 16:07. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2016.
- ↑ "Arxivlənmiş surət". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
- ↑ "Arxivlənmiş surət". 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
- ↑ Population-genetic and comparative interpopulation studies of Azerbaijan population based on the 15 autosomal STR markers
- ↑ Diurnal changes of the ascorbate-glutathione cycle components in wheat genotypes exposed to drought
- ↑ RESEARCH ARTICLEPrevious Next Contents Vol 47(11) Biochemical properties and ultrastructure of mesophyll and bundle sheath thylakoids from maize (Zea mays) chloroplasts