Iqtisadi Rayon - Wikipedia
İqtisadi_rayon - Haqqında Məlumat
İqtisadi rayon — bir dövlətin iqtisadi göstəricilərinə görə bir-birindən fərqlənən, bununla belə bir-biri ilə bağlı olan bölgələri.
Haqqında
redaktəİqtisadi rayon konstitusiya ilə təyin olunmuş ərazi vahidi deyildir. İqtisadi rayonların ayrıca idarəetmə orqanları da olmur. Bununla belə bu cür rayonlar əsasında çoxşaxəli statistik informasiya bazası formalaşdırılır, onların iqtisadi, sosial, siyasi, demoqrafik inkişaf meylləri təftiş edilir. İqtisadi rayonlaşdırma ideyası iqtisadi coğrafiyanın sovet rayon məktəbinin adı ilə bağlıdır.
Formalaşdırma meyarları
redaktəBir ölkənin iqtisadi rayonları formalaşdırılarkın bir qayda olaraq aşağıdakı meyarlar əsas alınır:
- 1) rayonun coğrafi mövqeyi;
- 2) təbii resurlarının mövcudluğu;
- 3) nəqliyyat strukturunun inkişaf səviyyəsi;
- 4) əmək ehtiyatlarının mövcudluğu;
- 5) infrastrukturun vəziyyəti;
- 6) ixtisaslaşmanın müəyyənləşdirilməsi;
- 7) əsas inkişaf sahələrinin müəyyənləşdirilməsi.