Interfaza - Wikipedia
Hüceyrənin bölünməsi çoxalma prosesinin əsasını təşkil edir. Bölünmədən əvvəl hüceyrələr bölünməyə hazırlıq prosesini keçirir. Bu interfaza (lat. inter - arasında) adlanır. İnterfaza bitki və heyvan hüceyrələrində 15-20 saata qədər davam edə bilir. Onu adətən 3 mərhələyə bölürlər:
- Presintetik
- Sintetik
- Postsintetik
Presintetik mərhələ
redaktə(ing. Gap - interval) ilə işarə olunur. Presintetik mərhələdə hüceyrədə çoxlu miqdarda RNT və zülal əmələ gəlir. DNT sintezində iştirak edən fermentlərin aktivliyi yüksəlir.Bu proseslər də göstərir ki,G1 dövrü DNT-nin sintezi üçün hazırlıq dövrü hesab olunur.Presintetik mərhələnin ardınca sintetik mərhələ başlayır.
Sintetik mərhələ
redaktəilə işarə olunur. Bu mərhələdə RNT və zülalların sintezi ilə bərabər DNT-nin ikiləşməsi də baş verir. DNT sintezinin davametmə müddəti ayrı-ayrı hüceyrələrdə müxtəlif olur. Yəni,bir neçə dəqiqədən (Bakteriyalarda) bir neçə saata qədər (Məməlilərdə) davam edir. İkiləşmə nəticəsində DNT-nin miqdarı iki dəfə artır. xromosomlar iki xromotidli (qız xromsomlarına malik) olsalar da, xromosom sayı dəyişməz qalır.
Postsintetik mərhələ
redaktəilə işarə olunur. DNT sintezinin sonunda hüceyrə bölünməsinin başlanmasına qədər olan mərhələdir. Bu mərhələdə bölünmə vətərlərinin yaranması və eyni zamanda hüceyrələrdə ATF enerji şəklində toplanılır. Mitoxondri və Plastidlərin ikiyə bölünməsi nəticəsində klonların miqdarı çoxalır. Postsintetik mərhələdə hüceyrənin bölünməyə hazırlıq mərhələsi başa çatır və bundan sonra onun bölünməsi başlayır.
Mənbə
redaktə- 11-ci sinif biologiya dərsliyi, səh. 4 (Bakınəşr 2005)