Insitat - Wikipedia
İnsitat (lat. Incitatus, "sürətli") — Roma imperatoru Kaliqulanın senator təyin etdiyi sevimli atı.
Məcazi mənada — hökmdarın özbaşınalığına və hər hansı şəxsin ona yaramayan vəzifəyə təyin edilməsinə nümunə kimi istifadə edilir.
Əvvəlki adı Porsellius (Donuz balası) olsa da, Kaliqula bu adı bəyənməyərək onu dəyişdirmişdir.
Siyasi karyerası
redaktəKaliqula İnsitata Roma vətəndaşlığı vermiş, senator təyin etmiş və konsulluğa namizəd elan etmişdi. Özünü allah elan etdikdən sonra isə İnsitatı öz məbədində 19 köməkçi kahindən biri təyin etdi.
41-ci ildə Kaliqulanın öldürülməsindən sonra İnsitatın senator səlahiyyətlərindən məhrum edilməsi məsələsi qalxdıqda onu müdafiə etməyə çalışan şəxslər digər senatorlardan fərqli olaraq İnsitatın heç kimi öldürmədiyini və imperatora axmaq məsləhətlər vermədiyini bildirirdilər. Eyni zamanda Roma qanunlarına görə senatorlar səlahiyyət müddətləri başa çatmadan senatdan qovula bilməzdilər. Lakin yeni imperator Klavdi çıxış yolunu tapdı. O, İnsitat üçün dövlət tərəfindən ayrılan xərcləri azaltdı və beləliklə, senator olmaq üçün müəyyən olunmuş əmlak senzindən keçə bilmədiyi üçün at senator səlahiyyətlərindən məhrum edildi.