Insanin Kellesi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar.
Kəllənin əmələgəlmə mərhələləri
redaktəKəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur.
Kəllənin şöbələri
redaktəKəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar.
Üz şöbəsi
redaktəİnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər
Beyin şöbəsi
redaktəİnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.