Ilqar Beylerov - Wikipedia
İlqar Xıdır oğlu Bəylərov (31 iyul 1961, Laçın) — azərbaycanlı memar, Azərbaycan Respublikasının əməkdar memarı,[1] Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi,[2] "IBA GROUP" memarlıq şirkətinin baş direktoru.[2]
İlqar Bəylərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 iyul 1961 (63 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Xıdır Bəylərov |
İşləri və nailiyyətləri | |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı və fəaliyyəti
redaktəİlqar Xıdır oğlu Bəylərov 31 iyul 1961-ci ildə Laçın şəhərində anadan olmuşdur.[3]
1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri institutunu bitirmişdir. 1983–1988-ci illərdə Bakı Baş Tikinti İdarəsində, sonra SSRİ Elmlər Akademiyasında işləmişdir.[3]
1993–1998-ci illərdə "Asia Plus", 1998–2012-ci illərdə "ATTİLA KM"də direktor vəzifəsində çalışmışdır. Hal-hazırda "İBA GROUP MMC" memarlıq şirkətinin direktorudur.
İlqar Bəylərovun layihələri əsasında Bakıda "Debüt Bank"ın inzibatı binası, "Altes Park", "Altes Plaza", "Sun City" , Bakı Sağlamlıq Mərkəzi, Elmlər Akademiyasının Mərkəzi Kitabxanası, TOP TAUN yaşayış binası, "PALİTRA" yaşayış kompleksi, 8-ci km -də Çoxmərtəbəli Avtomobil Dayanacağı və bir çox başqa çoxmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi, Qəbələ, Şuşa, Jəbrayıl, Şəmkir rayonlarında müalicə-diaqnostika mərkəzləri, və xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri tikilmişdir.
İlqar Bəylərov, 2008-ci ildə "Ustad Memar" sertifikatına, 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adına layiq görülmüşdür.
1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
20 dekabr 2017-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.[4]
22 fevral 2017 Beynəlxalq Memarlıq Akademiyasının professorudur.
Ailəsi
redaktə- Laçın rayonunun ictimai-siyasi xadimi Xıdır Bəylərovun oğludur.
Memar İlqar Bəylərovun layihələri əsasında tikilən obyektlər:
2007-2022 illərdə tikilən səhiyyə obyektləri 1. Qazax Rayon Diaqnostika Mərkəzi 2013 2. Gəncə Diaqnostika Mərkəzi 2006 3. Zaqatala Rayon Diaqnostika Mərkəzi 2006 4. Bərdə Rayon Diaqnostika Mərkəzi 2008 5. Xızı Rayon Diaqnostika Mərkəzi 2010 6. 500 çarpayılıq Bakı Sağlamlıq Mərkəzi 2012 7.Abşeron Rayon Mərkəzi Xəstəxanası 2012 8.Ağcabədi Rayon Mərkəzi Xəstəxanası 2012 9.Ağsu Rayon Mərkəzi Xəstəxanası 2014
10. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası 2013 11. Daşkəsən Rayon Mərkəzi Xəstəxanası 2006 12. Qazax Rayon Mərkəzi Xəstəxanası 2017 13. Qəbələ Rayon Mərkəzi Xəstəxanası 2016 14.Quba Rayon Mərkəzi Xəstəxanası 2015 15.Qobustan Rayon Mərkəzi Xəstəxanası 2014 16.Sabirabad Rayon Mərkəzi Xəstəxanası 2012 17.Samux Rayon Mərkəzi Xəstəxanası 2020 18.Sumqayıt Xəstəxanası 2019 19.Şabran Rayon Mərkəzi Xəstəxanası 20.Şəmkir Rayon Mərkəzi Xəstəxanası 2015 21.Göytəpə Rayon Mərkəzi Xəstəxanası 2019 22.Badamdar Xəstəxanası 2013 23.11 saylı Xəstəxana (NZS Qəsəbəsi) 2019 24.Fizuli Rayon Xəctəxanası 2018 25.Tovuz Rayon Mərkəzi Xəstəxanası 2009 26.100 yerlik Buzovna Reabilitasiya Mərkəzi 2013 27. 102 yerlik Şüvəlan Kardioloji Reabilitasiya Mərkəzi 2019 28. Prof. Gindes adına Vərəm Xəstəxanası (Uşaq və böyüklər) 2012 29.Yevlax Rayon Uşaq Xəstəxanası 2010 30.Naftalan Rayon Mərkəzi Xəstəxanası 2015 31. 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanası 2022 32. 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası 2022 33. 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası 2022 34. 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanası 2019
2004-2022 illərdə tikilən Yaşayış bina və kompleksləri
1. S.Rüstəm küçəsində 18 mərtəbəli Yaşayış binası 2005 2. Azadlıq prospektində 18 mərtəbəli Yaşayış binası 2004 3. Azadlıq pr.125 18 mərtəbəli Yaşayış binası 2008 4. C.Məmmədqulu-zadə küçəsində 19 mərtəbəli “Altes Park” Yaşayış binaları 2013 5. İ.Qutqaşınlı küçəsində 22 mərtəbəli “Altes Plaza” Yaşayış binaları 2010 6. İ.Qutqaşınlı küçəsində 20 mərtəbəli “Top Town” Yaşayış binası 2007 7. N.Nərimanov küçəsində 16 mərtəbəli “Sun City” Yaşayış binası 2010 8. Babək prospektində 26 mərtəbəli “Palitra” Çoxfuksiyalı Yaşayış kompleksi (ofislər, “Women” fitnes mərkəzi, uşaq bağ”çası,restoran) 2010 9. Babək prospektində 28 mərtəbəli Yaşayış binası 2016 10. Ə.Haqverdiyev küçəsində Hündürmərtəbəli Yaşayış Kompleksi 2010 11. Moskva prospektində 18 mərtəbəli Yaşayış binası 2010
2002-2022 illərdə tikilən İctimai binalar 1. “DebutBank” –ın inzibati binası 2003 2. “Qafqaz Plaza” Ofis Mərkəzi, H.Əliyev prospekti 2011 3. “Nokia” təmsilçiliyinin ofis binası (AlmaAtı, Qazaxstan) 2005 4. Q.Qarayev prospektində 6 mərtəbəli avtomobil dayanacağı 2014 5. “Bank of Baku” Əhmədli filialı, Q.Qarayev prospekti 2015 6. “Baku Electronics” Q.Qarayev filialı, Q.Qarayev prospekti 2010 7. “Kür” kompyüter zavodu, Şirvan şəhəri 2004 8. Ak.H.Əliyev küçəsintə 1000 şagirdlik Təhsil Kompleksi 2010 9. Ak.H.Əliyev küçəsintə İqdisad Universitetinin Təhsil Korpusu 2008 10. Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (4 mln. Kitab Fondu ilə) 2014 11. Çay Evi (Q.Qarayev prospekti, H.Əliyev parkı) 2015 12. “İntəpə” firmasının tikinti ofisi , N.Nərimanov pr. 2003 13. H.Əliyev muzeyı, Beyləqan rayonu 2009
İstinadlar
redaktə- ↑ "Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar memar" fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 1 oktyabr 2012. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fev 2022.
- ↑ 1 2 "İlqar Xıdır oğlu Bəylərov". uaa.az (az.). Azərbaycan Memarlar İttifaqı. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fev 2022.
- ↑ 1 2 "İlqar Xıdır oğlu Bəylərov" (PDF). azmiu.edu.az (az.). Azərbaycan Memarlıq və İnşaat Universiteti. 21 fevral 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 fev 2022.
- ↑ "Prezidentin "Şöhrət" ordeni verdiyi şəxslər kimdir?". Axar.az (az.). 19 dekabr 2017. 21 fev 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fev 2022.
ibagroupmmc.com