Ildirim - Wikipedia
İldırım - Haqqında Məlumat
İldırım — buludların içərisində və ya buludlarla yer səthi arasında elektrik boşalmalarının baş verdiyi atmosfer hadisəsi olub şimşək çaxması ilə müşayiət olunur. Bir qayda olaraq, ildırım möhkəm topa buludlarda əmələ gəlir və güclü yağış, dolu və fırtına ilə müşayiət olunur. Yağışsız ildırım "quru ildırım" adlanır.
İldırım insanlar üçün ən təhlükəli hava hadisələrindən biridir: qeydə alınan ölümlərin sayı baxımından yalnız daşqınlar daha çox insan itkisinə səbəb olur.[1]
İstinadlar
redaktə- ↑ ["Science Daily — Human Voltage — What Happens When People And Lightning Converge (ing.)". 2011-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-23. Science Daily — Human Voltage — What Happens When People And Lightning Converge (ing.)]