Ilah - Wikipedia
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti.
İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər.
İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |