Ikinci Perde Film 2017 - Wikipedia
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar.
İkinci pərdə | |
---|---|
| |
Janr | sosial dram |
Rejissor | Emil Quliyev |
Prodüser | Orxan Mərdan |
Ssenari müəllifləri |
Emil Quliyev Pərviz Həsənov Orxan Mərdan |
Baş rollarda |
Hikmət Rəhimov Günay Əhməd Elşən Əsgərov Qorqud Cəfərli Ziya Ağa |
Operator | Dmitri Suvorov |
Rəssam | Şahin Həsənli |
İstehsalçılar | "02 MEDİA" istehsal şirkəti, Art Film Baku |
İlk baxış tarixi | 16 noyabr 2017 |
Filmin növü | tammetrajlı film |
Müddət | 72 dəqiqə |
Yaş həddi | 18+ |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2017 |
Əvvəlki film | Pərdə |
Sonrakı film | Sonuncu pərdə |
Rəng | rəngli |
Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır.
72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur.
Məzmun
redaktəSüjetin əsasını xəyanət motivi təşkil eləyir. Dostun, arvadın, ərin xəyanəti… Bu xəyanət motivləri Arifin (Qorqud Cəfərli) ona təmənnasız yardım edən dostu Timanın (Hikmət Rəhimov) arvadı Samirəylə (Günay Əhməd) gizli eşq macərası yaşaması ilə kulminasiyaya çatır.
Rollarda
redaktə- Hikmət Rəhimov (Tima)
- Günay Əhməd (Samirə)
- Qorqud Cəfərli (Arif)
- Elşən Əsgərov
- Rövşən Ağayev
- Ziya Ağa
- Elşən Hacıbabayev
- Cəmilə Tağızadə
- Səbinə Məmmədova
- Gülnarə Abdullayeva
- Nigar Babayeva
- Natiq Muxtarov
- Əlixan Rəcəbov
- Fuad Bayramov
- Vüqar Məmmədov
- Azər Aydəmir
- Tural Əhməd
- Zaur Şəfiyev
- Zöhrab Bayramov
- Ruslan Sultanov
- Orxan Mərdan
- Etibar İbadullayev
- Murad Əzizov
Filmin heyəti
redaktə- Ssenari müəllifləri: Emil Quliyev, Pərviz Həsənov, Orxan Mərdan
- Operator: Dmitri Suvorov
- Rəssam: Şahin Həsənli
- Montaj rejissoru: Əsgər Rəhimov (II)
- İkinci rejissor: Pərviz Həsənov
- Rejissor assistenti: Tacəddin İmanov
- Kastinq: Zaur Şəfiyev
- Operator assistentləri: Həsən Aslanov, Vüsal Süleymanov, Anar Nəsrullayev
- Qrim ustaları: Polina Tkaçenko, Tahirə Əliyeva
- İşıqçılar: Rufiz Paşayev, Rəhman Rəhmanov (II), Tural Teymurov
- İşıqçı assistenti: Aqşin Qirimov
- Rəng korreksiyası: Sergey Snejkin
- Səs rejissoru: Seymur Əliyev
- Səs operatoru: Sergey Netrunenko
- Səs miksajı: Sergey Netrunenko
- Musiqi tərtibatçıları: Emil Quliyev, Orxan Mərdan
- Baş prodüser: Orxan Mərdan