Ibn Xellikan - Wikipedia
İbn Xəllikan (22 sentyabr 1211[1], Ərbil – 30 oktyabr 1282[1], Dəməşq, Məmlük dövləti) — Bərməkilər[2] soyundan olan XIII əsr islam alimi və tarixçisi.
Shams al-Dīn Abū Al-ʿAbbās Aḥmad Ibn Muḥammad Ibn Khallikān | |
---|---|
ابن خلكان | |
Doğum tarixi | 22 sentyabr 1211[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 1282[1] (71 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Ərbil Atabəyliyi, Əyyubilər Sultanlığı və Məmlük Sultanlığı |
Atası | Abbas ibn Məhəmməd |
Fəaliyyəti | mühəddis, qazı, tarixçi, ədib, müəllim, yazıçı |
Həyatı
redaktəŞəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu.[3] Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx[4] şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir.
Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir.[3]
Əsərləri
redaktə- Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər (ərəb. وفيات الأعيان وأنباء أبناء الزمان (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / ing. "Deaths of Eminent Men and History of the Sons of the Epoch" or "Ibn Khallikan's biographical dictionary" (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / rus. Некрологи знатных лиц и заметки о сыновьях своего времени) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur.[5] Əsərin dili ərəbcədir və müəllifin dövrümüzə gəlib çatmış yeganə əsəridir.[5] Müəllif əsəri yazarkən təxminən 170 yazılı mənbədən istifadə etmişdir. Əsərin ərəbcə olan orjinal əlyazması ümumilikdə 865 insanın bioqrafiyasını əhatə edir.[6]
Mənbə
redaktə- Православный палестинский сборник том XVII, выпуск второй, издание Императорского православного палестинского общество. Санкт-Петербург: типография В. Ф. Киршбаума, Дворцовая площадь, департамент Министерства Финансов, 1897-ой год. Палестина от завоевания ее арабами до Крестовых походов, по арабским источникам. Николай Александрович Ме́дников, приложения II, I. Историки: XVIII. Ибн Халликан, страницы 581-582.
- Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, Türkiye Diyanet Vakfı Yayınevi, Ankara, 1999, Cilt XX, sayfa 17-19
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Orijinal mətn (rus.)
Бармакиды или Бармекиды — потомки Бармака, врача и жреца из Балка в Хорасане, древнеперсидский род, который благодаря талантливости и образованию некоторых своих членов достиг при дворе Аббасидов такого же положения, какое занимали маиордомы при дворе Меровингов. Говорят, что жена Бармака была взята в плен знаменитым полководцем Омаядов — Кутейбоем и возвращена мужу, когда забеременела сыном Халидом (около 794г.), впоследствии, при первом Аббасиде, калифе Абд-Алла Абу Аббас Аль-Сафа, ставшим великим визирем. Цель этого рассказа — выставить высокое и благородное происхождение Б. … Ср. "Geschichte der B." в сочинении Вейля "Geschichte der Kalifen" (том 2, Мангейм, 1848).
- ↑ 1 2 Ibn Khallikan (Muslim jurist) — Encyclopedia Britannica Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine — yoxlanılıb: 7.6.2014
- ↑ Qeyd: hazırda Əfqanıstanın Bəlx vilayətinin Bəlx vulusvalisində kiçik bir şəhərdir.
- ↑ 1 2 Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, Türkiye Diyanet Vakfı Yayınevi, Ankara, 1999, Cilt XX, sayfa 18
- ↑ Православный палестинский сборник том XVII, выпуск второй, издание Императорского православного палестинского общество. Санкт-Петербург: типография В. Ф. Киршбаума, Дворцовая площадь, департамент Министерства Финансов, 1897-ой год. Палестина от завоевания ее арабами до Крестовых походов, по арабским источникам. Николай Александрович Ме́дников, приложения II, I. Историки: XVIII. Ибн Халликан, стр. 581