Isxan Ebu Ebdulmalik - Wikipedia
İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti[rus.] hakimi, eristavlar-eristavı III Adarnersenin[ing.] qızı Dinarın oğlu idi.
İşxan Əbu Əbdülmalik | |
---|---|
Şəki hökmdarı (ranların çarı – [1]) | |
ən tezi 1044 – ən tezi 944-dən ən geci 1110-cu ilə qədər | |
Əvvəlki | Atrnerseh |
Sonrakı | Dinar |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 951 |
Atası | Atrnerseh |
Anası | Dinar |
Həyatı və siyasi fəaliyyəti
redaktəX əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi[rus.] yazır ki, Х əsrin 40-cı illərində Albaniyada
hökmdar Atrnersehin oğlu, mömin çar mübarək Hammamın nəvəsi İşxannik padşahlıq taxtına oturdu.
İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır[2].
“Kartli salnaməsi”ə görə
Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin[ing.] bacısının oğlu idi, onun anası Dinar, onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu[3].
İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş[4].
Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir.
Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir[5].
Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir.
“Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat[rus.] (1008–1014/15[qeyd 1]) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur. Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) III Baqrat yenidən Heretini tutmuş və çariçə Dinarı əsir götürmüşdür[6].
Yuxarıda qeyd edildiyi kimi, çariça Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi və əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi[7].
Həmçinin, bax:
redaktəQeydlər
redaktə- ↑ 234 год грузинского хроникона соответствует 1014 году. По сообщению Аристакэса Ластивертци, Баграт скончался в 464 году армянского летосчисления, что соответствует 1015 году (см . Э. Такаишвили, указ. русский перевод, с. 161, прим. 2; К. Н. Юзбашян, комментарии к указ. переводу Аристакэса, с. 114, прим. 22(Картлис Цховреба, 2008. səh. 240, qeyd 129.).
İstinadlar
redaktə- ↑ Мусхелишвили Д. Л., 1982. səh. 41
- ↑ Мусхелишвили Д. Л., 1982. səh. 38
- ↑ Картлис Цховреба, 2008. səh. 144
- ↑ Караулова П. А., 1903. səh. 99,105
- ↑ Григорян Г. М., 1972. səh. 223
- ↑ Картлис Цховреба, 2008. səh. 149
- ↑ Əliyev Ş. H., 2007. səh. 97
Ədəbiyyat
redaktə- Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
- Картлис Цховреба (PDF). Тбилиси: Артануджи. Главный редактор академик Роин Метревели. 2008.
- Караулова П. А. Сведения арабских географов IX и X веков по Р.Х. о Кавказе, Армении и Адербейджане: VII, ал-Мукаддасий; VIII, Масуди; IX, Ибн Хаукал. (СМОМПК) (rus) (38). Тифлис. 1903.
- Григорян Г. М. Новонайденные надписи Ваанаванка (PDF) // Ист.-филол. журн (rus). 1972. 215–229.
- Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək) (1000 nüs.). Bakı: Təhsil. 2007.