Oluler Gunu - Wikipedia
Ölülər Günü (isp. Dia de Muertos) — Latın Amerikasında – əsasən də Meksika[1][2], Qvatemala[3], Honduras[3] və Salvadorda[3] qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur.[3] Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.[4]
Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir.[1] Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi.[1]
Ölülər Günü, Hellovindən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. Bu ənənə 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.[5]
Meksikada Ölülər Günü həm ənənəyə, həm də şənliyə çevrilib.[1] Ənənəvi olaraq Ölülər Günü hər ilin oktyabr ayının son günü və noyabr ayının ilk 2 günündə qeyd edilir.[1] Qədim dövrlərdə adətən iyul-avqust aylarında keçirilsə də, Meksikanın işğalından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.[1] Adətə görə, noyabrın 1-i meksikalılar ölən uşaqları, noyabrın 2-si isə ölən böyükləri və yaşlıları[2] yad edirlər.[1] Bayramın adına baxmayaraq, burada həmin günlərdə heç bir bədnam hadisə baş vermir.[1] Ölkə sakinləri ölü kimi geyinərək bəzənir;[1] minlərlə insan özünü ölüyə bənzədərək[1], nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar.[2] Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedən meksikalılar bu mərasimi yasdan şənliyə çevirirlər.[2] Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur.[2]
-
Ölülər üçün Katolik qurbangah
-
Hidalqoda Xantolo ənənəvi qurbangahı
-
Vaşinqtonda Ölülər Günü, 2013
-
Tabaskoda yerlilərin qurbangahı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Ölülər günü qeyd olundu - FOTOLAR Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 03.11.2014 (az.)
- ↑ 1 2 3 4 5 Meksikada "ölülər" paradı keçirilib[ölü keçid]. anspress.com, 27.11.2011 (az.)
- ↑ 1 2 3 4 Payız fəslinin ən yaxşı festivalları - Xəbəriniz Olsun Arxivləşdirilib 2021-01-17 at the Wayback Machine. gsr.fm, 02.10.2014 (az.)
- ↑ "1 и 2 ноября Мексика празднует Дни мертвых". Travel.ru. 2007-10-22. 2008-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
- ↑ "Indigenous festivity dedicated to the dead". UNESCO. 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.05.2015.
Xarici keçidlər
redaktə- Días de los Muertos Palomar College Site Arxivləşdirilib 2010-05-25 at the Wayback Machine
- azcentral.com's Dia de los Muertos information site
- Photo Essay of Day of the Dead in Mexico Arxivləşdirilib 2008-10-22 at the Wayback Machine
- Day of the Dead in Oaxaca, Mexico
- Day of the Dead in Mexico
- Day of the Dead in and around Mexico city
- Day of the Dead: Unique Memorials Arxivləşdirilib 2009-11-14 at the Wayback Machine
- Illustrated History of Day of the Dead & the Sugar Skull Tradition Arxivləşdirilib 2012-06-15 at the Wayback Machine
- Multimedia documentary by Enrico Martino
- Ölülər Günü (az.)