Okuze Sitayis Totemizm - Wikipedia
Öküzə sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması.
Qədim xalqların dini baxışlarında öküzə sitayiş
redaktəBir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini Şərq xalqlarının hələ ən qədim totemist təsəvvürlərinə gedib çıxır. Öküzə ehtiram Çatalquyukun saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. Paleolit dövründən başlayaraq və sonrakı dövrlərdə öküz müxtəlif tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsrlər türk tayfası oğuzların dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu «öküz» adlandırırdılar».
Bir çox tayfalar öz başlanğıcını öküzlə əlaqələndirirdilər. Hunlar, monqollar və buryatlar başlanğıcı öküz nəslindən götürürdülər. Öküzün buynuzlarını isə cəsarət, hünər və güc rəmzi ilə əlaqələndirirdilər. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri haqqında analoji fikirlər söylənilirdi. Bunu əsasən hindu tayfalarının qədim dastanları ilə əlaqələndirmək mümkündür.
İranda və Orta Asiyanın bəzi vilayətlərində öküz müqəddəs heyvan olaraq məzdəkizm ayinlərinə daxil olmuş və «Avesta»da bu obrazlara tez-tez müraciət olunmuşdur. [7-ci yasna, XXV, 4]. Öküzlərə həsr olunmuş çoxlu təriflərə Riqveddə rast gəlmək olar. Hind dastanlarında öküz, həmçinin əzəmət və güc rəmzidir.
Tropik Afrika, Amazoniya və Avstraliyanın bəzi rayonlarında geridə qalmış tayfa və xalqlarda hazırda belə bir mərasim vardır: heyvan ovundan əvvəl, yerə onun təsviri çəkilir və and mərasimi yerinə yetirilir. Möhkəm əşya ilə vurulmuş zərbələrin izi qalmış bu heyvan təsvirləri Qobustanda da qeydə alınmışdır. Güman etmək olar ki, Qobustan ovçuları da ovdan əvvəl bu ovsunları icra edirdilər.
Öküz və qadın... Bu cür uyğunluq Avropanı oğurlamış Zevs haqqında rəvayət və Minotavr və Pasifay haqqında əsatirə sövq edir. Burada qadın yalnız nəslin başçısı kimi deyil, həm də heyvan əcdadla əlaqəyə girir. Buradan qadın və heyvan obrazlarının bərəkət ayini əmələ gəlir. Bu növ qayaüstü kompozisiyalara oxşar süjetlərə (qadın və heyvan obrazı) Fransanın madlen dövrü mağarasından (Aşağı Lojeri) qadın və maral rəsmində, qədim neolit dövrünün «şəhəri» Çatal-quyukun «Bərəkət ilahəsi məbədi»nin ön divarındakı (Anadolu qayaüstü təsvirləri) qadın və öküz təsvirlərində. İordaniya petroqliflərində iri öküz fonunda sxematik qadın fiqurlarında, Üst-tuba və Side petroqliflərində rast gəlmək olar.
Öküz uzun müddət qədim ovçuların ehtiram obyektləri sırasında qalmışdır. Etnoqrafik məlumatlardan göründüyi kimi, öküz ibtidai ovçu tayfalarının ehtiram obyekti və totemi olmuşdur. Qədim dini təsəvvürlərdə öküzə sitayiş günəşə və ali səma allahına sitayişlə sıx əlaqəlidir. Antik müəlliflərin mənbələrindən göründüyü ki, Zevs və Mitra, Yupiter və Perun onlara ithaf olunmuş öküzlərlə müxtəlif mənalarda əlaqəlidir. Öküz təsvirləri bərəkət ayinləri ilə bağlı idilər. Burada təsvir olunmuş öküzə sitayişlə bağlı ovsun ayinləri totem əcdadlar haqqında rəvayətləri əks etdirərək, Azərbaycanın qədim sakinlərinin artıq paleolit dövründə təşəkkül tapmış dünyagörüşü təsəvvürlərinin çox mürəkkəbliyini göstərir.
Azərbaycanda öküzə sitayiş ayini
redaktəBu ayin Azərbaycan ərazisində də geniş yayılmışdır. Azərbaycan petroqlifləri arasında qədim tayfa və xalqların öküzə sitayiş etmələri haqqında zəngin, rəngarəng və qiymətli material hesab edilən öküz təsvirləri xüsusi yer tutur. İnsanların öküzlə (bizon, tur) ilk tanışlığı paleolit dövründə baş vermişdir.
Qayaüstü incəsənətin inkişafının ilkin mərhələlərindən başlayaraq, Azərbaycanın qayaüstü təsvirlərinin mövzu süjetlərində əsas yerlərdən birini ov ayinləri tutmağa başlayır. Bəşər tarixinin ilkin mərhələlərində yaranmış ov ayin etiqadları minilliklər ərzində qorunub saxlanmış və çoxsaylı əlamətlərdə, qadağalarda, etiqadlarda öz əksini tapmışdır. Bunların bir çoxu dastan, rəvayət və əfsanələr şəklində bizim günlərədək gəlib çatmışdır. Qədim ovçu qayalar üzərində öküz-tur sürüsünü təqib edən oxatanları (Böyükdaş, yuxarı səki, daş № 45, şimal tərəfi) və heyvanları tutmaq üçün müxtəlif hasar və tələləri (Böyükdaş, yuxarı səki, 45 №-li daş, şimal tərəfi, Kiçikdaş, 19, 58 №-li daş) təsvir etməklə mərasim ayinləri vasitəsilə uğurlu ov əldə etməyə çalışırdı.
Çalağan eneolit yaşayış məskənindən tapılmış cavan öküz başı fiquru Abşeronda aşkar olunmuş naxışlarla bəzədilmiş öküzün kiçik başları bu heyvanın ayin mənası daşıdığının vacib sübutlarındandır. Tunc dövründə öküz buynuzları ilə müqəddəs ocaqların bəzədilməsi haqqında da məlumatlar vardır.
Qarabağın Xocalı kəndində aşkar olunmuş öküz təsvirli kəmər tunc dövrü incəsənətində öküz obrazının xüsusi yer tutduğunu təsdiq edir. Bunun izi bəzi müasir maldar xalqlarda da müşahidə olunur. Lakin bunlar bizim dövrlərədək gəlib çatmış mərasim ayinlərinin qalıqlarının kiçik bir qismidir. Görünür, bizə heç vaxt bu mərasimi təşkil edən ayin və adətlərin bütöv kompleksini bərpa etmək mümkün olmayacaqdır. Bizə yalnız arxeoloji abidələrdə onların izləri gəlib çatmışdır.
Öküzə sitayiş bərəkət ideyası ilə də bağlı idi. Qobustanda, Abşeronun Düvəndi kahasında, Kəlbəcər dağlarının bazalt qayalarında və Naxçıvanda - Gəmiqayada öküz obrazlarının xüsusi yeri vardır. Bu heyvan təsvirlərinin yanında insan fiqurları həkk olunmuşdur (Məsələn, Qobustanda öküz təsviri ilə qadın təsvirinin üslub uyğunluğu). Qobustanda öküz təsviri ilə qadın təsvirinin üslub uyğunluğu müşahidə olunan mürəkkəb kompozisiyanı ayin səhnələrinə aid etmək olar (Kiçikdaş, Daşqışlaq kolleksiyası, 19 №-li daş; Böyükdaş, yuxarı səki. 78 №-li daş). Göstərilən müşahidələr bu rəsmlərin ayin əhəmiyyətini müəyyən etməyə imkan verir. Onlar, güman ki, rəvayət xarakteri daşıyır və paleolit dövrünün mifik nəsil başçılarını tərənnüm edən hekayələr kimi şərh oluna bilərlər.
Azərbaycanın qayaüstü incəsənətində Qobustan qayalarında təsvir olunmuş Dos Primigenius turundan əlavə, öküzün digər obrazları da məlumdur. Ona Kəlbəcər, Gəmiqaya və Abşeron təsvirlərində rast gəlmək olar. Burada öküz arabaya qoşulmuş vəziyyətdə şum səhnələrində və digər səhnələrdə əks olunur. Bu isə onun ev heyvanı olduğunu sübut edir. Belə təsvirlər Naxçıvanda (Gəmiqaya, 76, 77 №-li daşlar) və Abşeronda [Dübəndi kahası] məlumdur. Qobustan qayalarında oxatanların öküz sürüsü ilə döyüşü kimi baxımlı səhnələr (Böyükdaş, yuxarı səki, 45 №-li daş, şimal tərəfi) təsvir olunmuşdur. Bu təsvirləri uğurlu ov mərasimi səhnələri kimi qiymətləndirmək olar.
Mənbə
redaktə- Fərəcova M. Azərbaycan qayaüstü incəsənəti. Bakı, 2009.
- Əhmədova E. Azərbaycan etnonimləri. Bakı-2007.
- Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 1983.
- A.Tapdıqov. Zoomorfik miflərlə əlaqədar mifoloji ahtropotonimlər. Onomastika. Elmi-onomastik jurnal №3, Bakı,2008.
- Cəfərzadə Ġ. Qobustan qayalarında təsvirlər /Материалы по истории Азербайджана. Труды музея истории Азербайджана т. III, B., 1957, İzd.AN Azerb.SSR,
- Əfəndiev R. Qədim dövrlərdə Azərbaycan xalq sənəti.
- Ахундов Д.А. Архитектура древнего и ранне-средневекового Азербайджана, Аз.гос.изд., Б., 1986 г.
- Асланов Г. Археологические исследования на Абшероне /Археологические и этнографические изыскания в Азерб-не,1976, Б.,1979,
- Асланов Г.М., Гаджиев П.А. Художественно-технические особенности наскальных рисунков Абшерона//Azərbaycanın maddi mədəniyyəti, XII с, В., 1973 il,
- Голубкина Г.И. О зооморфной керамике из Мингечаура /Материальная культура Азербайджана, т.И,Изд-во АН Аз.ССР, Баку, 1951,
- Гуммель Я.И. Большой Ханларский курган №2. НАИИ АН Аз.ССР,инв.№ 7979.
- Джафарзаде И.М. Древ нелатинская надпись у подошвы г.Беюкдаш /Доклады АН.Азерб.ССР.т 4, №7. Изд. АН АзССР. Б.1948г,
- Джафарзаде И.М. Древнейший период истории Азербайджана // Очерки по древней истории Азербайджана. Б., 1956г.
- Алиев В. Исследования на территории Нахичеванской АССР. Археологические открытия 1970г. М., 1971г., Изд. "Наука",
- Алиев В. Наскальные изображения Гемигая/Проблемы изучения наскапьных изображений в СССР, Инст.Археологии АН СССР, М., 1990.
- Раджабова Б.А. Семантический анализ некоторых предметов украшения средневекового Азербайджана /Respublika arxeologiyası və etnoqrafiyasının I elmi konfransının materilları. В.,1992,
- Жизнь животных. Млекопитающие и звери. Под ред. С.Н.Наумова и А.П.Кузякина. -: Просвещение, 1971,
- Кадырбаев М.К., Марьяшев А.Н.Наскааьныс изображения хребта Каратау. АН Казахской ССР, Институт истории, археологии и этнофафии им. Ч.Ч.Вадихапова., Алма-Ата, 1977 год.
- Кустодиева Т.К. Итальянское искусство эпохи Возрждения: ХIII-ХVI вв. Л., 1985. С. 154.
- Лавров Л.И. Доисламские верования адыгейцев и кабардинцев / кн.Исследования и материалы по вопросам первобытных религиозных верований. М., 1959г.
- Латышев В.В. История древних писателей о скифе и Кавказе // ВДИ,1948 г, №2.
- Равдоникас В.И. История первобытного общества, т.1, Изд. Ленинградского Госуд. университета, Л., 1939,
- Нильсон Дитлеф. Библейская религия в свете новейших археологических раскопок // журнал "Вестник Древней истории", 1937г.,№1,
- Новгородова Э.Л. В стране петроглифов и эдельвейсов. Изд-во "Знание" , М., 1982 г.
- Новгородова Э.А. Мир петроглифов Монголии., АН СССР, Изд-во "Наука", Гл.ред.вост.лит-ры, М., 1984г.
- Столяр А.Д. Происхождение изобразительного искусства. М., Изд-во "Искусство", 1985г.,
- Рыбаков Б.А. Космогония и мифология земледельцев энеолита // СА, №2, Изд-во "Наука", М., 1965,
- Шнирельман В.А. Некоторые проблемы происхождения и распространения животноводства // журн.СЭ, 1974, №3,
- Апхазава Н.И. Материальная культура раннесредневековой Восточной Грузии. Тбилиси,1981.
- Чубинишвили Т.Н. Амирапис - гора (Материалы к древнейшей истории Месхет-Джавахетии).Тбилиси, 1963.
- Фоли Дж. Энциклопедия знаков и символов. — М.: Вече, АСТ, 1997. — 432 с.
Xarici keçidlər
redaktə- А. Романчук. Ренессансная интерпретация мифа о быке — символе смерти // Миф в культуре Возрождения. — М.: Наука, 2003, с. 185—189