Cju Yuancjan - Wikipedia
Çju Yuançjan (29 oktyabr 1328[1][2], Fenyan[d] – 24 iyun 1398[3][2], Nankin) — 1368-1398-ci illərdə Min imperiyasının ilk imperatoru.
Çju Yuançjan | |
---|---|
çin. 朱興宗 çin. 朱重八 çin. 朱元璋 çin. 洪武帝 | |
Çin imperatoru[d] (Min sülaləsi) | |
23 yanvar 1368 – 24 iyun 1398 | |
Əvvəlki | Togon Teymur |
Şəxsi məlumatlar | |
Doğum adı | Chongba |
Doğum tarixi | 29 oktyabr 1328[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 1398[3][2] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəhbər |
Dini | buddizm |
Rütbəsi | Admiral, general[2] |
Vikianbarda əlaqəli mediafayllar |
1351-1368-ci illərdə monqollora qarşı baş qaldırmış Qırmızısarıqlılar üsyanının rəhbərlərindən biri olmuş, 1368-ci ildə monqolları hakimiyyətdən devrirərək Nankində özünü imperator elan etmiş və Min imperiyasının əsasını qoymuşdur.
İslahatları
redaktəÇju Yuançyan hakimiyyətə gəldikdən sonra bir sıra tədbirlər həyata keçirdi. Monqollara və onlara xidmət edəb yerli feodallara məxsus torpaqlar dövlət mülkiyyəti elan edildi. Əhali və bütün torpaqların siyahıyaalması keçirildi. Torpaqların bir qismi kəndlilərin, qalanı isə xəzinənin ixtiyarına keçdi. Kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər azaldıldı. Sənətkarlar və tacirlər üzərinə qoyulmuş tamğa vergisi ləğv olundu. 1375-ci ildə pul islahatı keçirildi və yeni kağız pullar dövriyyəyə buraxıldı. Çju Yuançjanın bu tədbirləri XIV-XV əsrlərdə Çin iqtisadiyyatının inkişafına şərait yaratdı, Min imperiyasında güclü idarəçilik aparatı və ordu yaradıldı.
İstinadlar
redaktə- ↑ 1 2 Tsai S. H. Perpetual Happiness: The Ming Emperor Yongle (ing.). University of Washington Press. P. 21. ISBN 978-0-295-98109-3
- ↑ 1 2 3 4 5 6 Chan D. B. Hongwu // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Tsai S. H. Perpetual Happiness: The Ming Emperor Yongle (ing.). University of Washington Press. P. 57. ISBN 978-0-295-98109-3