Ciro Immobile - Wikipedia
Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[1][2][…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Beşiktaş" klubu və İtaliya milli komandasının hücumçusu.
Çiro İmmobile | |
---|---|
it. Ciro Immobile | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1990[1][2][…] (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 182 sm[3] |
Çəkisi | 85 kq[4] |
Mövqeyi | hücumçu |
Klub haqqında məlumat | |
Klub | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəFutbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib.[5]
Karyerası
redaktəKlub Karyerası
redaktəÇiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub.
İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir.
"Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur.
2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir. "Torino" ilə 2013/14 mövsumundə İtaliya çempionatının bombardiri olur.
Futbolçu 2014-cü ilin yayında 19 milyon avroya Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunur. Ancaq orda uğurlu olmayan futbolçu İspaniyanın "Sevilya" və İtaliyanın "Torino" klublarına icarəyə verilir. Ancaq bu klublardada uğurlu olmayan futbolçu 27 iyul 2016-cı il tarixində "Latsio"ya transfer olunur və orada təkrar ulduza çevrilir.
Milli komanda karyerası
redaktə2008-ci ildən 2014-cü ilə kimi İtaliyanın müxtəlif aşağı yaş komandalarında çıxış edən futbolçu, 6 mart 2014-cü ildə İtaliya — İspaniya (0–1) oyununda İtaliya milli komandasında debut edir.
Karyera statistikası
redaktə- Sonuncu dəfə 6 fevral 2023 tarixində yeniləndi[6]
Klub | Mövsum | Liqa | Kubok | Qitə | Digər | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Yuventus | 2008–09 | A Seriyası | 1 | 0 | 0 | 0 | 0 | 0 | — | 1 | 0 | |
2009–10 | 2 | 0 | 1 | 0 | 1 | 0 | — | 4 | 0 | |||
Cəmi | 3 | 0 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 5 | 0 | ||
Siena (icarə) | 2010–11 | B Seriyası | 4 | 1 | 2 | 1 | — | — | 6 | 2 | ||
Qrosseto (icarə) | 2010–11 | 16 | 1 | 0 | 0 | — | — | 16 | 1 | |||
Peskara (icarə) | 2011–12 | 37 | 28 | 0 | 0 | — | — | 37 | 28 | |||
Cenoa | 2012–13 | A Seriyası | 33 | 5 | 1 | 0 | — | — | 34 | 5 | ||
Torino | 2013–14 | 33 | 22 | 1 | 1 | — | — | 34 | 23 | |||
Borussiya Dortmund | 2014–15 | Bundesliqa | 24 | 3 | 3 | 3 | 6 | 4 | 1 | 0 | 34 | 10 |
Sevilya (icarə) | 2015–16 | La Liqa | 8 | 2 | 3 | 2 | 3 | 0 | 1 | 0 | 15 | 4 |
Torino (icarə) | 2015–16 | A Seriyası | 14 | 5 | 0 | 0 | — | — | 14 | 5 | ||
Latsiyo | 2016–17 | 36 | 23 | 5 | 3 | — | — | 41 | 26 | |||
2017–18 | 33 | 29 | 4 | 2 | 9 | 8 | 1 | 2 | 47 | 41 | ||
2018–19 | 36 | 15 | 5 | 3 | 5 | 1 | — | 46 | 19 | |||
2019–20 | 37 | 36 | 2 | 1 | 4 | 2 | 1 | 0 | 44 | 39 | ||
2020–21 | 19 | 14 | 1 | 0 | 4 | 5 | — | 24 | 19 | |||
2021–22 | 31 | 27 | 2 | 1 | 7 | 4 | — | 40 | 32 | |||
2022–23 | 16 | 7 | 1 | 0 | 1 | 1 | — | 21 | 8 | |||
Cəmi | 224 | 157 | 20 | 10 | 34 | 21 | 2 | 2 | 202 | 190 | ||
Klub Karyerasında cəmi | 396 | 224 | 31 | 17 | 44 | 25 | 5 | 2 | 476 | 222 |
Milli komanda
redaktə- Sonuncu dəfə 24 mart 2022 tarixində yeniləndi[7]
İtaliya Milli komandasındakı statistikası | ||
---|---|---|
İl | Oyun | Qol |
2014 | 9 | 1 |
2015 | 3 | 0 |
2016 | 8 | 4 |
2017 | 10 | 2 |
2018 | 5 | 0 |
2019 | 4 | 3 |
2020 | 3 | 0 |
2021 | 12 | 5 |
2022 | 1 | 0 |
Cəmi | 55 | 15 |
Uğurları
redaktəKomanda
redaktə"Yuventus"
- Viagero Turniri Qalibi (2): 2009, 2010
"Peskara"
- B Seriyasının Qalibi: 2011/12
"Borussiya Dortmund"
- Almaniya Superkubokunun qalibi: 2014
"Latsio"
- İtaliya kubokunun qalibi: 2018/19
- İtaliya Superkubokunun qalibi (2): 2017, 2019
İtaliya millisi
- Aralıq dənizi Oyunlarının gümüş mükafatçısı: 2009
- Avropa çempionu: 2020
Fərdi
redaktə- B seriyasının bombardiri: 2011/12
- A Seriyasının bombardiri (4): 2013/14, 2017/18 (Mauro İkardi ilə birlikdə), 2019/20, 2021/22
- Qızıl buts qalibi: 2020
- UEFA Avropa Liqasının bombardiri: 2017/18[8]
- Avropa Liqasının simvolik "mövsümün komandası"nın üzvü: 2017/18[12]
- "Latsio" tarixinin bombardiri: 163 qol
İstinadlar
redaktə- ↑ 1 2 Ciro Immobile // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Ciro Immobile // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
- ↑ 1 2 https://www.celebheights.com/s/Ciro-Immobile-52689.html.
- ↑ http://www.sslazio.it/it/tesserati/prima-squadra/player/50/Immobile.
- ↑ "Arxivlənmiş surət". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
- ↑ Soccerway.com saytında profili (ing.)
- ↑ Çiro İmmobile National-Football-Teams.com'da
- ↑ "Statistics — Tournament phase — Players — Goals (Assists)". UEFA.com (ingilis). Union of European Football Associations. 28 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
- ↑ "Serie A, 'Gran Galà del calcio': trionfa la Juve" (italyan). Il Corriere dello Sport. 15 dekabr 2014. 18 iyun 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
- ↑ "Serie A Team of 2017-18" (italyan). Football Italia. 3 dekabr 2018. 4 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
- ↑ "Gran Galà del Calcio: The winners" (italyan). Football Italia. 19 mart 2021. 18 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.
- ↑ "UEFA Europa League Squad of the 2017/18 Season" (ingilis). UEFA.com. 17 may 2018. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2023.