Cinin Xususi Inzibati Bolgeleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Xüsusi inzibati bölgə (Çincə: 特別行政區 / 特别行政区), Çinin inzibati bölgü vahidlərindən biridir. Hal-hazırda iki ədəd xüsusi inzibati region mövcuddur: Hong Kong və Makao; hər ikisi hökumət başçısı olaraq öz baş icraçılarına (“Chief Executive”) malikdirlər.
Xüsusi inzibati bölgələr Çin Konstitusiyasının 31 maddəsinə görə idarə edilir. Bu maddə Çin Milli Xalq Məclisinə xüsusi inzibati region yaratmaq və buna öz konstitusiyası, böyük miqyasda muxtariyyət və öz iqtisadi və siyasi sistemlərini qurmaq səlahiyyətini verir.
Xüsusi inzibati regionların izlədikləri “Bir ölkə, iki sistem” prinsipi Deng Xiaoping tərəfindən izah edilmişdir. Honkonqlulara verdiyi bir bəyanat ilə bu prinsipi müəyyənləşdirmişdir. Burada bir ölkə Çin Xalq Respublikasını göstərir və xüsusi inzibati regionlar Çin Xalq Respublikasının hakimiyyəti altında olan yerli hökumətlər olaraq hesab edilirlər.