Cinde Protestantliq - Wikipedia
Çində protestantlıq — Protestantlıq Çində XIX əsrdə yayılmışdır. 1842-ci ildən 1932-ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri yaranmışdır. 1900-cü il "Boksçular" üsyanından sonra protestant missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, xəstəxana və digər müəssisələr açmışdılar.
Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin xalqının və vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb olurdular. 20-ci əsrin əvvəlində bir neçə uzaqgörən Çin liderləri ölkəsinə və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o dövrdə həyata keçirmək hələ mümkün deyildi.
1950-ci ilin yayında 40 görkəmli Çin xristianı "Yeni Çinin yaradılması üçün Çin xristianlarının etməli olduqları cəhdlər" deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də ruhani olmayanları öz kilsələrini təbliğ etməyə və maliyyə münasibətlərində dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu prinsiplər sonralar "üçqat müstəqillik" kimi məşhur olmuşdur. Onlar çinli xristianlar arasında canlı rəğbət qazanmış və tezliklə "üçqat müstəqillik" uğrunda vətənpərvərlik hərəkatı bütün ölkə boyu yayıldı.1954-cü ilin iyulunda Pekində Çin xristianları milli konfransı keçirildi. O, "üçqat müstəqillik" uğrunda Şanxayda vətənpərvərlik hərəkatının yaranmasını bəyan etdi.
Müstəqillikdən az öncə nəşr olunmuş statistik məlumatlara görə, o dövrdə Çində protestantların sayı 700 min idi. "Mədəni inqilab" başa çatdıqdan sonra vicdan azadlığı siyasəti yenidən bərpa edildi, kilsələr əvvəlki şəklinə salındı, onların fəaliyyəti dirçəldildi. Ölkədə protestantların sayı bir milyona çatdı.
Pravoslav əhali başlıca olaraq ayrı-ayrı vaxtlarda bu ölkəyə gəlib çıxmış Çindəki rus mühacirləri nəslindən təşkil olunmuşdu. Çində məskunlaşmış albazinlər XVII əsrin ikinci yarısından Pekində yaşamış rus kazaklarının varisləridir. 200 nəfərdən artıq olan bu etnik qrupda pravoslavlıqla dini əlaqə qorunur, öz dini-mədəni icmasının dirçəlməsinə cəhd nəzərə çarpır. Daxili Monqolustanda və Sintszaynda yaşayan zloslar – çin kazakları milli azlığının əksər nümayəndələri Pasxanı bayram edirlər. Pravoslav çinlilər, həmçinin rus emiqrantlarının nəsilləri Xarbin və Şanxayda da var.
Çində pravoslav ənənələrini davam etdirən cəmi 13 minə yaxın insan vardır. Hazırda ölkədə dörd pravoslav kilsəsi fəaliyyət göstərir.