Ceyenler - Wikipedia
Çeyenlər - (sui dilində "Özgə dil adamları"), dzi-tsis-tas ("bizim adamlar"; özlərini belə adlandırırlar) - ABŞ-də alqonkinlər qrupuna məxsus hindu xalqı.
Haqqında
redaktəÇeyenlər şimali və cənubi çeyenlərə bölünürlər. Sayları təqribən 12,5 min nəfərdir. Dilləri alqonkin-mosan dil ailəsinə aiddir; ingilis dili tərəfindən sıxışdırılır. Dindarları xristiandır.
Çeyenlərin Avropalılarla əlaqələri XVII əsrin sonlarına təsadüf edir. O zaman çeyenlər indiki Minnesota ştatının ərazisində yaşayırdılar. Məşğuliyyətləri əkinçilik, ovçuluq, balıqçılıq, yabanı çəltik yığımı idi. XIX əsrin əvvəllərində dakotalar tərəfindən Plat çayının yuxarı axarlarına (indiki Nebraska ştatı) sıxışdırılan çeyenlər bizon və antilop (qəzal) ovuna atla çıxmağa başlamıışlar. 1820-ci illərin axırlarında çeyenlərin bir hissəsi Arkanzas çayı boyunda (indiki Kolorado ştatının cənubu) məskunlaşaraq cənubi çeyenlərinəsasını təşkil etmişdi. Qalanlar isə şimali çeyenlər qrupunu yaratmışdılar. Onların ənənəvi mədəniyyətləri, əsasən, Böyük düzənliklər hinduları üçün səciyyəvidir. Böyük ailə, qohumluğun iki tərəfdən hesablanması, matrilokal nikah, məhdud poliginiya mövcud idi. Tayfanı 44 başçıdan ibarət seçkili şura idarə edirdi. Özünəməxsus mərasimlər keçirilirdi. ABŞ-la müqavilə münasibətləri 1825-ci ildən başlanır. 1867-1875-ci illərdə Çeyenlər və arapaxolar zorla indiki Oklahoma ştatı ərazisindəki rezervasiyada köçürülmüşdülər. Şimali çeyenlər uzun mübarizədən sonra 1880-cı illərdə Montana ştatındakı rezervasiyada məskunlaşmışlar. Onlarda tayfa torpaq sahibliyi 1890-cı ildə ləğv edilmişdir. 1937-ci ildə məhdud özünüidarəetmə bərpa olunmuşdur. İndiki çeyenlər güclü metisləşməyə məruz qalmışlar. Çeyenlər arasında muzdlu əmək geniş yayılmışdır.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. V cild, Bakı,2014. səh.525